Məhkəmə qərarları › İş №2(073)-1751/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1751/2025

16.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1751/2025 16.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakının evdən çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əmlaklarının Cəlilabad şəhəri, Cavadxan küçəsi, Yeni yaşayış massivində yerləşən evdən çxıarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 16 sentyabr 2025-ci il tarixə saat 10:15-ə təyin edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclaslarına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə iclasında Cavabdeh qızı iddiaçı ilə barışdığından işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 1********) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh qarşı Cavabdeh məxsus olan cehiz əmlaklarının Cəlilabad şəhəri, Cavadxan küçəsi, Yeni yaşayış massivində yerləşən evdən çxıarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 1********) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar