Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2173/2025 26.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu, Suluçeşmə kənd sakini Cavabdeh tərəfindən ona (iddiaçıya) dəymiş zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icrata xitam verilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)- 268/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia qismən təmin edilərək cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Sulu-Çeşmə kəndində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı əldən çıxmış faydanın əvəzi olaraq 6480 (altı min dörd yüz səksən) manat pul və 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınıb iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh verilməsi, ilk iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1376/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-268/2024 saylı qətnaməsi ilə İddiaçı əldən çıxmış faydanın əvəzi olaraq 6480 manat məbləğində pul vəsaitinin alınıb Cavabdeh verilməsi hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmə icraatında İddiaçıqarşılıqlı iddia qaldıraraq torpaq sahəsi üçün vermiş olduğu 10 min manat pulun Cavabdeh Teyyuz qızından tutularaq ona verilməsini xahiş etmişdir, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-268/2024 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşlıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1376/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı əldən çıxmış faydanın əvəzi olaraq 6480 manat məbləğində pul vəsaitinin alınıb Cavabdeh verilməsi hissədinə ləğv edilmiş, qətnamə qalan hissələrdə dərişdirilmədən saxlanılmışdır. X1 Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1376/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı Cavabdeh qarşı 10000 manat məbləğində pulun alınması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, eyni tələb və eyni predmet üzrə, yəni İddiaçı iş üzrə mübahisələndirilən torpağa görə verilmiş 10000 manat pulun alınaraq ona verilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(073)-143/2024 saylı qətnaməsi mövcuddur. Buna görə də iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Tələbin mahiyyəti ilə bağlı məhkəmə iclasında iddiaçı ilə söhbət və dəqiqləşmə aparılmış və iddianın mahiyyətinin təkrarən həmin torpaq sahəsinə görə iddiaçının cavabdehə verdiyi pulun geri qaytarılmasından ibarət olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəfləri arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2173/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2173/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver