Məhkəmə qərarları › İş №2(073)-1148/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1148/2023

23.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1148/2023 23.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri X10 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cəlilabad rayon Muğan Bələdiyyəsinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən mərhum atası X5 ödənilməmiş 2462 (iki min dörd yüz altmış iki) manat əmək haqqının ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, mərhum atası X7 01 yanvar 2011-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək Cəlilabad rayon Muğan Bələdiyyəsində vergi agenti və bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. Mərhum atasının əmək haqqı 2018-ci ildə 130 (bir yüz otuz) manat olmuş, həmin əmək haqqı hesablansa da atasına ödənilməmişdir. Bundan başqa 2019-cu ilin yeddi ayı üçün mərhum atasına hər ay 130 (bir yüz otuz) manat olmaqla hesablanmış əmək haqqı da ödənilməmişdir. X15 22 may 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl atası dəfələrlə Muğan Bələdiyyəsindən ödənilməmiş əmək haqqını tələb etsə də, həmin əmək haqqının ödənilməsi təmin edilməmişdir. Beləliklə, Cəlilalabad rayon Muğan Bələdiyyəsi tərəfindən 2018-ci il üçün hər ay 130 (bir yüz otuz) manat olmaqla 1560 (bir min beş yüz altmış) manat, 2019-cu ilin yeddi ayı üçün (aprel-dekabr ayları) isə hər ay 130 (bir yüz otuz) manat olmaqla 910 (doqquz yüz on) manat, cəmi 2462 (iki min dörd yüz altmış iki) manat əmək haqqı mərhum X15ə ödənilməmişdir. Mərhum atasının ölümündən sonra ondan miras qalmış əmlakı qəbul etmiş və mərhum atsının qanun üzrə vərəsəsidir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən mərhum atasına ödənilməli olan, lakin ödənilməmiş cəmi 2462 (iki min dörd yüz altmış iki) manat əmək haqqının Cəlilabad rayon Muğan Bələdiyyəsindən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri X13 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 05 mart 2021-ci il tarixdən Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Mərhum İddiaçı ondan əvvəl Cəlilabad rayon Muğan Bələdiyyəsində işləmişdir. Həsən Fətullayevə hesablanmış, lakin ödənilməmiş əmək haqqının hansı səbəbdən ödənilmədyindən məlumatı yoxdur. Bundan başqa, Muğan Bələdiyyəsinin inzibati binasında X3 əmək haqqına dair sənədlər tapılmamışdır. İddianı əsassız hesab edir və bu səbəbdən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 12 saylı arayışdan görünür ki, Cəlilabad rayonunun Muğan kənd sakini X5 2018-ci ildə hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 1560 (bir min beş yüz altmış) manat əmək haqqı hesablanmışdır. İşdə olan Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 41 saylı arayışdan görünür ki, X5 2011-2017-ci illər üçün əmək haqqı hesablanmış və həmin illər üzrə hesablanmış əmək haqqını almışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli, F-818 saylı məktubdan görünür ki, Muğan Bələdiyyəsinin təqdim etdiyi məlumata əsasən bələdiyyə büdcəsinə vəsait daxil olduqdan sonra ona (Həsən Fətullayevə) əmək haqqı borcunun ödənilməsi təmin ediləcəkdir. İşdə olan Cəlilabad rayon Muğan Bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 2015-cilin yanvar ayından 2019-cu ilin dekabr ayının 30-dək Cəlilabad rayon Muğan Bələdiyyəsində sədr müavini işləmiş X5 bilinməyən səbəbdən əsassız olaraq 2019-cu ilin aprel ayından 2019-cu ilin dekabr ayının 30-dək əmək haqqı yazılmamışdır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti təərfindən X5 ünvanlanmış xx.xx.2020ci il tarixli məktubdan görünür ki, Həsən Fətullayevə əmək haqqının yarısının 2020-ci ilin dekabr ayında, qalan hissəsinin isə 2021-ci ildə ödəniləcəyi bildirilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1982-ci ildə doğulmuşdur, atası X7, anası X4r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 may 2022-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı qanun üzrə vərəsə kimi mərhum atası X2 qalmış mirası qəbul etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X1 rayon Muğan Bələdiyyəsində vergi agenti və bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. İddiaçının mərhum atasının əmək haqqı 2018-ci ildə 130 (bir yüz otuz) manat olmuş, həmin əmək haqqı hesablansa da Həsən Fətullayevə ödənilməmişdir. Bundan başqa 2019-cu ilin yeddi ayı üçün mərhum Həsən Fətullayevə hər ay 130 (bir yüz otuz) manat olmaqla hesablanmış əmək haqqı da ödənilməmişdir. Həsən Fətullayev 22 may 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl dəfələrlə Muğan Bələdiyyəsindən ödənilməmiş əmək haqqını tələb etsə də, həmin əmək haqqının ödənilməsi təmin edilməmişdir. Beləliklə, Cəlilalabad rayon Muğan Bələdiyyəsi tərəfindən 2018-ci il üçün hər ay 130 (bir yüz otuz) manat olmaqla 1560 (bir min beş yüz altmış) manat, 2019-cu ilin yeddi ayı isə hər ay 130 (bir yüz otuz) manat olmaqla 910 (doqquz yüz on) manat, cəmi 2470 (iki min dörd yüz yetmiş) manat əmək haqqı mərhum Həsən Fətullayevə ödənilməmişdir. Mərhum atasının ölümündən sonra iddiaçı Zöhrab Həsənov ondan miras qalmış əmlakı qəbul etmiş və mərhum atasının qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası MPM-nin 9.1. maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cəlilabad rayon Muğan Bələdiyyəsi tərəfindən mərhum X5 hesablanmış, lakin ödənilməmiş cəmi 2462 (iki min dörd yüz altmış iki) manat əmək haqqı Cəlilabad rayon Muğan Bələdiyyəsindən alınaraq mərhum X3 hüquqi varisi İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar