Məhkəmə qərarları › İş №2(073)-1539/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1539/2023

15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1539/2023 15.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2023cü il tarixli, MŞL/MT014/2023-00810 salı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə faktiki olaraq ailə qurmuşlar. Onların birgə nikahından 20 dekabr 2021-ci il tarixdə X4 və 01 yanvar 2023-cü il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında rəsmi nikah olmadığından uşaqların atalıq faktı cavabdeh tərəfindən Qeydiyyat orqanında təsdiq olunmuşdur. Sonradan ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 29 aprel 2023-cü il tarixdə Muradova X3 Şahin Məmiş oğlu ilə mediasiya prosesində MŞL/MT014/2023-01204 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzaladıqları vaxdan hazırki vaxta kimi Cavabdeh sazişi icra etməkdən yayınmışdır. Sonda iddiaçı qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh tələbi etiraf edərək verdiyi izahatında bildirdi ki, iddiaçı ilə el adətinə uyğun ailə qurmaqla evlənmişlər, lakin rəsmi nikah bağlamamışlar. Onların bu evliliyindən 20 dekabr 2021-ci il təvəllüdlü X4 və 01 yanvar 2023-cü il təvəllüdlü X5 adlı 2 uşaqları doğulmuşdur. Sonradan İddiaçı ilə aralarında olan narazılıqlara görə ayrılmışlar, iddiaçı mediasiya təşkilatına müraciət etmiş və mediasiya prosesi dövründə 29 aprel 2023-cü il tarixdə MŞL/MT014/2023-00810 salı barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinə əsasən 20 dekabr 2021-ci il təvəllüdlü X4 və 01 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 125 manat olmaqla, iki uşağa görə 250 manat aliment pulunu İddiaçı hər ayın 20-də iddiaçının kart hesabına köçürməsi yolu ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin sonradan və hazırda da iş yeri olmadığından işləyə bilmir və bu səbəbdən də aliment pulunu ödəyə bilməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV 701159 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 dekabr 2021-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV 822707 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 yanvar 2023-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 29 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00810 salı barışıq sazişindən görünür ki, mediasiya prosesi dövründə tərəflər İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən, Cavabdeh 20 dekabr 2021-ci il təvəllüdlü X4 və 01 yanvar 2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 125 manat, iki uşağa görə 250 manat aliment pulunu 2023-cü ilin may ayının 20-dən başlayaraq hər ayın 20-dək İddiaçı kartına ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə faktiki olaraq ailə qurmuşlar. Onların birgə nikahından 20 dekabr 2021-ci il tarixdə X4 və 01 yanvar 2023-cü il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında rəsmi nikah olmadığından uşaqların atalıq faktı cavabdeh tərəfindən Qeydiyyat orqanında təsdiq olunmuşdur. Sonradan ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. 29 aprel 2023-cü il tarixdə Muradova X3 Şahin Məmiş oğlu ilə mediasiya prosesində MŞL/MT014/2023-01204 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzaladıqları vaxdan hazırki vaxta kimi Cavabdeh sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 29 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00810 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 20 dekabr 2021-ci il təvəllüdlü X2 və 01 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat aliment alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 29 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00810 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 20 dekabr 2021-ci il təvəllüdlü X2 və 01 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar