Məhkəmə qərarları › İş №2(073)-2718/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2718/2025

29.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2718/2025 29.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 245 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb gəstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. İddia ərizəsinə və ona əlavə olunmuş sənədlərdən görsənir ki, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment tələb etdiyi şəxs- Cavabdehdur. Lakin Cavabdeh həqiqətən X1 atası olması barədə heç bir sübut əlavə etməmişdir. Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Qeyd edilən Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Qeyd olunanlara əsasən, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva İş № 2(004)-3662/2019 (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət haqqında) PROTOKOL Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X6, İddiaçı X2 cavabdeh X4 qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinə tərəflərin iştirakı olmadan baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:15-də başlandı. Hakim ərizəni və sənədlərini nəzərdən keçirərək, ərizənin geri qaytarılmasına dair qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:25-də qurtardı. Protokol xx.xx.2019-cu ildə tərtib edildi. Hakim: Günay Axundova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ==================================================================== AZ1138, Bakı şəhəri Mikayıl Müşviq küçəsi 1H Tel:(012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan ==================================================================== İş № 2(004)-3662/2019 xx.xx.2019-cu il İddiaçı: X3 Ünvan: Bakı şəhəri Yasamal rayonu Azərbaycan Texnik Universitetinin yataqxanası bina 5 otaq 219 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3662/2019 nömrəli qərardadına əsasən Sizin cavabdeh X4 qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəniz və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılır. Qoşma: 2(004)-3662/2019 nömrəli qərardadın surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, cəmi - “___” vərəqə. Məhkəmənin hakimi: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar