Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-202/2025 04.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh və onun nümayəndəsi X3 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə əlavə edilmiş siyahidə göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən 3 otaqdan, 1 mətbəx və 1 dəhlizdən ibarət fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, həmin mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması, payının müəyyən edilməsi, mənzilə köçürülməsi və 1500 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması tələblərinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş siyahidə göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi, mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 otaqdan, 1 mətbəx və 1 dəhlizdən ibarət fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, həmin mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması, payının müəyyən edilməsi, mənzilə köçürülməsi və 1500 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı isə qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə 2025-ci ildə ailə həyatı quraraq nikahlarını 22 aprel 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından övladları Vüsal və Əli doğulmuşdur. O, Cavabdeh ilə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarında olan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Aralarında bağlanmış rəsmi nikah Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(073)-977/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda Cavabdeh ilə aralarında olan bütün əlaqələr kəsilmişdir. Lakin Cavabdeh məxsus cehiz əmlakı olan, mətbəx mebeli, yataq dəsti, masa və stullar, divar saatı, televizor və altlığı, tək divanlar, divan-kreslo dəsti, yorğan-döşək dəsti, divan örtükləri, serviz yemək və çay dəstləri, soyuducu, sərinkeş, pərdə, xalçalar və evdə istifadə olunan əşyalar hazırda ünvan 2 ünvanında yerləşən ona məxsus evdə qalmışdır. Hesab edir ki, Cavabdeh həmin evdə yaşamadığından və ailə münasibətləri kəsildiyindən, Cavabdeh məxsus cehiz əmlaklarının onun evində saxlanılmasının mənası yoxdur. Cavabdeh cehiz əmlakı ona məxsus evdə qaldığı təqdirdə, həmin cehiz əmlaklarına görə evi sahibsiz qoyub başqa bir yerlərə, o cümlədən müalicəyə və yaxud hər hansı bir iş dalıyca gedə bilmir. Həmçinin həmin əmlaklar nəzarətsiz qalaraq xarab olur və ya cürüyür. Sonradan Cavabdeh məxsus həmin cehiz əmlaklarına görə məsuliyyət daşımaması səbəbindən, həmin əmlakların ona məxsus evdən çıxarılmasını istəyir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tələb etdiyi qızıl-zinət əşyaları evi alarkən satılmış, əlavə olaraq bankdan kredit götürülmüş və evin alınmasına görə evi satan şəxsə ödənilmişdir. Ona görə qızıl-zinət əşyaları tələbi əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə 2015-ci ildə ailə qurmuş, nikahlarını isə 22 aprel 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından övladları 04 mart 2016-cı il təvəllüdlü X5 və 31 iyul 2019-cu il təvəllüdlü X7 doğulmuşdur. İddiaçı ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, İddiaçılə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşamışlar, lakin sonradan İddiaçı başqa bir qadınla münasibət yaratması səbəbindən aralarında olan ailə münasibətləri pozulmuş və nəticədə faktiki olaraq ayrılmışlar. Bundan sonra İddiaçı aralarında bağlanmış rəsmi nikahın pozulması ilə bağlı Cəlilabad Rayon Məhkəməsinı müraciət etmiş və məhkəmənin 20 dekabr 2023-cü il tarixli, 2(073)-977/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda İddiaçı mübahisələndirdiyi Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.mdən ibarət fərdi yaşayış evi İddiaçılə birgə nikah dövründə əldə etdikləri əmlakdır və qanunun tələbi baxımından ər-arvad arasında yarı bölünməlidir. Bundan əlavə ona hədiyyə verilmiş ümumilikdə 1500 manat dəyərində 1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğadan ibarət qızıl əşyalarını da ilk iddia üzrə İddiaçı satıb evin alınmasına xərcləməsini bildirmişdi, amma əslində özünə avtomobil almışdır. Onun və uşaqlarının yaşamağa başqa yerləri yoxdur və uşaqları ilə birlikdə köçüb həmin evdə yaşamaq istəyirlər. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi X6 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirdi ki, ilk iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh məxsus qızıl əşyalarını satıb evin alınmasına xərcləməsini bildirsə də, əslində özünə avtomobil almışdır. Qeyd edilənlərin nəzərə alınaraq qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********23-10301 reyestr nömərli çıxarışdan görünür ki, Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.mdən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" ASC Cəlilabad filialı ilə İddiaçı arasında bağlanmış 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 120 ay müddətinə illik 6 faiz olmaqla 16200 manat məbləğində kredit verilmişdir. İşdə olan 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı 23 fevral 2021-ci il tarixdən 24 fevral 2031-ci il tarixə kimi hər ay 179,85 manat, sonuncu ay isə 183,02 manat ödəməklə, ümumlikdə 21585,17 manat krediti faizləri ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(073)- 977/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 aprel 2016-cı il tarixdə bağlanmış 06 saylı nikah qeydi pozulmuş, 04 mart 2016-cı il təvəllüdlü X1 və 31 iyul 2019-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları müəyyən edilməklə, 26 aprel 2023-cü il tarixdən başlayaraq 04 mart 2016-cı il təvəllüdlü X1 və 31 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qızıl dəsti (1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğa) ümumilikdə 1200 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə əlavə edilmiş siyahidə göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdehə məxsus və çıxarılması tələb olunan cehiz əmlakları tərəflərin birgə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak olan yaşayış evində qalması ilk iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, ilk iddia üzrə cavabdehə məxsus cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evi ilk İddiaçı ilə onun birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan, ilk iddiaçının tələbi əsaslı sayıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********23-10301 reyestr nömrəli çıxarışdan da göründüyü kimi, Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.mdən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla, 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evindən onların payları razılaşma ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı 0,6 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evindən payları ½ hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qarşılıqlı iddia tələbinin istifadə hüququnun tanınması ilə bağlı qeyd edir ki, Cavabdeh Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsindən və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evindən ½ hissədə mülkiyyət hüququ müəyyən edilərək tanındığından, həmin evə istifadə qüququ verilmişdir. Ona görə də həmin evə istifadə qüququnun tanınması hissədə tələbi əsassızdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının tələb etdiyi 1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğadan ibarət qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı məsələyə qiymət verərək, belə nəticəyə gəlir ki, həmin əşyalar həqiqətən də mövcud olmuş, lakin tərəflərin izahatlarında həmin əşyaları ilk iddia tələbi üzrə iddiaçı tərəfindən satılaraq evin alınmasına xərcləmişlər. Həmin qızıl-zinət əşyalarının dəyərinə gəldikdə isə məhkəmə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən qiymətləndirilən məbləğlərin daha obyektiv və əmlakların həqiqi dəyərini göstərdiyi inamına gəlir və hesab edir ki, həmin əşyaların dəyəri "xxxx" MMC-nin mütəxəssisi tərəfindən göstərilən dəyərlə qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə əlavə edilmiş siyahidə göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2-da yerləşən evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********23-10301 reyestr nömərli çıxarışa əsasən İddiaçıun mülkiyyətində olan və 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh payı ½ hissədə müəyyən edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən ümumi sahəsi 98,5 kv.m-dən ibarət olan fərdi yaşayış evinə köçürülməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ümumilikdə 1200 manat dəyərində qızıl dəsti (1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğa) alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Həmin əşyalar olmadığı təqdirdə onların dəyəri olan 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumu, ilk iddia təmin edilmədiyindən ilk İddiaçı özünə aid edilməlidir. Qarşılıqlı iddia qismən təmin edildiyindən, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 70 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ilk iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə əlavə edilmiş siyahidə göstərilən və Cavabdeh məxsus cehiz əmlakının ünvan 2da yerləşən evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********23-10301 reyestr nömərli çıxarışa əsasən İddiaçıun mülkiyyətində olan və 23 fevral 2021-ci il tarixli, İPKD3418463A162 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 98,5 kv.mdən ibarət fərdi yaşayış evindən Cavabdeh payı ½ hissədə müəyyən edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Cəlilabad şəhəri, Məhəmməd Əsədov küçəsi, 28, (yeni qaydalarla Məlik Dadaşov küçəsi, ev 19) ünvanında yerləşən ümumi sahəsi 98,5 kv.m-dən ibarət olan fərdi yaşayış evinə köçürülsün. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ümumilikdə 1200 manat dəyərində qızıl dəsti (1 ədəd boyunbağı aralığı, 1 ədəd qolbağ, 1 cüt sırğa) alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Həmin əşyalar olmadığı təqdirdə onların dəyəri olan 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu ilk İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun bir hissəsi qismində 70 (yetmiş) manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-202/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-202/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver