Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-122/2024 25.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin əvəzinin ödənilməsinə dair 10000 manat pulun və 120 manat dövlət rüsumunun alıanraq verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin əvəzinin ödənilməsinə dair 10000 manat pulun və 120 manat dövlət rüsumunun alıanraq verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, hazırki mülki iş üzrə əlavə sübutların toplanması zərurəti yaranmışıdr. Ona görə də mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin əvəzinin ödənilməsinə dair 10000 manat pulun və 120 manat dövlət rüsumunun alıanraq verilməsi tələbinə dair iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-122/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-122/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver