Məhkəmə qərarları › İş №2(073)-1396/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1396/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1396/2023 14.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat məbləğində alimentin Cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(022)-359/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Eldar, xx.xx.2012-ci il təvəllüdlü Turan və xx.xx.2016-cı il təvəllüdlü Tunar adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahlarından doğulmuş uşaqlarının onun (iddiaçının) yanında saxlanılması, xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) verilməsi qət olunmuşdur. Özü fəhləliklə məşğul olur və gündəlik çörək pulunu qazanır. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği isə uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh hal-hazırda uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Eldar, xx.xx.2012-ci il təvəllüdlü Turan və xx.xx.2016-cı il təvəllüdlü Tunar adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(022)-359/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Cavabdeh 3-cü qrup əlil olmaqla əmək qabiliyyəti məhdudur. Hazırda cavabdeh işsizdir və həmin alimenti çətinliklə ödəyir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon Səmədabad kəndi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ 204507 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 28 yanvar 2009-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan Biləsuvar rayon Səmədabad kənd dairəsi ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ 829164 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 28 fevral 2012-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV 002830 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 04 iyul 2016-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(022)-359/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sosial arayışdan görünür ki, Cavabdeh İİİ qrup əlildir və 150 (bir yüz əlli) manat pensiya alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(022)-359/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimentin Cavabdehn alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini, iddiaçının rəsmi olaraq işləmədiyini, uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin işləmədyini və İİİ qrup əlil olduğunu nəzərə alır və hesab edir ki, cavabdehdən hazırda hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(022)-359/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu ildə doğulmuş X4, xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 63.20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar