Məhkəmə qərarları › İş №2(073)-1317/2024

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-1317/2024

22.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1317/2024 22.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 7150 manat pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7150 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdiki, o, 2019-cu ilin yanvar ayında Cavabdeh ilə faktiki ailə qurmuşlar və ailə qurduqdan sonra Cəlilabad rayon Əliqasımlı kəndində yerləşən cavabdehə məxsus evdə yaşamışlar. Həmin evdə yaşadığı müddətdə evin genişləndirilməsi və abadlaşdırılması üçün xərc çəkmişdir. Belə ki, həmin evə bir otaq artırılması üçün 2500 manat, su quyusunun qazılmasına görə 500 manat, sement alınmasına görə 500 manat, beton qumuna görə 250 manat, dəmir qapıya görə 500 manat və digər otaqların təmiri üçün 500 manat pul vəsaiti xərcləmişdir. Bundan əlavə televizorun alınmasına 500 manat, soyuducunun alınmasına 500 manat, xırda məişət əşyalarının alınmasına 500 manat və cavabdehin şəxsən özünə sosial yardım düzəltdirməsi üçün sənədlərin hazırlanmasına görə 1000 manat pul vermişdir. O, cavabdehlə 3 il bir yerdə yaşamış və birlikdə yaşadığı həmin müddət ərzində qeyd etdiyi xərcləri çəkmişdir. Lakin cavabdehin anası Hökümə Ağayeva onu evdən çıxması üçün mütamadi olaraq təhqir etdiyindən, yaşadığı evi tərk etmək məcburiyyətində qalmışdır. Həmin vaxtdan cavabdehdən ayrı yaşayır. Ailəsinin bərpa olunması üçün çox səylər göstərsə də, cavabdehin anasının təsir etməsi səbəbindən nəticəsi olmamışdır. O, ailəsinin bərpa olunmasının mümkünsüz olduğunu başa düşdükdən sonra, cavabdehdən çəkdiyi xərcləri ona geri qaytarmasını tələb etmiş, lakin cavabdeh birmənalı şəkildə bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Ələkbərov Hicran Təzəxan oğlu verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun qardaşıdır. Qardaşı İddiaçı istəyi ilə 2019-cu ildə elçi gedib Cavabdeh İddiaçı almışlar. Sonra cavabdeh tərəflə razılaşmalarına əsasən 2 otaqlı ev tikmişlər və iddiaçı ilə cavabdeh həmin evə köçərək orada yaşamışlar. Yaşadıqları müddət ərzində İddiaçı həmin evə televizor, soyuducu və digər məişət əşyaları almışdır. Bundan əlavə İddiaçı yaşadıqları evin yerləşdiyi torpaq sahəsində su quyusu qazdırmışdır. Lakin 2022-ci ildə Cavabdeh anası Hökümə Ağayeva İddiaçı evdən çıxması üçün mütamadi olaraq təhqir etdiyindən, iddiaçı məcburiyyət qarşısında qalıb yaşadığı evi tərk etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində bildirdi ki, o, ustalıq fəaliyyəti ilə məşğul olmaqla, yaşayış və qeyri yaşayış binalarının tikintisi və təmiri işlərini görür. İddiaçı rayon sakini kimi tanıyır və dəfələrlə bir yerdə işləmişlər. 2021-ci il də İddiaçı yeni ailə qurduğu evdə usta işləmişdir. Belə ki, o, İddiaçı xahişi ilə xatırlamadığı məbləğ qarşılığında, iddiaçının təzə tikdirdiyi evin qabağının artırılması işlərini görmüşdür. Həmin işlərin görülməsində işlədilmiş tikinti materiallarını İddiaçı şəxsən özü almış və onun zəhmət haqqısını da iddiçı ödəmişdir. O, İddiaçı evində işlədiyi vaxt, iddiaçı dəmir darvaza almış və həmin darvazanın yerinə quraşdırılmasında o, da köməklik göstərmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun həyətində usta işləmiş. İşlədiyi işin müqabilində ondan aldığı 800 manat pulla özünə qapı və digər tikinti materialları almışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun qardaşıdır. Qardaşı İddiaçı istəyi ilə elçi gedib Cavabdeh şəxsən o, İddiaçı almışdır. Həmin vaxt cavabdeh və anası ona bildirmişlər ki, “İddiaçı evi tiksin, ondan sonra köçüb o, evdə yaşasınlar”. Qardaşı İddiaçı evi tikdikdən sonra, cavabdehlə birlikdə həmin evə köçərək orada yaşamışlar. 3 il birlikdə yaşadıqdan sonra, cavabdeh və anası İddiaçı yaşadıqları evdən çıxarmışlar. İddiaçı cavabdehlə yaşadıqları 3 il müddət ərzində, tikdirdiyi evin artırılması, həyətdə su quyusu qazdırması və bir ailə başçısı kimi digər işlər gördürmüşdür. Cavabdeh yaşadığı həmin evin yerləşdiyi torpaq sahəsi boş olmuş, orada yaşayış olmamış, İddiaçı Cavabdeh ilə ailə qurub birlikdə yaşamaları üçün, hazırda cavabdehin yaşadığı evi tikdirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun qonşusu olmuşdur. İddiaçı Cavabdeh ilə ailə qurduqdan sonra yaşadıqları evdə əvvəllər yaşayış olmamışdır. O, əvvəllər də İddiaçıla bir yerdə işləmişlər, hazırda da bir yerdə işləyirlər. İddiaçı tikdirdiyi evin bütün materiallarını öz şəxsi vəsaiti hesabına almış və həmin materialların daşınmasında iddiaçıya köməklik göstərmişdir. Həmin evdə bütün işlər İddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun ata evi ilə qonşuluqda yaşamışdır. İddiaçı Cavabdeh ilə ailə qurduqdan sonra yaşadıqları evdə əvvəllər yaşayış olmamışdır. Həmin evi İddiaçı tikdirmiş və evin bütün materiallarını iddiaçı öz şəxsi vəsaiti hesabına almışdır. Ümumiyyətlə həmin evdə bütün işlər İddiaçı tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cəlilabad Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(073)-1317/2024 saylı qərardadı ilə iş üzrə Məhkəmə Əmtəşünaslıq ekpsertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” 28 oktyabr 2024-cü il tarixli məlumatından görünür ki, 2(073)-1317/2024 saylı iş üzrə 09 iyul 2024-cü il tarixdə təyin edilmiş ekspertizanın aparılması və rəy verilməsi məqsədi ilə, qarardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılması zəruri olduğundan, vəsatət əsasında baxış keçirilməsi 16 oktyabr 2024-cü il tarixə təyin olunması bildirilmiş, lakin qeyd olunan tarixdə cavabdeh tərəf baxışda iştirak etmədiyindən və tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmadığından qərardadda qoyulmuş sualların həlli üçün tədqiqat aparmaq mümkün olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 92 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər 2019-cu ildə faktiki ailə qurmuşlar və ailə qurduqdan sonra iddiaçı Cəlilabad rayon Əliqasımlı kəndində yerləşən cavabdehə məxsus evdə birlikdə yaşamışlar. İddiaçı həmin evdə yaşadığı müddətdə evin genişləndirilməsi və abadlaşdırılması üçün xərc çəkmişdir. Belə ki, həmin evə bir otaq artırılması üçün 2500 manat, su quyusunun qazılmasına görə 500 manat, sement alınmasına görə 500 manat, beton qumuna görə 250 manat, dəmir qapıya görə 500 manat və digər otaqların təmiri üçün 500 manat pul vəsaiti xərcləmişdir. Bundan əlavə televizorun alınmasına 500 manat, soyuducunun alınmasına 500 manat, xırda məişət əşyalarının alınmasına 500 manat və cavabdehin şəxsən özünə sosial yardım düzəltdirməsi üçün 1000 manat pul vəsaiti xərcləmişdir. İddiaçı cavabdehlə 3 il bir yerdə yaşamış və qeyd etdiyi xərcləri birlikdə yaşadıqları həmin müddət ərzində çəkmişdir. Lakin cavabdehin anası Hökümə Ağayeva iddiaçını evdən çıxması üçün mütamadi olaraq təhqir etdiyindən, iddiaçı yaşadığı evi tərk etmək məcburiyyətində qalmış və həmin vaxtdan cavabdehdən ayrı yaşayır. Ailəsinin bərpa olunması üçün çox səylər göstərsə də, cavabdehin anasının təsir etməsi səbəbindən nəticəsi olmamışdır. İddiaçı ailəsinin bərpa olunmasının mümkünsüz olduğunu başa düşdükdən sonra, cavabdehdən çəkdiyi xərcləri ona geri qaytarmasını tələb etmiş, lakin cavabdeh birmənalı şəkildə bundan imtina etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi zərərə görə 7150 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 7150 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 7150 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 92 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 7150 (yeddi min yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 92 (doxsan iki) manat alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar