Məhkəmə qərarları › İş №2(073)-2299/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2299/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2299/2023 27.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı qarşı böhtan və təhqir etməyə görə cavabdehin üzərinə istəməsi vəzifəsinin qoyulması və 50 000 (əlli min) manat kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə onun (iddiaçının) haqqında böhtan və təhqir məzmunlu məlumatlar yaymasının qadağan edilməsinə, təhqir etməsinə və böhtan atmasına görə cavabdehin facebook səhifəsində ondan (iddiaçıçdan) üzr istəməsinə, ona (iddiaçıya) vurduğu mənəvi zərərə görə cavabdehdən 45 000 (qırx beş min) manat vəsaitin alınmasına, həmin vəsaitin müştərək qaydada bölünərək X3, Yaşat Fondunun və X1 hesabına ödənilməsinə və məhkəmə xərclərinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmidir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, böhtan və təhqir etməyinə görə İddiaçı ondan üzr istəməsinə və 50 000 (əlli min) manat kompensasiyanın tutularaq ona (Cavabdeh) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə, saat 15:00-a təyin edilmiş və işə baxılmanın vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı qarşı böhtan və təhqir etməyə görə cavabdehin üzərinə istəməsi vəzifəsinin qoyulması və 50 000 (əlli min) manat kompensasiya tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar