Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2476/2024 29.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəlilabad Rayon Polis Şöbəsinə qarşı Cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi və 15000 manat məbləğində mənəvi ziyan tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəlilabad Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsini və 15000 manat məbləğində mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəlilabad Rayon Polis Şöbəsinə qarşı Cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi və 15000 manat məbləğində mənəvi ziyan tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizələrində cavabdeh Cəlilabad Rayon Polis Şöbəsinə qarşı Cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi tələbi cinayət prosessual qanunvericiliyinə əsasən məhkəmə nəzarəti qaydasında baxılan şikayətdir, və digər, yəni 15000 manat məbləğində mənəvi ziyan tələbi inzibati orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsi ilə vətəndaş arasında olan inzibati münasibətlərdən irəli gələn inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi iləəlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 7.1-ci bəndinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddiaçıların ərizələrində göstərdikləri tələblər ümumi məhkəmələrdə, mülki məhkəmə icraatı qaydasında baxılan tələblər deyil, ona görə də iddia ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədəəsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəlilabad Rayon Polis Şöbəsinə qarşı Cinayət işi başlanmasının rədd edilməsi haqqında 04 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi və 15000 manat məbləğində mənəvi ziyan tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2476/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2476/2024
29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver