Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-370/2025 08.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-1145/2023 saylı qətnaməsi ilə təyin edilmiş 350 manat alimentin azaldılaraq 200 manat pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 mart 2021ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-1145/2023 saylı qətnaməsi ilə təyin edilmiş 350 manat alimentin azaldılaraq 200 manat pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından uşaqları 02 mart 2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-1145/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişinin 2-ci bəndi təsdiq edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2022-ci ilin noyabr ayından başlayaraq hər ay 350 manat məbləğində alimenti Cavabdeh Leobank **********712680 nömrəli bank hesabına köçürülməsi qət edilmişdir. O, aliment öhdəliyini icra etməkdən boyun qaçırmır, əksinə müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında ödəyir və bundan sonra da ödəyəcəkdir, çünki onun valideynlik borcudur. Lakin hazırda onun orta aylıq əmək haqqı 400 manat təşkil edir və yüksək məbləğdə aliment ödəməsi onun yaşamasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-1145/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişinin 2-ci bəndi təsdiq edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2022-ci ilin noyabr ayından başlayaraq hər ay 350 manat məbləğində alimenti Cavabdeh Leobank **********712680 nömrəli bank hesabına köçürülməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 26 sentyabr 2023-cü il tarixdən “Dönərxanada” marketinq menecer vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-1145/2023 saylı qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin 2-ci bəndi təsdiq edilməklə, İddiaçı yetkinlik yaşına çatmayan 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2022-ci ilin noyabr ayından başlayaraq hər ay 350 manat məbləğində alimentin Cavabdeh Leobank **********712680 nömrəli bank hesabına köçürülməsi qət edilmişdir. Lakin 350 manat məbləğində aliment müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmuş və onun orta aylıq əmək haqqı 400 manat məbləğində olmuşdur. Ona görə də məhkəmə alimentin davamlı ödənilməsini təmin etməkdə çətinlik yaranmaması səbəbindən miqdarının azaldılması hər iki tərəfin mənafeyinə uyğun olması qənaətinə gəlir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-1145/2023 saylı qətnaməsi ilə təyin edilmiş 350 manat alimentin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi tələbində haqlıdır. Məhkəmə onu da qeyd edir ki, uşağın saxlanılması üçün iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanılmasına kömək göstərmək və uşağa qayğı göstərmək İddiaçı valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı 6-cı bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, cavabdeh X2 iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq işin hallarını, eləcədə qanunun tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-1145/2023 saylı qətnaməsi ilə 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)- 1145/2023 saylı qətnaməsi ilə 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. 02 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə iddiaçı X5 tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-370/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-370/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver