Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2551/2023 21.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə çəkilən xərcin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa edilmiş evə dair çəkilən xərcin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikahda olduqları vaxt öz gəlirləri hesabına tikilmiş Cəlilabad rayonu Bəcrəvan kəndində yerləşən fərdi yaşayış evinə tərəfindən çəkilmiş 16000 (altı min) manat xərcin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 2006-cı ildə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Ailə qurduqdan sonra Cəlilabad rayonunun Bəcrəvan kəndində yerləşən qaynatasına məxsus evə köçmüşdür. Qaynatasına məxsus evdə təxminən 3 il yaşadıqdan sonra hazırda mübahisələndirdiyi evə köçmüşdür. Həmin evə köçən zaman ev yaşayış üçün yararlı olmamışdır. Həmin evə təxminən 35 000 - 45 000 manat vəsait xərcləmişlər. Ev 1 mərtəbəli olmaqla üç otaq, eyvan və mətbəxdən ibarətdir. Hazırda həmin evdə cavabdehin qardaşı X4 yaşayır. Qeyd edilənlərin nəzərə alınaraq, iddanın təin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh qardaşı Cavabdeh 2006-cı ildə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Ailə qurduqdan sonra iddiaçı atasına (cavabdehin) məxsus Cəlilabad rayonunun Bəcrəvan kəndində yerləşən evə gəlin köçmüşdür. İddiaçının mübahisələndirdiyi ev onun tərəfindən 2004-cü ildə öz vəsaiti hesabına inşa etdirilmişdir. İddiaçı 2006-cı ildə ailə quran zaman hazırda mübahisələndirilən evdə yaşayış olmamışdır. Qardaşı ailə qurduqdan sonra həmin evi müvəqqəti yaşaması üçün qardaşına vermişdir. Sonradan aralarında narazılıqlara görə tərəflər ayrılmışlar. Tərəflər 2020-ci ildə həmin evdən çıxmışlar və həmin tarixdən mübahisəli evdə o yaşayır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahtları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, İddiaçı 22 iyul 2007-ci il təvəllüdlü X3 ilə birlikdə cehiz əmlakının yerləşdiyi Cəlilabad rayonu Bəcrəvan kəndində yerləşən və Komanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 saylı təsərrüfatbaşına kitabında 1058 şəxsi hesab nömrəsi ilə qeydə alınana fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (106)-384/2022 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1344/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 2 (106)-384/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, işə baxılan zaman müəyyən edilmişdir ki, toydan sonra iddaçı İddiaçı həyat yoldaşı Cavabdeh yaşadığı və valideynlərinə məxsus Cəlilabad rayonunun Bəcrəvan kəndində yerləşən evə gəlin köçürülmüş, lakin sonradan ailədə münaqişə olduğu üçün əri Cavabdehla birlikdə Bəcrəvan kəndində Nümayəndə məxsus, inşasında iddaçının da əməyi olan 1 mərtəbəli 3 otaqlı özbaşına tikiliyə köçmüş və cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Göründüyü kimi mübahisəli evin Nümayəndə məxsus olması və həmin evin inşasında iddiaçının da əməyinin olduğu qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin faktlar hazırkı iş üzrə mübahisələndirilə bilməz və yenidən sübut edilməsinə zərurət yoxdur. Hazırkı iş üzrə isə iddiaçı faktiki nikahda olduqları vaxt cavabdehlə birlikdə öz gəlirləri hesabına inşa etdirilmiş fərdi yaşayış evinə tərəfindən (iddiaçı) çəkilmiş xərcin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Belə halda məhkəmə hesab edir ki, iddia əsl cavabdehə qarşı verilməmişdir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddianın təmin edilməməsi iddiaçının əsl cavabdehə qarşı ümumi qaydada məhkəməyə iddia verməsini istisna etmir. Azərbaycan Respublikasının Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə çəkilən xərcin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası əsasız olduğundan təmin edilməsin. Ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-2551/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2551/2023
21.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver