Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1194/2023 18.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin əlavə xərcə cəlb olunması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı cavabdehin əlavə xərcə cəlb olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında xx xxxxxx 2005-ci ildə doğulmuşdur və Cavabdeh onun (iddiaçının) atasıdır. Özü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Masallı X6 təhsil alır. Təhsil alması üçün zəruri xərclərə ehtiyyacı vardır. Anası işləmir və təhsil almasında ona (iddiaçıya) kömək edə bilmir. Təhsilə görə xərclərin az bir hissəsini nənəsinin pensiyası ilə ödəyir. Cavabdeh olan atası isə işləməsinə və maddi imkanı olmasına baxmayaraq ona (iddiaçıya) təhsil almaqda kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, cavabdehdən təhsil və digər zəruri xərcləri ödənilməsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı qızıdır. Qızı Zeynəb Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Masallı X6 təhsil alır. Özü fəhləliklə məşğul olur və gündəlik çörək pulunu qazanır. Qazancı özünün maddi təminatına kifayət etmir. İddiaçıya maddi yardım etmək iqtidarında deyildir. İddiaçı yetkinlik yaşına çatmış və işləyib maddi cəhətdən özünü təmin etmək iqtidarındadır. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməilidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-958/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2005-ci ildə doğulmuş İddiaçı yetkinlik yaşına çatanadək hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq X2 verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Masallı X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 257 saylı arayışdan görünür ki, İddiaçı Masallı X3 Yer Quruluşu və Daşınmaz Əmlakın Kadastrı ixtisasının İİ kurs (əyani, ödənişsiz) subbakalavr tələbəsidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2005-ci ildə doğulmuş və yetkinlik yaşına çatmışdır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Masallı X3 Yer Quruluşu və Daşınmaz Əmlakın Kadastrı ixtisasının İİ kurs (əyani, ödənişsiz) subbakalavr tələbəsidir. İddiaçı təhsil alması üçün zəruri xərclərinin olduğunu, həmin xərclərin ödənilməsində çətinlik çəkdiyini, atası Cavabdeh həmin xərclərə cəlb olunmalı olduğunu iddia edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 81.1-ci madəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmışq xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideyinlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb edilə bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideyinlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideyinlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabi pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideyiləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixlə Qərarına görə ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin əlavə xərcə cəlb olunması tələbinə dair iddası əsassız olduğundan təmin edilməsin. sQətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1194/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1194/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver