Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2978/2024 23.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair xx.xx.2024-cü il tarixli ərizə göndərərək, hər ay hər uşağa görə 100 (bir yüz) manat alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını və işə onun iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək, iddianı etiraf etdiyini və hər ay hər uşağa görə 100 (bir yüz) manat aliment ödəməyə razı olduğunu bildirərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki evlənmiş, nikahlarını isə xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-ci il təvəllüdlü Yağmur adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan narazılıqlar səbəbindən nikahları Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2014-ci il təvəllüdlü Yağmur adlı uşağın saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra tərəflər yenidən barışmışlar və bundan sonra xx.xx.2021-ci il təvəllüdlü Məhəmmədəli adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və onlar ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Özü uşaqlara görə işləyə bilmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq ona (iddiaçıya) kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)- 1244/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Cəlilabad rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2015-ci il tarixli, 77 saylı nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, həmin uşağın saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, iddiaçı 1 uşağa görə alimentin artırılması və 1 uşağa görə sabit pul məblğində aliment tələbi ilə mediasiya orqanına müraciət etmiş, lakin tərəflər sonrakı sessiyada iştirak etmədiklərinə görə müvafiq arayış təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmiş, nikahlarını isə xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-ci il təvəllüdlü Yağmur adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan narazılıqlar səbəbindən nikahları Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2014-ci il təvəllüdlü Yağmur adlı uşağın saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra tərəflər yenidən barışmışlar və bundan sonra xx.xx.2021-ci il təvəllüdlü Məhəmmədəli adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və onlar ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. İddiaçı özü işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, aliment tərəflərin birgə nikahlarından doğulmuş Məhəmmədli adlı uşağa münasibətdə iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü ildən, digər uşaqları Yağmura münasibətdə isə hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 oktyabr 2024-cü ildən başlayaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün və hazırki məhkəmə qətnaməsi qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 100 (bir yüz) manat, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərin birgə nikahlarından doğulmuş uşaqları X2 münasibətdə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2978/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2978/2024
23.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver