Məhkəmə qərarları › İş №2(073)-1032/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1032/2023

05.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1032/2023 05.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən inşa edilmiş tövlənin sökülməsi, peyinin və tualetin anbarından axan çirkab sularının yerinin dəyişdirilməsi, həyətində əkdiyi ağacların məhv edilməsi nəticəsində ona dəymiş maddi ziyanın müəyyən edilərək ödənilməsi və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən inşa edilmiş tövlənin sökülməsi, peyinin və tualetin anbarından axan çirkab sularının yerinin dəyişdirilməsi, həyətində əkdiyi ağacların məhv edilməsi nəticəsində ona dəymiş maddi ziyanın müəyyən edilərək ödənilməsi və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbinin Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş tövlənin sökülməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(073)-1334/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş və həyətində olan quyunun suyunu bulandıran tövlənin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş və həyətində olan quyunun suyunu bulandıran tövlənin sökülməsi və maneələrin aradan qaldırılmasına dair iddia tələbinə, cavabdeh tərəfindən inşa edilmiş və həyətində olan quyunun suyunu bulandıran tövlənin sökülməsi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən inşa edilmiş tövlənin sökülməsi, peyinin və tualetin anbarından axan çirkab sularının yerinin dəyişdirilməsi, həyətində əkdiyi ağacların məhv edilməsi nəticəsində ona dəymiş maddi ziyanın müəyyən edilərək ödənilməsi və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair iddia tələbinə cavabdeh tərəfindən inşa edilmiş və həyətində olan quyunun suyunu bulandıran tövlənin sökülməsinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar