Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2080/2025 29.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ataş oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Ataş oğluna qarşı cavabdehdən fərdi yaşayış evinin inşası üçün beh kimi verilmiş 15000 manat pulun, əmək haqqı olaraq ona verməli 5000 manat pulun və pul vəsaitindən 2 il ərzində qanunsuz istifadəyə görə 7% bank uçot dərəcəsinə uyğun olan 2100 manat pulu alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Ataş oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ataş oğlundan fərdi yaşayış evinin inşası üçün beh kimi verilmiş 15000 manat pulun, əmək haqqı olaraq ona verməli 5000 manat pulun və pul vəsaitindən 2 il ərzində qanunsuz istifadəyə görə 7% bank uçot dərəcəsinə uyğun olan 2100 manat pulu alınaraq ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, cavabdeh Səfərov X2 rayonu Sabirabad kəndində qeydiyyatda olsa da, faktiki olaraq onunla qonşuluqda olmaqla, ünvan 1 ünvanda fərdi yaşayış evləri tikib satmaq fəaliyyəti ilə məşğul olur. 2018-ci ildən cavabdehlə tanışlıqları vardır. Cavabdehin inşa etdiyi fərdi yaşayış evlərində elektrik avadanlıqlarının qurlaşdırılması işlərini o görür. Onun halhazırda yaşadığı evi də Cavabdeh ona satmışdır. 2022-ci ili mart ayında oğlu Oruc Həsənov üçün Cavabdeh 48-50 kv.metirlik fərdi yaşayış evini tikib təhvil verilməsi barədə şifahi razılığa (podrat sifarişi) gəlmişlər. Cavabdeh ondan sifarişi qəbul etmiş və 3-4 ay müddətinə evi tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh işə başlamaq üçün ondan 2022-ci ilin mart ayında 15000 manat beh almışdır. Eyni zamanda onlar şifahi qaydada razılaşmışlar ki, cavabdehin tikdiyi evlərdə elektrik işlərini o görsün. Həmin elektrik işlərinə görə Yalçın tərəfindən ona verilməli olan zəhmət haqqı toplanaraq, sonda, beh kimi verdiyi 15000 manatın üzərinə, yəni evin qiymətinə əlavə ediləcək. O, indiyə qədər cavabdehin tikdiyi 20 evdə elektrik işləri görmüşdür, buda 5000 manat əmək haqqı təşkil edir. Lakin, Cavabdeh Ataş oğlu tikintisini öhdəsinə götürdüyü evi razılaşdıqları qaydada tikib ona təhvil verməmişdir. İnşa etdiyi evlərdən yalnız hazır vəziyyətə gətirildikdən sonra ikisini ona göstərsə də, həmin evlər onun sifarişinə, yəni aralarında olan razılaşmanın forma və qaydalarına uyğun inşa edilmədiyindən razılığa gəlməmişlər. Beləliklə, Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən aralarında bağlanmış şifahi razılaşma (podrat müqaviləsi) hər iki tərəfin razılığı ilə aprel 2023-cü il tarixdə şifahi qaydada pozulmuşdur. Cavabdeh və o razılığa gəlmişlər ki, Cavabdeh ondan aldığı 15000 manat pulu aralarında olan razılaşma pozulduğuna görə dərhal ona qaytarmalıdır. Lakin, pulun qaytarılmasını cavabdehdən hər dəfə tələb etdiyi zaman, Yalçın 15000 manat pulu ona tezliklə qaytarmağa söz versə də, sonradan müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Bundan sonra o, 2024-cü ilin axırlarında bu barədə Abşeron rayon Polis idarəsinə şikayət vermişdir. Onun şikayətini İB-nin müstəntiqi polis mayoru X3 araşdırmışdır. İzahatı alınmış Cavabdeh Ataş oğlu göstərmişdir ki, həqiqətən ondan fərdi yaşayış evinin tikib təhvil verilməsi üçün 15000 manat pul almış, lakin evi tikib təhvil vermədiyini, aralarında olan razılaşmanın ləğv olunduğunu etiraf etmiş və maddi imkanı olmadığından pulu hələdə qaytarmadığını bildirmişdir. Cavabdeh eyni zamanda etiraf edərək izahatında göstərmişdir ki, onun inşa etdiyi evlərdə elektrik işlərini o görür. Abşeron rayon Polis İdarəsinin İB-nin müstəntiqi, polis mayoru Vüsal Rzayev 26 dekabr 2024-cü il tarixli Qərar ilə işin mülki xarakteri olduğunu qeyd edərək, cinayət işinin başlmasını rədd etmişdir. Bundan sonra o, Yalçına pretenziya göndərərək 15000 manat verdiyi nəğd pulun, 5000 manat gördüyü elektrik işlərinə görə əmək haqqı şəkilində ona verməli olduğu pulun dərhal qaytarılmasını və razılaşma pozulduqdan sonra iki il ərzində onun 15000 manat pulundan qanunsuz istifadə etdiyinə görə 7% illik bank faizi olmaqla 2100 manat pulun ödəməli olduğunu bildirmişdir. Lakin, 4 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh ona müsbət cavab verməmiş və şifahi şəkildə bildirmişdir ki, pulu qaytarmağa hələ imkanı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı uzun müddətdir ki tanıyır. İddiaçının hazırda yaşadığı evi o tikib vermişdir. İddiaçı ona yenə ev istədiyini bildirmiş və bankdan ilkin ödəniş olaraq 15000 manat kredit götürüb ona vermişdir. Bir müddət sonra o evi tikib iddiaçıya vermişdir. O, həmin evin tikintisinə ümumilikdə 30000 manatdan çox pul xərcləmişdir. Lakin həmin evin kanalizasiya xətti sistemində nazaslıqlar olduğundan İddiaçı evi bəyənməmiş və evi istəməmişdir. Hal-hazırda həmin evi satışa qoymuşdur. Ev satılan kimi iddiaçının 15000 manat ilkin ödəniş kimi ona verdiyi pulu iddiaçıya geri qaytaracaqdır. Həmçinin onun tikdiyi 2 evdə İddiaçı elektrik işləri görmüş və bu işinə görə iddiaçıya 150 manat və 250 manat borcu qalmışdır. İddiaçının dediyi kimi 15 evin elektrik işinin görülməsi ilə İddiaçıla danışığı olmamış, iddiaçı onun qaynı Habil Abuşovla danışıb, qaynının sifarişi ilə işəmişdir. Halhazırda imkanı zəifdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi yaranmadığı üçün barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı Cavabdeh 20000 manat pul tələbinə dair iddiası üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda Cavabdeh Ataş oğlu izahatında İddiaçı ev tikmək üçün 15000 manat pul aldığını və sonradan həmin evin tikinti-təmir işləri üçün ümumilikdə 30000 manat pul xərcləndiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh Ataş oğlu ilə qonşudur. Cavabdeh fərdi yaşayış evləri tikib satmaq fəaliyyəti ilə məşğul olur. İddiaçı 2018-ci ildən cavabdehlə tanışlıqları vardır. Cavabdehin inşa etdiyi fərdi yaşayış evlərində elektrik avadanlıqlarının qurlaşdırılması işlərini isə iddiaçı görür. İddiaçının hal-hazırda yaşadığı evi də Cavabdeh satmışdır. İddiaçı 2022-ci ili mart ayında oğlu Oruc Həsənov üçün Cavabdeh 48-50 kv.metirlik fərdi yaşayış evini tikib təhvil verilməsi barədə şifahi razılığa (podrat sifarişi) gəlmişlər. Cavabdeh iddiaçınan sifarişi qəbul etmiş və 3-4 ay müddətinə evi tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh işə başlamaq üçün iddiaçıdan 2022-ci ilin mart ayında 15000 manat beh almışdır. Eyni zamanda onlar şifahi qaydada razılaşmışlar ki, cavabdehin tikdiyi evlərdə elektrik işlərini iddiaçı görsün. Həmin elektrik işlərinə görə Yalçın tərəfindən İlqara verilməli olan zəhmət haqqı toplanaraq, sonda, beh kimi verdiyi 15000 manatın üzərinə, yəni evin qiymətinə əlavə ediləcək. İddiaçı indiyə qədər cavabdehin tikdiyi 20 evdə elektrik işləri görmüşdür, buda 5000 manat əmək haqqı təşkil edir. Lakin, Cavabdeh Ataş oğlu tikintisini öhdəsinə götürdüyü evi razılaşdıqları qaydada tikib ona təhvil verməmişdir. Cavabdeh inşa etdiyi evlərdən yalnız hazır vəziyyətə gətirildikdən sonra ikisini göstərsə də, həmin evlər iddiaçının sifarişinə, yəni aralarında olan razılaşmanın forma və qaydalarına uyğun inşa edilmədiyindən razılığa gəlməmişlər. Beləliklə, Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən aralarında bağlanmış şifahi razılaşma (podrat müqaviləsi) hər iki tərəfin razılığı ilə aprel 2023-cü il tarixdə şifahi qaydada pozulmuşdur. Tərəflər razılığa gəlmişlər ki, Cavabdeh iddiaçıdan aldığı 15000 manat pulu aralarında olan razılaşma pozulduğuna görə dərhal qaytarmalıdır. Lakin, iddiaçı pulun qaytarılmasını cavabdehdən hər dəfə tələb etdiyi zaman, Yalçın 15000 manat pulu tezliklə qaytarmağa söz versə də, sonradan müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında dinlənilmiş audio səs yazılarında İddiaçı ilə Cavabdeh Ataş oğlu arasında olan danışıqlarda cavabdeh iddiaçıya borclu olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı tələbində fərdi yaşayış evinin inşası üçün beh kimi verilmiş 15000 manat pulun geri qaytarılması hissəsində əsaslıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsin əəsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerliözünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə, həmçinin iddianın 5000 manat zəhmət haqqı tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, inşa edilmiş iki evin elektrik işlərinin görülməsi üçün razılaşdırılmış cəmi 400 manat zəhmət haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, iddianın 7% bank uçot dərəcəsinə uyğun olaraq 2100 manat pul tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh Ataş oğlundan fərdi yaşayış evinin inşası üçün beh kimi verilmiş 15000 manat və zəhmət haqqı olaraq 400 manat pul alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 12 iyun 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 157 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 157 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ataş oğlundan fərdi yaşayış evinin inşası üçün beh kimi verilmiş 15000 (on beş min) manat və zəhmət haqqı olaraq 400 (dörd yüz) manat alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2080/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2080/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver