Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1127/2023 14.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulması müəyyən edilmiş hissəvi alimentin dəyişdirilərək sabit pul məbləğində təyin edilməsi və 06 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehdan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın predmetinin dəyişdirilməsinə və artırılmasına dair ərizə verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulması müəyyən edilmiş 1/4 hissədə aliment nəzərə alınmaqla, 06 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay əlavə olaraq 200 (iki yüz) manat sabit müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 27 sentyabr 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından 06 iyun 2020-ci il tarixdə Milana adlı uşağı doğulmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar və ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş qızı Milana onun (iddiaçının) yanında qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq, ona (iddiaçıya) verilməsi qət edilmişdir. Cavabdeh əvvəlki işində yüksək məbləğdə əmək haqqı aldığına görə 1/4 hissədə müəyyən edilmiş alimentin miqdarı da nisbətən yüksək olmuşdur. Sonradan cavabdeh iş yerini dəyişmiş və 1/4 hissədə müəyyən edilmiş alimentin miqdarı da azalmışdır. Hazırda aldığı 100 (bir yüz) manat aliment uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Uşaq azyaşlı olduğundan özünün də işləmək imkanları məhduddur. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli AZ-İV 501081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 iyun 2020-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1728/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia qismən təmin edilərək, ilk iddia üzrə Cavabdeh 06 iyun 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, həmçinin uşaq 3 (üç) yaşına çatanadək hər ay əlavə olaraq 50 (əlli) manat məbləğində alimentin tutularaq ilk iddia üzrə İddiaçı verilməsi, alimentin tutulmasının 07 iyul 2021-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 27 sentyabr 2019-cu il tarixli, 678 nömrəli nikahın pozulması, 06 iyun 2020-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. İşə əlavə edilmiş çıxarışdan görünür ki, Cavabdeh X2 Cəmiyyətində nəzarətçi vəzifəsində işləyir və aylıq əmək haqqı 400 (dörd yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1728/2021 saylı qətnaməsi ilə Cavabdeh 06 iyun 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, həmçinin uşaq 3 (üç) yaşına çatanadək hər ay əlavə olaraq 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı işləmir və uşağın maddi cəhətdən saxlanmasında çəğinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı isə uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehin qazancının dörddə bir hissəsi və 200 (iki yüz) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə valideynlərin qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay qazancının 1/4 hissəsi miqdarında tutulan aliment nəzərə alınmaqla, hər ay əlavə olaraq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1728/2021 saylı qətnaməsi ilə 06 iyun 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması nəzərə alınmaqla, əlavə olaraq məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1127/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1127/2023
14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver