Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1306/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Niyaz oğluna qarşı 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(073)-175/2017 saylı qətnaməsi ilə Cavabdeh Niyaz oğlundan tutulan hər ay qazancının üçdə bir hissəsi miqdarında alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pul vəsaitin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Niyaz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Niyaz oğlundan sabit pul məbləğində hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pul vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 02 may 2010cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(073)- 175/2017 saylı qətnaməsi ilə Cavabdeh Niyaz oğlundan tutulan hər ay qazancının üçdə bir hissəsi miqdarında alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pul vəsaitin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh Niyaz oğlu ilə 2008-ci ildə qeyri-rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar, nikahlarını isə 15 may 2013-cü ildə Şirvan şəhəri Qeydiyyat Şöbəsi tərəfindən 275 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları 02 may 2010-cu il təvəllüdlü X8 və 18 mart 2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Uşaqlar hazırda onunla birlikdə yaşayır. O, Cavabdehlə bir müddət ailə kimi mehriban yaşasa da, sonradan aralarında narazılıqlar baş vermiş və Cəlilabar rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(073)-175/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnamə ilə övladlarının onun yanında qalmaları müəyyən edilmiş və uşaqların saxlanılmaları üçün Cavabdeh Niyaz oğlundan hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Onlar ayrıldıqdan sonra cavabdeh nə uşaqlarla, nədə ki onunla maraqlanmamışdır. O, hazırda uşaqları ilə birliktə kirayədə yaşayır və özü heç bir yerdə işləmədiyinə görə uşaqları saxlamaqda çətinlik çəkir. Uşaqların bu şəraitdə normal yaşamaları üçün ona verilmiş bir uşağa görə hər ay 60 manat aliment pulu uşaqların tələbatını ödəmir. Ona görə də məcbur qalaraq alimentin artırılaraq sabit pul məbləğində müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh Niyaz oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh Niyaz oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(073)- 175/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Niyaz oğlu ilə cavabdeh X7 arasında olan 15 may 2013-cü il tarixdə Şirvan şəhəri Qeydiyyat Şöbəsində 275 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 anaları X2 yanında qalmaları müəyyən edilmiş və Cavabdeh Niyaz oğlundan 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment alınıb X4 verilməsi qət edilmişdir. İşdə olan AZ-İİİ 672878 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 02 may 2010-cu ildə doğulmuşdur. Atası Cavabdeh Niyaz oğlu, anası isə X5r. İşdə olan AZ-İİİ 092580 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 18 mart 2012-ci ildə doğulmuşdur. Atası Cavabdeh Niyaz oğlu, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2008-ci ildə qeyri-rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar, nikahlarını isə 15 may 2013-cü ildə Şirvan şəhəri Qeydiyyat Şöbəsi tərəfindən 275 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları 02 may 2010-cu il təvəllüdlü X8 və 18 mart 2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Onlar bir müddət xoşbəxt yasalarda, sonradan aralarında baş verən narazılıqlara görə ayrılıblar. Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(073)-175/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Niyaz oğlu ilə cavabdeh X7 arasında olan 15 may 2013-cü il tarixdə Şirvan şəhəri Qeydiyyat Şöbəsində 275 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 anaları cavabdeh X2 yanında qalmaları müəyyən edilmiş və iddiaçı Cavabdeh Niyaz oğlundan 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment alınıb cavabdeh X4 verilməsi qət edilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşaqların normal saxlanılması üçün kifayət etmir. Cavabdeh isə müəyyən olunmuş alimentdən əlavə uşaqlarının maddi cəhətdən saxlanmasında iddiaçıya köməklik etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağının saxlanmasına kömək göstərmək və uşağına qayğı göstərmək Cavabdeh Niyaz oğlunun valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanmasıüçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinəəsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret işüzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz vəşərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılmasıüçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh Niyaz oğlundan hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə, alimentin hansı tarixdən tutulması ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad rayon məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(073)-175/2017 saylı qətnaməsi ilə hər ay cavabdehin qazancının üçdə bir hissədə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay bir uşağa görə 150 manat müəyyən edilməli, 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Niyaz oğlundan hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. övlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci D maddəsinəəsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı işüzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 56 manat məbləğində dövlət rüsumu Cavabdeh Niyaz oğlundan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(073)-175/2017 saylı qətnaməsi ilə Cavabdeh Niyaz oğlunun hər ay qazancının üçdə bir hissəsi miqdarında təyin edilmiş alimentin miqdarı dəyişdirilərək bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin. 02 may 2010-cu il təvəllüdlü X3 və 18 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Niyaz oğlundan hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh Niyaz oğlundan 60 (atlımış) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh Niyaz oğlundan 56 (əlli atlı) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1306/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1306/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver