Məhkəmə qərarları › İş №2(073)-1550/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1550/2024

16.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1550/2024 16.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə doğulmuş X4 Cəlilabad rayon qeydiyyat şöbəsində tərtib edilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə doğulmuş X4 Cəlilabad rayon qeydiyyat şöbəsində tərtib edilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı 2022-ci ildə Cavabdeh ilə faktiki ailə quraraq cavabdehə məxsus evə gəlin köçmüçdür. Onların birgə yaşadıqları dövrdə, yəni xx.xx.2023-cü il tarixdə uşaqları X6 doğulmuşdur. İddiaçı ilə cavabdehin ailə münasibətləri tez-tez pozulduğundan, iddiaçı 4-5 ay ər evində yaşamış, evlilik müddətinin çoxunu valideynlərinə məxsus evdə keçirmişdir. İddiaçının uşağı doğularkən iddiaçının səhhətində sarsıntı və psixioloji durumlar olmuşdur. İddiaçı uşağına doğum haqqında şəhadətnamə götürən zaman uşağa öz soyadını yazdırmaq istəməsinə baxmayaraq, cavabdeh ona açıqlama vermədən öz soyadını yazdırmışdır. İddiaçı həmin vaxtlar xəstə olduğuna görə narahatlığ içində olmuş və bu səbəbdən də elə başa düşmüşdür ki, uşaq onun soyadını daşıyır. Sonradan yaxın müddət ərzində iddiaçı doğum haqqında şəhadətnaməyə diqqət yetirərkən ona məlum olmuşdur ki, uşağı atasının soyadını daşıyır. İddiaçı bununla bağlı Cəlilabad rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mübahisənin yalnız məhkəmə qaydasında həll oluna biləcəyi izah edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh 2022-ci ildə faktiki ailə qurmuşlar və onların birgə yaşadıqları dövrdə, yəni xx.xx.2023-cü il tarixdə Ulya adlı uşaqları doğulmuşdur. Ulya Cavabdeh doğma qızıdır və belə olan halda uşaq atasının soyadını daşımalıdr. Bu səbəbdən də İddiaçı iddiası əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini araşdırıb hesab edir ki, hazırki iş mülki məhkəmə icraatında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, 258 saylı doğum haqqında arayışdan görünür ki, X6 20 dekabr 2023-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, 260 saylı atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Cavabdeh 20 dekabr 2023-cü ildə İddiaçı doğulmuş X4 atası olmasını etiraf etmişdir. İş materiallarından da görünür ki, iddiaçının tələbi xx.xx.2023-cü il tarixdə doğulmuş X4 Cəlilabad rayon qeydiyyat şöbəsində tərtib edilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbi ilə bağlı inzibati mübahisədir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, iddiaçının tələbi xx.xx.2023-cü il tarixdə doğulmuş X4 Cəlilabad rayon qeydiyyat şöbəsində tərtib edilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbi ilə bağlı inzibati münasibətlərdən irəli gələn inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddia ərizəsindən və tərəflərin izahatından görünür ki, İddiaçı tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisədir. Ona görə də hazırki iddia tələbi mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə doğulmuş X4 Cəlilabad rayon qeydiyyat şöbəsində tərtib edilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar