Məhkəmə qərarları › İş №2(073)-3294/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3294/2025

17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3294/2025 17.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad Rayon Məhkəməsinin 8(073)-92/2025 sayli, 14 mart 2025-d il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan 11 dekabr 2017-ci il təvəllüdlü X2 və 29 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh Kamal qızının xeyrinə tutulan minumum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmuş alimentin həcminin azaldılaraq 92 manat məbləğində təyin edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-92/2025 sayli, 14 mart 2025-d il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan 11 dekabr 2017-ci il təvəllüdlü X2 və 29 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh Kamal qızının xeyrinə tutulan minumum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmuş alimentin həcminin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 0,43 misli həddində indeksasiya olunmuş alimentin azaldılaraq hər uşağa görə 92 manat miqdarında aliment kəsilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, cavabdeh X15 ilə rəsmi nikah olmadan ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 11 dekabr 2017-ci il təvəllüdlü X8 və 29 mart 2020-ci il təvəllüdlü X9 adlı iki övladları olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlmədiyi üçün ayırlmışlar. Cavabdeh iddia ərizəsi ilə sabit pul məbləğində alimentlə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(073)-1685/2023 sayli qətnaməsi ilə 11 dekabr 2017-ci üll təvəllüdlü X2 və 29 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmasından hər ay qazancın (başqa gəlirin) üçdə bir hissəsi miqdarında pul və əlavə olaraq hər bir uşaq üçün 92,50 (doxsan iki manat əlli qəpik) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh sabit pul məbləğində tutulan alimentin indeksiyası olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 8(073)-92/2025 saylı, 14 mart 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş yetkinlik yaşına çatmayan 11 dekabr 2017-ci il təvəllüdlü X2 və 29 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,43 misli həddində indeksasiya olunması təmin edilmişdir. Belə ki, o, cavabdehlə ailə qurmamışdan əvvəl X6 ilə rəsmi nikah olmadan ailə həyatı qurmuşdu. Birgə nikahdan 23 iyun 2012-ci il təvəllüdlü X11 adlı övladı olmuşdur. 28 oktyabr 2013-cü il tarixdə atalığın müəyyən olunması qeydiyyat şöbəsində 2014 saylı qeydlə qeydə alınmışdır. X6 12 aprel 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydiyyat kitabında 23 sentyabr 2013-cü il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. Həmin vaxtdan oğlu X11 onunla bir yerdə yaşayır. O, əvvəlki qətnamə ilə müəyyən olunmuş alimenti ödəməkdən yayınmır. Lakin hazır ki artımın misli ödənişi onu əlverişsiz bir vəziyyətə gətirib çıxarmışdır. Onun birinci ailə həyatından olan övladının dolanışığı, təhsili, normal yaşaması onun üçün bir sıra problemlərin yaranmasına gətirib çıxarmışdır. Heç bir təsərrüfatı yoxdur, adına heç bir əmlak mövcud deyildir, o, "xxxx" MMC-də işləyir 378 manat əmək haqqı alır, ödənişi ödəməkdə çətinlik çəkir. O, yalnız əvvəlki miqdarda təyin edilmiş hər ay qazancın (başqa gəlirin) üçdə bir hissəsi miqdarında pul və əlavə olaraq hər bir uşaq üçün 92,50 (doxsan iki manat əlli qəpik) alimenti ödəyə bilər, ona görə də alimentin azaldılması zərurəti yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən 11 dekabr 2017-ci üll təvəllüdlü X2 və 29 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında pul və əlavə olaraq hər bir uşaq üçün 92,50 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra onun müraciəti əsasında Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı onun xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində (hər uşağa ayrı-ayrılıqda) indeksasiya olunmuşdur. İddiaçı uşaqlara indiyə qədər heç nə almayıb. Böyük qızı Sevinc Həsənova xəstədir, müalicə alır, uşaqların dolanışığı və müalicəsi üçün pul lazımdır. Uşaqların saxlanılmasında çətinlik çəkir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İİİ 200616 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 iyun 2012-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X3r. İşdə olan AZ-İ 248902 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 23 iyun 2012-ci ildə X1 doğulmuş X7 atası hesab edilmişdir. İşdə olan AZ-İ 625377 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 aprel 2013-cü il tarixdə “Qəfləti ürək dayanması” səbəbindən vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli, 976/12 saylı arayışdan görünür ki, X9 29 may 2020-ci ildə anadan olmuşdur. X4, anası Cavabdehdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli, 975/12 saylı arayışdan görünür ki, X10 11 dekabr 2017-ci ildə anadan olmuşdur. X4, anası Cavabdehdır. İşdə olan 16 yanvar 2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “X22” MMC-də “Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsində işləmişdir və əmək müqaviləsinə 27 mart 2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 8(073)-92/2025 saylı qərardadı ilə, ərizə təmin edilərək, yetkinlik yaşına çatmayan 11 dekabr 2017-ci il təvəllüdlü X2 və 29 may 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 07 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazır ki iddia ərizəsinin verilməsindən ötrü məhkəməyə 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı Cəlilabad Rayon Məhkəməsinin 8(073)-92/2025 sayli, 14 mart 2025-d il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan 11 dekabr 2017-ci il təvəllüdlü X2 və 29 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh Kamal qızının xeyrinə tutulan minumum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmuş alimentin həcminin azaldılaraq 92 manat məbləğində təyin edilməsi barədə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar