Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1442/2025 02.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi və 11 sentyabr 2023-cü il tarixdən sonra yaranmış aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1252/2023 saylı qətnaməsi ilə xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cəlilabad rayon Məhkəməsnin xx.xx.2020-ci il tarixli, 2(073)-1975/2020 saylı qətnaməsi əsasında müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın müalicə xərci üçün 50 (əlli) manat məbləğində vəsaitin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı 2023-cü ilin oktyabr ayına kimi alimenti hər ay ödəmişdir. Sonradan isə cavabdehin xx.xx.2015-ci ildə doğulmuş X2 11 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə yazdırması barədə məlumatı olduqdan sonra İddiaçı alimenti ödəməyi dayandırmışdır. Çünki artıq onun övladı X5 cavabdehin himayəsində deyildi və uşağın xəcləri dövlət tərəfindən qarşılanırdı. İddiaçı hesab edir ki, azyaşlı övladı X5 cavabdehin himayəsində yaşamadığı və onun ehtiyacları dövlət tərəfindən ödənildiyi üçün onun aliment öhdəliyinə xitam verilməlidir. Həmçinin, uşağın 11 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə verildiyi tarixdən sonrakı dövr üçün yaranmış aliment borcları silinməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə Babhəsən qızı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, uşaq hazırda autizm xəstəliyindən əziyyət çəkir və internat məktəbində təhsil alır. Xərclərini dövlət qarşılayır, ona görə də iddiaçının aliment ödənilməsinə zərurət qalmayıb. Heç olmazsa alimetin azaldılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1252/2023 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın müalicə xərci üçün 50 (əlli) manat məbləğində vəsaitin İddiaçı tutularaq ona (Cavabdeh) verilməsi qət edilmişdir. xx.xx.2015-ci il təvəllüdlü X1 şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində həftənin 5 günü təhsil alır. Şənbə -bazar günləri, həmçinin bayram günlərində uşağı evə gətirir. Həmin məktəbdə uşaq sadəcə həftənin 5 günü yataq yeri, yemək və dərs vəsaitləri ilə təmin olunur. Digər bütün xərclərini isə (geyim, müalicə xərcləri, hər həftə gediş-gəliş üçün yol xərcləri və s.) özü (cavabdeh) ödəyir. Uşağın bir qutu dərmanını 75 manata alır. Əgər iddiaçı uşaqdan imtina etsə, o da aliment öhdəliyinə xitam verilməsinə razı olar. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1252/2023 saylı qətnaməsindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1975/2020 saylı qətnaməsi ilə xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin və uşağın müalicə xərci üçün 50 (əlli) manat məbləğində vəsaitin İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 şəhər İnternat tipli xüsusi internat məktəbinin 3-cü sinfində həftənin 5 günü təhsil alır. İşdə olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, iddiaçı aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun silinməsi tələbi ilə mediasia orqanına müraciət etmiş, cavabdeh iştirak etmədiyindən mediasiya baş tutmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1252/2023 saylı qətnaməsindən görünür ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1975/2020 saylı qətnaməsi ilə xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin və uşağın müalicə xərci üçün 50 (əlli) manat məbləğində vəsaitin İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı azyaşlı X2 Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində təhsil almasını əsas gətirərək uşağın cavabdehin himayəsində yaşamadığı və onun ehtiyacları dövlət tərəfindən ödənildiyi hesab edir və bu səbəbdən də onun aliment öhdəliyinə xitam verilməsi, həmçinin, uşağın 11 sentyabr 2023-cü il tarixindən sonrakı dövr üçün yaranmış aliment borcları silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 113-cü maddəsində aliment ödənilməsinə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin əsaslara aşağıdakılar daxildir: - uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; - aliment ödənilən uşaq övladlığa götürüldükdə; - aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; - aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; - əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Göründüyü kimi, aliment öhdəliyinə xitam verilməsinin konkret əsasları qanunla müəyyən edilmişdir və həmin əsaslar genişləndirici təfsir edilə bilməz. Hazırki halda isə həmin əsasların hər hansı biri müəyyən edilməmişdir. Uşağın xüsusi internat tipli məktəbdə oxuması onun maddi yardıma ehtiyacının ödənildiyi mənasına gəlmir. Həmçinin iş materialları və cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, azyaşlı X5 hər həftənin şənbə-bazar günləri, həmçinin bayram günlərində cavabadehin yanında yaşayır. Həmin günlərdə uşağın bütün xərcləri (yemək, geyim, müalicə xərcləri, yol xərcləri və s.) cavabdeh tərəfindən ödənilir. Bu halda iddiaçının aliment ödəməkdən və yaranmış aliment borcunu ödəməkdən azad edilməsi cavabdehin maddi təminatının pisləşməsinə səbəb ola bilər. İddiaçının nümayəndəsinin alimentin azadılması ilə bağlı xahişinə münasibətdə məhkəmə qeyd etməyi zərur bilir ki, həmin tələb məhkəmə baxışı mərhələsində verilmişdir, həmçinin həmin tələb üzrə təkrar mediasiyadan keçilməsi zərurəti vardır. Müvafiq mediasiya prosedurunda razılıq əldə olunmadığı halda isə iddiaçının həmin tələblə təkrarən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçının nümayəndəsinə izah edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1442/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1442/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver