Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2374/2025 23.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-62/2025 saylı qərardadı əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha girməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2011-ci təvəllüdlü Nərgiz adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında yaranmış narazılıqlar səbəbindən Məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqları iddiaçının yanında qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-3146/2018 saylı qətnaməsi ilə 25 oktyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra cavabdehin müraciəti əsasında Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-62/2025 nömrəli qərardadı ilə xx.xx.2018-ci il tarixli, 2(073)-3146/2018 saylı qətnaməyə əsasən tutulan alimentin məbləği indeksasiya olunmuş və bir uşağa görə minimum əmək haqqının 0.92 (sıfır tam bir yüzdə doxsan iki) misli həddində müəyyən olmuşdur. Cavabdehlə ayrıldıqdan sonra 2020-ci ildə başqa bir qadında rəsmi nikaha girməklə evlənmiş, həmin nikahdan bir uşaqları doğulmuş, ikinci uşaq da doğulmaq ərəfəsindədir. O, hazırda Bakı şəhərində yaşamaqla orada işləyir və aylıq 600 manat əmək haqqı alır. Lakin hazırki indeksasiya olunmuş alimentin məbləği 368 manat olmaqla ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu da keçir və onu çıxılmaz vəziyyətə salır. O, yeni ailəsini və uşaqlarını da saxlamalıdır. Ona görə də alimentin azaldılması zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə uşağı üçün 160 manat aliment ödəmək iqtidarında olmasını bildirərək və işin hallarını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakıolmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 4 saylı Bakı”ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə X4 ilə 345 saylı nikah bağlamışlar, nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. İşdə olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X3r. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-62/2025 nömrəli qərardadından görünür ki, həmin qərardadla yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin minimum əmək haqqının 0.92 misli həddində indeksasiya olunması qərara alınmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci ildən "xxxx" MMC-də çalışır, hazırda Bazar Araşdırması Bölməsində Monitoronq əməkdaşı vəzifəsindədir və aylıq əmək haqqı 670 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-62/2025 nömrəli qərardadı ilə xx.xx.2018-ci il tarixli, 2(073)- 3146/2018 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği indeksasiya olunmuş və bir uşağa görə minimum əmək haqqının 0.92 misli həddində müəyyən olmuşdur. İddiaçı həmin məbləği ödəmək iqtidarında olmadığını iddia edərək məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan ikinci nikaha girmiş və həmin nikahda bir uşağı olmuşdur. İddiaçı işləyir və 670 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-62/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(073)-3146/2018 saylı qətnaməsinə əsasən bir uşağa görə tutulan alimentin məbləği indeksasiya olunmaqla alimentin məbləği faktiki olaraq 368 manat məbləğində müəyyən edildikdən sonra iddiaçının faktiki artmış alimenti ödəmək qabiliyyəti zəifləmişdir. Ona görə də məhkəmə alimentin davamlı ödənilməsini təmin etməkdə çətinlik yaranmaması səbəbindən miqdarının azaldılmasının hər iki tərəfin mənafeyinə uyğun olması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, uşağın saxlanılması üçün iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanılmasına kömək göstərmək və uşağa qayğı göstərmək İddiaçı valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə işin hallarını, iddiaçının ikinci dəfə nikaha girməsini və həmin nikahdan bir uşağının olmasını, müvafiq indeksasiya aparıldıqdan sonra alimentin məbləğinin faktiki olaraq əhəmiyyətli dərəcədə artmasını, iddiaçının 670 manat əmək haqqı almasını, eləcə də qanunun tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-62/2025 nömrəli qərardadı ilə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı 6-cı bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(073)-62/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılsın və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2374/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2374/2025
23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver