Məhkəmə qərarları › İş №2(073)-110/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-110/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-110/2025 06.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara (iddiaçılara) məxsus olmaqla istifadələrində olan torpaq sahəsindən 0,12 ha sahəsinin Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Sabirabad bələdiyyəsi tərəfindən həmin 0,12 ha torpaq sahəsinin Cəlilabad rayonunun Sabirabad kənd sakini Cavabdeh2 satılması barədə olan 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi və qeyd olunan 0,12 hektar torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışın qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdehlər Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iştirak etmişdir, lakin tərəfindən məhkəmənin tərkibinə və işə baxan hakimə edilmiş etirazla bağlı məhkəmə müşavirə otağında olarkən məhkəmə iclas zalını tərk etmişdir və işə baxılmasında iştirak etmək istəmədiyini, işə Cəlilabad Rayon Məhkəməsində deyil, başqa bir rayon məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə həmin iddiaçının iştirakı olmadan da baxılmasını mümkün hesab etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırılmışlar ki, Cəlilabad rayonunun Sabirabad kəndində mövcud olmuş “Azərbaycanın 40 illiyi” adına Sovxozun direktorunun həyətyanı torpaq sahəsi ayrılması barədə olan müvafiq əmrləri əsasında: 1. X8xx.xx.1996-cı il tarixli 86 №-li əmrlə kəndin cənub tərəfindən 0.12 ha torpaq sahəsi, 2. İddiaçı1 - xx.xx.1994-cü il tarixli 106 №-li əmrlə kəndin cənub tərəfindən 0.12 ha torpaq sahəsi, 3. İddiaçı3 - xx.xx.1997-ci il tarixli 01 №-li əmrlə 0.12 ha həyətyanı torpaq sahəsi,

4. İddiaçı2 - xx.xx.1997-ci il tarixli 01 №-li əmrlə 0.12 ha həyətyanı torpaq sahəsi, İddiaçı4 (şəhid ailəsi)-xx.xx.1996-cı il tarixli 61 №-li əmrlə 0.15 ha (faktiki istifadəsində isə 0,28 ha olmuşdur) həyətyanı torpaq sahəsi ayrılıb verilmiş və həmin torpaq sahəsi əvvəllər X10nun və şəhid atası X13 istifadəsində olmuş, X16 vəfatından sonra isə hal-hazıra kimi isə İddiaçı1 və şəhid atası X13 istifadəsində olmuşdur və bu torpaq sahəsindən onlar istifadə etmişlər. Bu torpaq sahəsi hələ Sabirabad bələdiyyəsi yaranmamışdan qabaq onların istifadələrində olmuşdur. Bu torpaq sahəsi heç vaxt Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinə təhvil verilməmiş və onun mülkiyyətində olmamışdır. Onlara məxsus olan və istifadələrində olan torpaq sahəsinin 0,12 ha Cəlilabad rayonunun Sabirabad bələdiyyəsi tərəfindən Cəlilabad rayonunun Sabirabad kənd sakini Cavabdeh2 satılmasından onlar məlumatları və xəbərləri olmamışdır. Cəlilabad rayonunun Sabirabad kənd sakini İddiaçı4 qardaşı X20 Azərbaycanın Ərazi Bütövlüyü və Müstəqilliyi uğrunda aparılan X17 zamanı şəhid olmuşdur. İddiaçı4 şəhid ailəsidir. Eyni zamanda, şəhid ailəsi İddiaçı4 Cəlilabad rayonunun keçmiş “Azərbaycanın 40 illiyi” adma Sovxozun direktorunun xx.xx.1996-cı il tarixli 61 №-li əmri ilə verilmiş torpaq sahəsi təsərrüfat kitabında 0.28 ha göstərilmişdir. Həmin torpaq sahəsinin də bir hissəsi qanunsuz və əsassız olaraq Cəlilabad rayonunun Sabirabad bələdiyyəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Cəlilabad rayonu, Sabirabad bələdiyyəsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinə verilmiş 15 aprel 2024-cü il tarixli, 19 saylı məktubda göstərilir ki, “... Arxiv sənədlərinə əsasən X8 “Azərbaycan 40 illik” adma Sovxoz tərəfindən xx.xx.1996-cı il tarixli 86 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha,İddiaçı1 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1994-cü il tarixli 106 №-li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha, İddiaçı3 “Azərbaycan 40 illik” adma Sovxoz tərəfindən xx.xx.1997-ci il tarixli 01 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha,İddiaçı2 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1997-ci il tarixli 01 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha və İddiaçı4 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1996-ci il tarixli 61 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,15 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri Sabirabad kəndinin yaşayış məntəqəsinin cənub-şərq hissəsində bir yerdə olmaqla çəpərə alınmış və üzərində yaşayış evi olmaqla X10 və onun ailə üzvləri tərəfindən istifadə olunmuşdur.” Cəlilabad rayonu, Sabirabad bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyesr Xidmətinin 8 saylı Ərazi İdarəsinə verilmiş 28 mart 2024-cü il tarixli, 16 saylı məktubda göstərilir ki, “...X10 və onun ailə üzvləri X23, İddiaçı3, İddiaçı1, İddiaçı2 və əlavə olaraq İddiaçı4 “Azərbaycan 40 illik” adma Sovxoz tərəfindən verilmiş torpaq sahələri Sabirabad kəndinin yaşayış məntəqəsinin cənub-şərq hissəsində yerləşən və üzərində yaşayış evi olan çəpərə alınmış ərazidə yerləşir.” Eyni zamanda, yuxarıda qeyd olunan və istifadələrində olan torpaq sahələrinin Bələdiyyə torpaq vergisini onlar ödəmişdir. Onu da qeyd edirik ki, Cəlilabad rayonunun Sabirabad kəndində mövcud olmuş “Azərbaycanın 40 illiyi” adma Sovxoz tərəfindən bizə həyətyanı torpaq sahəsi ayrılması barədə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli 3-48-12RA/2-411 və 23 yanvar 2024-cü il tarixli 3-48-12RA/2-30 saylı Arxiv Çıxarışları vardır. Bildiririk ki, X22 23 may 2019-cu ildə vəfat etmişdir. Cəfər Cəfərovun vəfatından sonra Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin keçmiş sədri X9 iddiaçıların, yəni X26in, İddiaçı1, İddiaçı2, İddiaçı3in və İddiaçı4 qanuni sənədlər əsasında əldə edib istifadə etdiyi həyətyanı torpaq sahəsini bizdən almaq üçün müxtəlif qanunsuzluqlara əl atmışdır. 2020-ci ildə isə X2 rayonunun Sabirabad Bələdiyyəsinin adından iddiaçı kimi Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı1 qarşı iddia qaldıraraq onun Cəlilabad Bələdiyyəsinin mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair qətnamə çıxarılmasım xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında 21 oktyabr 2020-ci il tarixli, 2-(073)l692/2020 saylı Qərardadı ilə ərizə təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cəlilabad rayonu, Sabirabad bələdiyyəsinə məxsus mübahisəli torpaq sahəsinə dair hər hansı bir hərəkətlərin (şumlanması, əkilməsi, satılması, özgəninkiləşdirilməsi, tikinti işlərinin aparılması və sair) edilməsi cavabdeh İddiaçı1 qadağan edilməsi qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2-(073)-l 35/2021 saylı Qərardadı ilə İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı cavabdehin Cavabdeh1 mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin keçmiş sədri X9 2021-ci ildə rüşvət alma cinayətinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum olunmuşdur. Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin keçmiş sədri X5 məhkum olunmasına dair olan həmin hökmün surətinin alınması üçün tərəfimizdən vəkil sorğusu ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət olunmuşdur. Sabirabad bələdiyyəsinin keçmiş sədri X1 Sabirabad bələdiyyəsinin keçmiş sədri vəzifəsində işləmiş X11 tərəfindən onların istifadələrində olan həyətyanı torpaq sahəsinin 0,12 ha sahəsinin Cavabdeh1 mülkiyyətində olmasına dair qanunsuz və saxta yolla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 noyabr 2020-ci il qeydiyyat tarixli ÇİXARİŞİ alınmış və həmin ÇİXARİŞ əsasında adıçəkilən bələdiyyə və Cavabdeh2 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi sonuncuya satılmış və həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli ÇİXARİŞLA Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan sonra 2022-ci ildə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2019-cu il tarixli **********92 reyestr nömrəli ÇİXARİŞA əsasən onun mülkiyyətində olan Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsindən cavabdeh İddiaçı1 çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı olan qeyd olunan iddia ərizəsi ilə bağlı İddiaçı1 Cavabdeh2 qarşı ÇİXARİŞİN ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və ona (iddiaçıya) təhvil verilməsi, torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələblərinə dair ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Cəlilabad Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(073)- 1067/2022 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh2 qarşı ÇİXARİŞİN ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və ona (iddiaçıya) təhvil verilməsi, torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələblərinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmış və iddia ərizəsi vermiş şəxsə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddia ərizəsi (hakim Elxan Əmirəliyev) təmin edilmişdir. Cavabdeh İddiaçı1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd olunan mülki iş üzrə məhkəmə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan cavabdeh İddiaçı1 apellyasiya şikayətini təmin etmədən qanunsuz və əsassız olaraq Cəlilabad Rayon Məhkəməsinin 2(073)-399/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 29 sentyabr 2023-cü il tarixli, 2(106)-l 152/2023 saylı qətnamə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(106)- 1152/2023 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan onun ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsi üçün cavabdeh İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Sabirabad kəndində 0,12 hektar torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, A 633711 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cəlilabad rayon Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh2 adına tərtib edilmişdir. Onların istifadələrində olan torpaq sahəsinin 0,12 ha sahəsinin qeyri qanuni yolla və saxta sənədlər əsasında Cavabdeh1 mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 noyabr 2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış qeydiyyata alınmışdır. Sonradan isə qeyd olunan 0,12 ha torpaq sahəsi göstərilən çıxarış əsasında Sabirabad bələdiyyəsi ilə Cəlilabad rayonunun Sabirabad kənd sakini Cavabdeh2 arasında bağlanmış 11 iyul 2021ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmışdır. Bundan sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonunun Sabirabad kəndində 0,12 hektar torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Göstəririk ki, bizə məxsus olmaqla istifadəmizdə olan torpaq sahəsindən onun 0,12 ha sahəsinin Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, Sabirabad bələdiyyəsi tərəfindən həmin 0,12 ha torpaq sahəsinin Cəlilabad rayonunun Sabirabad kənd sakini Cavabdeh2 satılması barədə olan 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi və qeyd olunan 0,12 hektar torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarış heç bir hüquqi əsasları olmadan qeyri-qanuni və saxta yollarla əldə olunmuşdur. Cavabdeh2 Cəlilabad rayonunun Sabirabad bələdiyyəsi tərəfindən qeyd olunan 0,12 ha torpaq sahəsi satılmamışdan əvvəl həmin torpaq sahəsinin satılması qeyd olunan torpaq sahəsinin uzun illər istifadəçisi olmuş şəxs kimi həmin torpaq sahəsi bizə təklif olunmamışdır. Həmin torpaq sahəsi hərrac yolu ilə satılmamışdır. Eyni zamanda, qeyd olunan Sabirabad bələdiyyəsi tərəfindən həmin mübahisəli torpaq sahəsinin boşaldılması bizə təklif edilməmişdir. Qeyd olunduğu kimi, həmin mübahisəli torpaq sahəsi heç vaxt Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyətində olmamışdır. Həmin mübahisəli torpaq sahəsi 30 ilə yaxındır ki, onların istifadələrində olmuşdur. Qeyd olunan həmin torpaq sahəsi onlara qanuni əsaslarla ayrılıb verilmişdir. Onlar həmin torpaq sahəsini zəbt etməmişlər. Bu barədə onların qanuni arxiv sənədləri vardır. Onlar həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeydiyyat sənədinin alınmasının zəruri olmasını bilməmişlər. Bu barədə Cəlilabad rayonunun Sabirabad bələdiyyəsi tərəfindən bizə heç bir məlumat verilməmişdir. Cəlilabad rayonunun Sabirabad bələdiyyəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 227 saylı arayışda göstərilir ki, “həqiqətən bələdiyyə bir qurum olaraq, Kolxoz və Sovxozun əmri ilə verilmiş həyətyanı torpaqlara müdaxilə edə bilməz, həmin torpaqların sxematik quruluşunu dəyişə bilməz və Kolxoz və Sovxozların torpağın verilməsi barədə əmrini ləğv edə bilməz.” Cəlilabad rayonu Əliqasımlı bələdiyyəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli 60 saylı arayışda göstərilir ki, “həqiqətən bələdiyyə bir qurum olaraq, kolxoz və sovxozun əmri ilə verilmiş həyətyanı torpaqlara müdaxilə edə bilməz, həmin torpaqların sxematik quruluşunu dəyişə bilməz və kolxoz və sovxozların torpağın verilməsi barədə əmrini ləğv edə bilməz”. Eyni zamanda, Azərbaycan Respublikası Cəlilabad rayonu X3 Şurası tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 469 №-li arayışda göstərilir ki, “Sabirabad kəndində yerləşən Arxiv çıxarışına əsasən İddiaçı1 və ailə üzvlərinin adına olan həyətyanı torpaq sahəsi Sabirabad bələdiyyəsinə aid torpaq sahəsi deyil, dövlət mülkiyyətinə aid torpaq sahəsidir.” Cəlilabad rayonunun Sabirabad bələdiyyəsi tərəfindən Cavabdeh2 mübahisəli torpaq sahəsi satılarkən qeyd olunan bələdiyyə tərəfindən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsf’nin 47 və 56-cı maddələrinin, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 9.1, 16.1, 16.2, 16.3 və 16.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclaslarında iddiaçıların nümayəndəsi olan İddiaçı1 və İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Əvvəla, məhkəmə hesab edir ki, iddia tələbinə yalnız “11 iyul 2021-ci il tarixli alqısatqı müqaviləsi və qeyd olunan 0,12 hektar torpaq sahəsinin Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışın qanunsuz və əsassız olduğundan ləğv edilməsi” hissəsində mahiyyəti üzrə baxılmalıdır. Belə ki, iddia tələbinin digər hissəsi, yəni “0,12 ha sahəsinin Cəlilabad rayonunun Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” hissəsi inzibati xarakterli mübahisə olduğundan inzibati məhkəmələr tərəfindən baxılmalıdır və bununla bağlı iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. İddia tələbinin mahiyyəti üzrə baxılan “02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışın qanunsuz və əsassız olduğundan ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “çıxarış” özü-özlüyündə hər hansı inzibati akt əlamətinə və funksiyasına malik olmadığına görə həmin sənədin ləğvinə məhkəmə icraatı qaydasında baxılmalı deyil, çünki çıxarış müvafiq reyestrdə aparılmış bir qeydiyyatın həqiqiliyini təsdiq edir, məqsədi isə həmin qeydiyyatı formal olaraq təsdiqləməkdir. Lakin məhkəmə iddiaçıların tələbinin hüquqi mahiyyətini də nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçılar “çıxarış” qismində həmin çıxarışın verilməsinə əsas olmuş qeydi mübahisələndirmişlər və mahiyyətcə məhz həmin qeydin ləğvini xahiş etmişlər. İş materiallarında olan: - Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-(073)-l692/2020 saylı qərardadından görünür ki, həmi qərardadla iddiaçı Cəlilabad rayonunun Sabirabad Bələdiyyəsinin cavabdeh İddiaçı1 qarşı Cəlilabad Bələdiyyəsinin mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cəlilabad rayonu, Sabirabad bələdiyyəsinə məxsus mübahisəli torpaq sahəsinə dair hər hansı bir hərəkətlərin (şumlanması, əkilməsi, satılması, özgəninkiləşdirilməsi, tikinti işlərinin aparılması və sair) edilməsi cavabdeh İddiaçı1 qadağan edilməsi qərara alınmışdır; - Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı1 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş Sabirabad kəndi ərazisində 0.12 ha həyətyanıtorpaq sahəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək, iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-428/2024 saylı qərarından görünür ki, həmin qərarla cavabdeh İddiaçı1 tərəfindən kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(106)-1152/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1131/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, X12, X14 və X7 qarşı 3270 manat maddi ziyan tələbinə dair iddiası təmin edilməmişdir; - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-(073)-135/2021 saylı qərardadından görünür ki, həmi qərardadla iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı Cəlilabad Bələdiyyəsinin mülkiyyətində olan zəbt etdiyi torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır; - Cəlilabad Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(073)-1067/2022 saylı qərardadından görünür ki, həmin qərardad ilə İddiaçı1 Cavabdeh2 qarşı ÇİXARİŞİN ləğv edilməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və ona (iddiaçıya) təhvil verilməsi, torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələblərinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmış və iddia ərizəsi vermiş şəxsə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilmişdir; - Sabirabad Bələdiyyəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 227 saylı arayışdan görünür ki, “həqiqətən bələdiyyə bir qurum olaraq, Kolxoz və Sovxozun əmri ilə verilmiş həyətyanı torpaqlara müdaxilə edə bilməz, həmin torpaqların sxematik quruluşunu dəyişə bilməz və Kolxoz və Sovxozların torpağın verilməsi barədə əmrini ləğv edə bilməz”; - Cəlilabad rayonu Əliqasımlı bələdiyyəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 60 saylı arayışdan görünür ki, “həqiqətən bələdiyyə bir qurum olaraq, kolxoz və sovxozun əmri ilə verilmiş həyətyanı torpaqlara müdaxilə edə bilməz, həmin torpaqların sxematik quruluşunu dəyişə bilməz və kolxoz və sovxozların torpağın verilməsi barədə əmrini ləğv edə bilməz”; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, X8 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1996-cı il tarixli, 86 №-li əmrlə 0,12 ha, İddiaçı1 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1994-cü il tarixli, 106 №-li əmrlə 0,12 ha, İddiaçı3 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1997-ci il tarixli 01 №-li əmrlə 0,12 ha, İddiaçı2 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1997-ci il tarixli, 01 №-li əmrlə 0,12 ha torpaq sahələri verilmişdir; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı4 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1996-ci il tarixli, 61 №-li əmrlə 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir; - Sabirabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13 saylı arayışdan görünür ki, İddiaçı4 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1996-ci il tarixli 61 №-li əmrlə verilmiş Cəlilabad rayonunun Sabirabad kəndindəki 0,15 ha torpaq sahəsinə Sabirabad Bələdiyyəsinin heç bir iddiası yoxdur və mülkiyyət sənədinin verilməsinə heç bir etirazı yoxdur; - Cəlilabad rayonu, Sabirabad bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə verilmiş 28 mart 2024-cü il tarixli, 16 saylı məktubdan görünür ki, “X10 və onun ailə üzvləri X23, İddiaçı3, İddiaçı1, İddiaçı2 və əlavə olaraq İddiaçı4 “Azərbaycan 40 illik” adma Sovxoz tərəfindən verilmiş torpaq sahələri Sabirabad kəndinin yaşayış məntəqəsinin cənub-şərq hissəsində yerləşən və üzərində yaşayış evi olan çəpərə alınmış ərazidə yerləşir”; - Torpağın mülkiyyətə verilməsinə dair JN-1112A, Kod 80605028 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1 Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir; - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində 0.12 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır; - Cəlilabad rayonu, Sabirabad bələdiyyəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə verilmiş xx.xx.2023-cü il tarixli, 469 saylı məktubdan görünür ki, İddiaçı1 və ailə üzvlərinin adına “olan həyətyanıtorpaq sahəsi Sabirabad Sabirabad bələdiyyəsinə aid torpaq sahəsi deyil, dövlət mülkiyyətinə aid torpaq sahəsidir; - Cəlilabad RİHB-nın Sabirabad kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 23 may 2019-cu ildə ölmüşdür; - Cəlilabad rayonu, Sabirabad bələdiyyəsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinə göndərilmiş 15 aprel 2024-cü il tarixli, 19 saylı məktubdan görünür ki, “Arxiv sənədlərinə əsasən X8 “Azərbaycan 40 illik” adma Sovxoz tərəfindən xx.xx.1996-cı il tarixli 86 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha,İddiaçı1 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1994-cü il tarixli 106 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha, İddiaçı3 “Azərbaycan 40 illik” adma Sovxoz tərəfindən xx.xx.1997-ci il tarixli 01 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha,İddiaçı2 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1997-ci il tarixli 01 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,12 ha və İddiaçı4 “Azərbaycan 40 illik” adına Sovxoz tərəfindən xx.xx.1996-ci il tarixli 61 № -li əmrlə Cəlilabad rayon Sabirabad kəndində 0,15 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələri Sabirabad kəndinin yaşayış məntəqəsinin cənub-şərq hissəsində bir yerdə olmaqla çəpərə alınmış və üzərində yaşayış evi olmaqla X10 və onun ailə üzvləri tərəfindən istifadə olunmuşdur”; - 07 oktyabr 2024-cü il tarixli, 67 saylı məktubdan görünür ki, Cəlilabad rayon Sabirabad bələdiyyəsinin 18 fevral 2020-ci il tarixli 3№-li iclasının qərarına əsasən Cavabdeh2 0.12 ha fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması üçün müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmasından ötrü qərar qəbul edilmiş, müvafiq sənədləşmə işləri başa çadıqdan sonra Sabirabad bələdiyyəsinin 29 mart 2021-ci il tarixli 10 saylı iclasında Cavabdeh2 0.12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş və notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin torpaq sahəsinə aid alt sənədlər bələdiyyədə saxlanılmadığı üçün müvafiq sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsindən əldə etmək olar; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublar və əlavə edilmiş sənədlərdən görünür ki, Sabirabad bələdiyyəsi torpaq sahəsində bələdiyyə mülkiyyətinin tanınması üçün ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqanın rəyi də nəzərə alınmaqla həmin torpaq sahəsində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmışdır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,12 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi Sabirabad bələdiyyəsi adından satıcı X11 ilə alıcı Cavabdeh2 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayonunun Sabirabad kəndində mövcud olmuş “Azərbaycan 40 illik” adına Sovxozun direktorunun müvafiq əmrləri əsasında iddiaçılara və onların ailə üzvlərinə həyətyanı torpaq sahəsi ayrılmışdır, lakin həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamışdır. Mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Sabirabad bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Daha sonra Sabirabad bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh2 satılmış və 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla onun xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Sabirabad bələdiyyəsi tərəfindən torpaq sahəsi iş materiallarında olan notarial qaydada bağlanılmış alğı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 satılmışdır və həmin müqavilə əsasında da Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq 02 avqust 2021-ci il tarixli, **********27 reyestr nömrəli çıxarış verilmişdir. Tələbə mahiyyəti üzrə baxılan hissədə məhkəmə tərəfindən, məhkəmənin bələdiyyə və daşınmaz əmlakın dövlət reyestri orqanına sorğuları əsasında əldə edilmiş sənədlərlə və iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 torpaq sahəsində xüsusi mülkiyyət hüququ ilə bağlı qeydiyyatın aparılmasına (bu barədə çıxarışın verilməsinə) əsas onunla digər cavabdeh olan Sabirabad bələdiyyəsi arasında bağlanılmış alğı-satqı müqaviləsi olmuşdur, həmin müqavilənin etibarsızlığına və ya ləğvinə səbəb ola biləcək hər hansı hal isə müəyyən edilməmişdir – bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə nəzərdə tutulan qaydada, həmçinin bu barədə inzibati orqanın rəyini də almaqla torpaq sahəsinin satılması qərarını qəbul etmişdir və sözügedən alqı-satqı müqaviləsini bağlamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi ... halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, məhkəmənin əvvəlki iclaslarında İddiaçı1 ilə iddia tələbinin mahiyyəti ilə bağlı müzakirələr aparılmışdır və məhkəmə tərəfindən ona alğı-satqı müqaviləsinin deyil, bələdiyyənin Cavabdeh2 torpaq sahəsi satılması barədə qərarını, həmçinin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququnun olması izah edilsə də iddiaçı işə hazırki tələblər daxilində baxılmasını tələb etmişdir, inzibati aktın özünün qanunauyğunluğu mübahisələndirmədən yalnız müqavilənin qanuniliyini mübahisələndirmişdir. Beləliklə, alğı-satqı müqaviləsinin qanuni əsaslarla bağlanıldığı məhkəmə tərəfindən müəyyən edilmiş, müqavilənin bağlanılmasına əsas olmuş bələdiyyənin torpaq sahəsinin Cavabdeh2 satılması barədə müvafiq qərarı isə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. İddiaçılar həmin müqavilənin etibarsızlığına və ya ləğvinə əsas olacaq hər hansı halla bağlı sübutlarını isə məhkəməyə təqdim edə bilməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “Sabirabad bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 11 iyul 2021ci il tarixli alğı-satqı müqaviləsinin və 02 avqust 2021-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbi rədd edilsin. İş üzrə icraata qalan hissədə xitam verildiyi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Göstərilən müddət ərzində şikayət verilmədikdə, həmin müddət bitdikdən sonrakı gün qətnamə qanuni qüvvəyə minəcəkdir.

Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar