Məhkəmə qərarları › İş №2(073)-143/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-143/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-143/2024 11.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 10000 manat pulun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, o, 2012-ci ildə Cəlilabad rayon, Suluçeşmə kənd sakini X2 10000 manat müqabilində 2,02 ha torpaq sahəsini almışdır. Kənd təsərrüfat təyinatlı olan həmin torpaq sahəsini bu vaxta qədər əkib-biçmiş, onun istifadəsində və sahibliyində olmuşdur. 10 ildən çoxdur ki, o, bu torpaq sahəsində taxıl, noxud və başqa kənd təsərrüfatları məhsulları əkməklə istifadə edir. Məmmədov Daməd bir neçə il bundan qabaq dünyasını dəyişmiş, o, isə ondan aldığı torpaq sahəsini öz adına sala bilməmişdir. Onların arasında o, qədər inam etibar var idi ki, o, sənədləşməyə ehtiyac görməmiş, həm də özü səhlənkarlıq etmişdir. Daməd dünyasını dəyişəndən sonra oğlu Cavabdeh ona xəbər göndərmiş ki, torpaq sahəsini onlara qaytarsın, o, isə 10000 manat pulu qaytaracağı təqdirdə o, da torpaq sahəsini ona qaytaracağını demişdir. Lakin bu vaxta qədər Bəhruz onun xəbərdarlıqlarına məhəl qoymamış, öz iddiasında qalaraq demiş ki, torpaq sahəsini ondan alacaqdır. O, da məcburiyyat qarşısında qalaraq məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasnı xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı atasına 10000 manatı verməsi ilə bağlı iddiasında göstərdiyi vaxtı dəqiq bilmir, amma o, 2010-cü ildən uzun müddət Chində yaşamış, Chindən gələn vaxtları da o, 10-15 günlük Bakıya ailəsinin yanına gəlmişdir. İddiaçı onun əmilərinin və əmisinin oğlunun da güya 10000 manat pul müqabildində torpaq sahələrini almışdır. Həmin topaq sahəsi hazırda onların istifadələrindədir. İddiaçıya torpaq sahələrindən istifadə etmələrini bildirsə də onalr Bakı şəhərinə getdikdən sonra yenidən həmin topaq sahəsini şumlatdırmışdır. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Əmlak Məsəlləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və X4 Şəxsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestirində 320 nömrəli reyestir kitabının 44 nömrəli vərəqəsində Cəlilabad rayonu, Sulu-Çeşmə kəndində 1,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** saylı qeydiyyat nömrəli çıxarışla X3 və onun ailə üzvünə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdeh X1 10 (on min) manat müqabilində 2,02 ha torpaq sahəsi alması ilə bağlı iddia verdə də bununla bağlı məhkəməyə hər hası sübut və dəllilərini təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh X1 10 (on min) manat müqabilində 2,02 ha torpaq sahəsi alması barədə hər hansı razılaşma mövcud deyildir, ona görə də cavabdehdən pul tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 10000 manat pulun alınaraq ona verilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh qarşı cavabdehdən 10000 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 10000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar