Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1174/2024 06.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək verdiyi ərizəsində göstərmişdir ki, o, X7 ilə 2014-cü ildə el adətinə uyğun toy edib ailə həyatı qurmuşlar. Nikahlarını isə 10 aprel 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından övladları 09 aprel 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə əvvəl ailə münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuş və ayrılmışlar. Sonradan məhkəmə qətnaməsinə əsasən X7 ilə aralarında olan nikah qeydi pozulmuş və uşağın saxlanılması üçün aliment təyin edilmişdir. X11 məhkəmənin müvafiq hökmü ilə uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehlər isə onun keçmiş əri X5 valideynləridir. Artıq bir müddətdir ki, azyaşılı uşaqları ilə birliktə valideynlərinin yanında yaşayır. Uşaqlarının normal yaşaması və ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdehlər tərəfindən isə uşağına heç bir maddi köməklik göstərilmir. Cavabdehlər könüllü olaraq uşaqların saxlanılmasında ona köməklik etmədiyi üçün məcbur qalaraq aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi zahatında bildirdi ki, oğlu X7 İddiaçı 2014-cü ildə el adətinə uyğun toy edib ailə həyatı qurmuşlar. Onların birgə nikahından uşaqları 09 aprel 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Lakin sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. X12 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və çəkilməmiş 4 il cəzası qalmışdır. Özü təqaüd alsa da, aldığı təqaüd onun və arvadı Cavabdeh2 xəstəliklə bağlı müalicələrinə ancaq çatır. Bu səbəbdən də nəvəsinə aliment ödəmək iqtidarında deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək verdiyi zahatında bildirdi ki, İddiaçı oğlu X7 ilə 2014-cü ildə toy edib ailə həyatı qurmuşlar. Onların birgə nikahından uşaqları 09 aprel 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Lakin sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. X12 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və çəkilməmiş 4 il cəzası qalmışdır. O, özü və əri yaşlı olduqlarından ərinin aldığı təqaüd onların dolanışıqlarına və müalicələrinə ancaq yetir. Bu səbəbdən də nəvəsinə aliment ödəmək iqtidarında deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tam və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Qeydiyyat Şöbəsi təfəindən verilmiş 19 mart 2024-cü il tarixli, 340/12 saylı nikah haqqında arayışdan görünür ki, X7 ilə X4 nikahlarını 10 aprel 2015-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 182 nömrə ilə qeydiyyat aparılmaqla, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşdə olan Cəlilabad Rayon Qeydiyyat Şöbəsi təfəindən verilmiş 19 mart 2024-cü il tarixli, 342/12 saylı doğum haqqında arayışdan görünür ki, X6 09 aprel 2015-ci ildə doğulmuşdur, atası X7, anası X2r. İşdə olan X1 Sistemindən çıxarılmış sosial müavinat və təqaüd haqqında arayışdan görünür ki, Cavabdeh1 İİ qrup əlil olmaqla, aylıq 363,87 manat təqaüd alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 ilə 2014-cü ildə el adətinə uyğun toy edib ailə həyatı qurmuşlar. Nikahlarını isə 10 aprel 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından övladları 09 aprel 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə əvvəl ailə münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuş və ayrılmışlar. Sonradan məhkəmə qətnaməsinə əsasən X7 ilə aralarında olan nikah qeydi pozulmuş və uşağın saxlanılması üçün aliment təyin edilmişdir. X11 məhkəmənin müvafiq hökmü ilə uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehlər isə onun keçmiş əri X5 valideynləridir. Uşaqlarının saxlanılması üçün cavabdehlərdən aliment tələb edir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 pensiya alır və aldığı pensiya onun və arvadı Cavabdeh2 yaşayışına və müalicə xərclərinə ancaq çatır. Eyni zamanda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəruri vəsaitə malik olmaları barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbində haqlı deyildir. Məhkəmə onuda qeyd edirki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək cavabdeh X5 valideynlik borcudur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesabedir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1174/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1174/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver