Məhkəmə qərarları › İş №2(073)-3068/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3068/2025

16.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3068/2025 16.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad Rayon Məhkəməsinin 8(073)-268/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşma çatmayan 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tələbkar Cavabdeh xeyrinə tutulan alimentin minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmuş alimentin həcminin 0,35 misli həddinə azaldılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-268/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşma çatmayan 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tələbkar Cavabdeh xeyrinə tutulan alimentin minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmuş alimentin həcminin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X10 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehə 0,35 misli həddində aliment ödəməyə razı olduğunu bildirərək, ərizəsinin nəzərə alınmasını və iddianın qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı onun oğludur. Oğlu İddiaçılə Cavabdeh 2007-ci ildə rəsmi nikah olmadan ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlu adında övladları olmuşdur. Uşaqların atalıqları faktı sonradan müəyyən edilmişdir. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Cavabdeh iddia ərizəsi ilə sabit pul məbləğində alimentlə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(073)- 376/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 110 manat alimentin İddiaçın tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh sonradan sabit pul məbləğində tutulan həmin alimentin indeksasiya olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 8(073)- 268/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş yetkinlik yaşına çatmayan 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan aliment minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunması təmin edilmişdir. Belə ki, oğlu İddiaçı cavabdehlə ayrıldıqan sonra başqa bir qadınla yenidən faktiki nikahla ailə həyatı qurmuş, yeni nikahdan iki övladı doğulmuşdur. Onun oğlu əvvəlki qətnamə ilə müəyyən olunmuş alimenti ödəməkdən yayınmır. Lakin hazırki artımın məbləği oğlu Bəhruzu əlverişsiz bir vəziyyətə gətirib, ikinci ailə həyatında maddi sıxıntılarla qarşılaşıb. Belə ki, oğlu Bəhruzun aylıq əmək haqqısı 259 manatdır və başqa gəlir yeri yoxdur. İddiaçı heç bir təsərrüfatı yoxdur, adına heç bir əmlak mövcud deyildir və ödənişi ödəməkdə çətinlik çəkir. Oğlu yalnız əvvəlki miqdarda təyin edilmiş alimenti ödəyə bilər. Ona görə də alimentin azaldılması zərurəti yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2(073)- 268/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(073)-376/2019 saylı qətnaməsi ilə 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,84 misli həddinə indeksasiya olunması qərara alınmışdır. İşdə olan AZ-İİ 875335 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 fevral 2012-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r. İşdə olan AZ-T 493135 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 22 fevral 2012-ci ildə X1 doğulmuş X3 atası hesab edilmişdir. İşdə olan AZ-İİİ 200491 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 sentyabr 2013-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r. İşdə olan AZ-T 493136 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 23 sentyabr 2013-cü ildə X1 doğulmuş X5 atası hesab edilmişdir. İşdə olan Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1982-ci il təvəllüdlü Əliyev X7 şəhəri Səttərxan küçəsi 116 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır və həyat yoldaşı X6, oğlu X11 və qızı X8 onun ailə üzvləridir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, həmin məktəbin X11 Vİİd sinifində və X8 Vİİİa sinifində təhsil alırlar. İşdə olan 28 noyabr 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 07 oktyabr 2025-ci il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsində “sosial pedaqoq, müəllim” vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 259 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad Rayon Məhkəməsinin 8(073)- 268/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş yetkinlik yaşına çatmayan 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan aliment minimum əmək haqqının 0,84 misli həddində, yəni 336 manat məbləğində indeksasiya olunması qərara alınmışdır. Lakin, 336 manat məbləğində aliment müəyyən edildikdən sonra İddiaçı maddi vəziyyətində çətinlik olmuş və onun orta aylıq əmək haqqı 259 manat olmaqla, digər qazanc gətirən işi, məşğuliyyəti yoxdur. Ona görə də məhkəmə alimentin davamlı ödənilməsini təmin etməkdə çətinlik yaranmaması səbəbindən miqdarının azaldılmasını hər iki tərəfin mənafeyinə uyğun olması qənaətinə gəlir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad Rayon Məhkəməsinin 8(073)-268/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşma çatmayan 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin minimum əmək haqqının 0,84 misli həddində indeksasiya olunmuş alimentin həcminin 0,35 misli həddinə azaldılması tələbində qismən haqlıdır. Məhkəmə onu da qeyd edir ki, uşağın saxlanılması üçün iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanılmasına kömək göstərmək və uşağa qayğı göstərmək İddiaçı valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı 6-cı bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq işin hallarını, eləcədə qanunun tələbini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 8(073)-268/2025 saylı qərardadı ilə 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün indeksasiya olunaraq 0,84 misli həddində təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 8(073)-268/2025 saylı qərardadı ilə 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün indeksasiya olunaraq təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. 03 oktyabr 2009-cu il təvəllüdlü Əliyev (Quluzadə) Vüsal Bəhruz oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə iddiaçı X13 tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar