Məhkəmə qərarları › İş №2(073)-3891/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3891/2025

13.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3891/2025 13.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2015-ci X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2025-ci il təvəllüdlü X5 yetkinlik yaşına saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay bir uşağa görə 150 manat, cəmi 600 manat alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək, hər ay hər uşağa görə 100 manat, 4 uşağa görə cəmi 400 manat alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 məhkəməyə ərizə verərək iddianı etiraf etdiyini, hər ay hər uşağa görə 100 manat, 4 uşağa görə cəmi 400 manat aliment verməyə razı olduğunu bildirərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər yuxarıda qeyd edilən ərizələrinin məzmununa uyğun izahat vermişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1992-ci il tarixdə Cəlilabad rayonuda anadan olmuş, Cavabdeh ilə 2009-cu ilin noyabr ayında faktiki ailə qurmuş, nikahlarını isə 10 sentyabr 2014-cü ildə rəsmləşdirmişlər. Tərəflərin birgə nikahlardan xx.xx.2012-ci il təvəllüdlü Yusif, xx.xx.2014-cü il təvəllüdlü Nuray, xx.xx.2015-ci il təvəllüdlü Aynur və xx.xx.2025-ci il təvəllüdlü Davud adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir neçə il münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə boşanmışlar. Məhkəmə qətnamə çıxarılarkən aliment tələbi olmadığına görə aliment kəsilməmişdir. Hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh öz uşaqlarına heç bir maddi yardım göstərmədiyi üçün uşağların tələbatını ödəməkdə çətinlik çəkir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2012-ci ildə doğulmuşdur, atası X9, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2014-cü ildə doğulmuşdur, atası X9, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2015-ci ildə doğulmuşdur, atası X9, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2025-ci ildə doğulmuşdur, atası X9, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-738/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında Cəlilabad rayon İHB-nın Komanlı kənd İƏDÜN-də bağlanmış 10 sentyabr 2014cü il tarixli 46 nömrəli nikah akt qeydi pozulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlardan xx.xx.2012-ci il təvəllüdlü Yusif, xx.xx.2014-cü il təvəllüdlü Nuray, xx.xx.2015-ci il təvəllüdlü Aynur və xx.xx.2025-ci il təvəllüdlü Davud adlı uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-738/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İddiaçı uşaqları ilə birlikdə yaşayır və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hər uşağa görə hər ay 100 manat aliment ödənilməsini tələb edir, cavabdeh iddianı etiraf edir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2014cü il təvəllüdlü X1, xx.xx.2015-ci X2, xx.xx.2012-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025ci ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 361-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2015-ci X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2025-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X3 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məblləğinin 0.25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X3 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar