Məhkəmə qərarları › İş №2(073)-2028/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2028/2025

10.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2028/2025 10.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-64/2025 saylı qərardadı əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı Cavabdeh ilə 11 mart 2013-cü ildə rəsmi nikaha girməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Cavabdehlə aralarında yaranmış narazılıqlar səbəbindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqları iddiaçının yanında qalmışdır. Cavabdehin müraciəti əsasında Cəlilabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-663/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 25 fevral 2019-cu ildən başlayaraq 08 mart 2015-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və Fatimə adlı uşaq üç yaşına çatanadək 50 (əlli) manat sabit pul məbəğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra cavabdehin müraciəti əsasında Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-64/2025 nömrəli qərardadı ilə xx.xx.2019-cu il tarixli, 2(073)-663/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği indeksasiya olunmuş və bir uşağa görə minimum əmək haqqının 0.69 (sıfır tam bir yüzdə altmış doqquz) misli həddində müəyyən olmuşdur. Cavabdehlə ayrıldıqdan sonra 2020-ci ildə başqa bir qadında rəsmi nikaha girməklə evlənmiş, həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. O, əvvəlki qətnamə ilə müəyyən olunmuş alimenti ödəməkdən yayınmır. Lakin hazırki artımın misli ödənişi onu əlverişsiz bir vəziyyətə gətirib çıxaracaq, ikinci ailə həyatında maddi sıxıntılarla qarşılaşacaq və bu da bir sıra problemlərin yaranmasına gətirib çıxaracaqdır. Heç bir təsərrüfatı yoxdur, heç bir gəlir yeri yoxdur, adına heç bir əmlak mövcud deyildir, heç bir yerdə işləmir və ödənişi ödəməkdə çətinlik çəkir. O yalnız əvvəlki miqdarda təyin edilmiş alimenti ödəyə bilər. Ona görə də alimentin azaldılması zərurəti yaranmışdır. O, aliment məbləğinin azaldılması tələbi barədə Mediasiya Şurasına müraciət etmiş, ərizəsi mediator tərəfindən icraata götürülmeş. Nəticədə mediator tərəfindən ona 28 may 2025-ci il tarixli arayış verilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi barədə 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Bu barədə mediator tərəfindən verilmiş X3 iştirak edilməyi barədə arayışda da öz əksini tapmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ikinci nikahdan xx.xx.2021-ci il təvəllüdlü Uğur adlı uşağı da vardır. Özü isə işsizdir. İndeksasiya edilmiş aliment məbləği bir uşağa görə aylıq 276 manat təşkil edir, halbuki indeksasiyaya qədər 90 manat ödəyirdi. Birdən-birdə bu qədər artım olması onu əlverişsiz vəziyyətə salıb. İki uşağa görə cəmi 250 manat ödəyə bilər. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan: - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 mart 2015-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X2r; - Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 avqust 2017-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-663/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, 25 fevral 2019-cu ildən başlayaraq 08 mart 2015-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və Fatimə adlı uşaq üç yaşına çatanadək 50 (əlli) manat sabit pul məbəğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. - Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-64/2025 nömrəli qərardadından görünür ki, həmin qərardadla yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan hər uşağa görə 90 manat sabit pul məbləğində alimentin minimum əmək haqqının 0.69 (sıfır tam bir yüzdə altmış doqquz) misli həddində indeksasiya olunması qərara alınmışdır. - Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin məşğulluq haqqında arayışından görünür ki, İddiaçı işsizdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-663/2019 nömrəli qətnaməsi ilə 25 fevral 2019-cu ildən başlayaraq 08 mart 2015-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və Fatimə adlı uşaq üç yaşına çatanadək 50 (əlli) manat sabit pul məbəğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra cavabdehin müraciəti əsasında Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-64/2025 nömrəli qərardadı ilə xx.xx.2019-cu il tarixli, 2(073)-663/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği indeksasiya olunmuş və bir uşağa görə minimum əmək haqqının 0.69 (sıfır tam bir yüzdə altmış doqquz) misli həddində müəyyən olmuşdur. İddiaçı həmin məbləği ödəmək iqtidarında olmadığını iddia edərək məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan ikinci nikaha daxil olmuş və həmin nikahdan bir uşağı olmuşdur. İddiaçı işsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-64/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(073)-663/2019 saylı qətnaməsinə əsasən bir uşağa görə tutulan alimentin məbləği indeksasiya olunaraq alimentin məbləği 276 manat məbləğində müəyyən edildikdən sonra İddiaçı təyin olunmuş alimenti ödəmək qabiliyyəti zəifləmişdir. Ona görə də məhkəmə alimentin davamlı ödənilməsini təmin etməkdə çətinlik yaranmaması səbəbindən miqdarının azaldılmasının hər iki tərəfin mənafeyinə uyğun olması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, uşağın saxlanılması üçün iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanılmasına kömək göstərmək və uşağa qayğı göstərmək İddiaçı valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə işin hallarını, iddiaçının ikinci dəfə nikaha girməsini və həmin nikahdan azyaşlı uşağının olduğunu, məşğulluq orqanında işsiz kimi qeydiyyatda olduğunu, indeksasiya aparıldıqdan sonra aliment məbləğinin faktiki olaraq əhəmiyyətli dərəcədə artmasını, eləcə də qanunun tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-64/2025 nömrəli qərardadı ilə 08 mart 2015-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, 08 mart 2015-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-64/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılsın və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı 08 mart 2015-ci il təvəllüdlü X4 və 29 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabadeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.35 (sıfır tam yüzdə otuz beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar