Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1828/2024 01.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cəlilabad rayon Sabirabad Bələdiyyəsinə, X1 və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləl Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cəlilabad rayon Sabirabad Bələdiyyəsinə, X1 və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləl Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 məhkəməyə vəsatət (ərizə) göndərərək, həmin iddia ərizəsinin qaytarılmaqla ərizənin baxılmamış saxlanılması barədə müvafiq qərardad qəbul olunmasını istəyirlər. Qeyd olunanların nəzərə alınaraq, işə baxılmasını istəmədiklərini bildirərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8‐ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1‐ci və 170.2‐ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçılara qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cəlilabad rayon Sabirabad Bələdiyyəsinə, X1 və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləl Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1828/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1828/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver