Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1290/2025 19.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh X1 ilə birgə nikahlarından doğulmuş 19 avqust 2011-ci il təvəllüdlü X2, 01 oktyabr 2014-cü il təvəllüdlü X4 və 31 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ilə birgə nikahlarından doğulmuş 19 avqust 2011-ci il təvəllüdlü X2, 01 oktyabr 2014-cü il təvəllüdlü X4 və 31 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 16 may 2025-ci il tarixə saat 11:05-ə və 19 may 2025-ci il tarixə saat 12:15-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdeh X1 ilə birgə nikahlarından doğulmuş 19 avqust 2011-ci il təvəllüdlü X2, 01 oktyabr 2014-cü il təvəllüdlü X4 və 31 yanvar 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1290/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1290/2025
19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver