Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-234/2023 16.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 iyul 2015-ci ildə anadan olmuş X1 və 17 fevral 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona (İddiaçı) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın predmetinin dəyişdirilməsinə dair ərizə verərək iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə faktiki olaraq evlənmişlər, nikahlarını isə xx.xx.2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 iyul 2015-ci il təvəllüdlü Qızılgül və 17 fevral 2017-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında olan narazılıqlara görə ailə münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Hazırda o (iddiaçı) yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Özü heç yerdə işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə Cəlilabad rayon X6 Polis Bölməsində polis nəfəri işləyir, yüksək məbləğdə əmək haqqı alır və uşaqlarına yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarxli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2016-cı ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 633 saylı qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 15 iyul 2015-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 17 fevral 2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki olaraq evlənmişlər, nikahkarını isə xx.xx.2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 iyul 2015-ci il təvəllüdlü Qızılgül və 17 fevral 2017-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər fktiki olaraq ayrılmışlar və birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalmışdır. İddiaçı işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında iddiaçıya könüllü olaraq kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2.-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 18 noyabr 2022-ci ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İşdə olan Mediasiya Şurası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 21024 saylı arayışdan görünür ki, İddiaçı tərəfindən 60 (altmış) manat ödənilmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 18 noyabr 2022-ci il tarixdən başlayaraq 15 iyul 2015-ci il təvəllüdlü X1 və 17 fevral 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilbad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-234/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-234/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver