Məhkəmə qərarları › İş №2(073)-54/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-54/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-54/2023 02.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakının və qızıl-zinət əşyalarının və dəyərinin, dövlət rüsumuna görə ödənilmiş 120 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əmlakının və qızıl-zinət əşyalarının və dəyərinin, dövlət rüsumuna görə ödənilmiş 120 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Sahil, xx.xx.2014-cü il təvəllüdlü Rəsul və xx.xx.2017-ci il təvəllüdlü Damla adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətlər korlanmış və faktiki olaraq ayrılmışlar və aralarında olan nikah Cəlilabad rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda valideynlərinin himayəsində yaşayır. Cavabdehlə ailə həyatı quran zaman özü ilə birlikdə el adətinə uyğun cehiz və qızıl-zinət əşyaları aparmışdır. Bundan başqa cavabdeh tərəfindən ona qızıl əşyaları verilmişdir. Ayrıldıqdan sonra ona məxsus cehiz əmlakı və ona hədiyyə verilən qızıl-zinət əşyaları ona qaytarılmamış və cavabdehin evində qalmışdır. Dəfələrlə həmin qızıl və cehiz əmlaklarını cavabdehlərdən tələb etməyinə baxmayaraq cavabdehlər onları qaytarmaqdan imtina etmişdir. Belə ki, 100 maat dəyərində 1 ədəd taxt üstlüyü, 200 manat dəyərində 2 ədəd xalça, 150 manat dəyərində 1 ədəd xalça, 110 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 60 manat dəyərində 1 ədəd tozsovuran, 60 manat dəyərində 1 ədəd elektrik sobası, 100 manat dəyərində 5 dəst yataq üzlüyü, 40 manat dəyərində 1 ədəd sandıq, ümumi 300 manat dəyərində 5 ədəd adyal, 120 manat dəyərində 3 ədəd divan-kreslo üzlüyü, ümumi 1200 manat dəyərində 5 ədəd yorğan, 5 ədəd döşək, 10 ədəd yastıq, 10 ədəd nalça, 150 manat dəyərində qab dəsti, 800 manat dəyərində aura qab dəsti, 120 manat dəyərində qazan tefal dəsti, 800 manat dəyərində serevant, 100 manat dəyərində 1 ədəd divan, 180 manat dəyərində 2 ədəd kreslo, 100 manat dəyərində 1 ədəd masa, 200 manat dəyərində 1 ədəd termo, 200 manat dəyərində 6 ədəd stul, 100 manat dəyərində çay masası cehiz əmlakları, ümumi 1600 manat dəyərində 3 ədədə qızıl qolbağ (bilərzik), 1 ədəd qızıl boyunbağı, 300 manat dəyərində 1 ədəd qızıl üzük, ümumi 500 manat dəyərində 1 ədəd üzük və 1 cüt sırğa olan qızıl əşyaları cavabdehdə qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus həmin qızıl-zinət və cehiz əmlakını qaytarmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı ilə faktiki olaraq evlənmiş, nikahlarını isə xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Sahil, xx.xx.2014-cü il təvəllüdlü Rəsul və xx.xx.2017-ci il təvəllüdlü Damla adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar. İddiaçı onların evinə gəlin köçən zaman cehiz əmlakı gətirmiş, bundan başqa onlar Nuranəyə qızıl əşyaları hədiyyə vermişlər. Hazırda cehiz əmlakı onların yaşadıqları evdədir və iddiaçı tərəfindən götürülməsinə etiraz etmir. Hətta dəfələrlə iddiaçıya cehizlərini götürməsi barədə xəbər göndərmiş, lakin iddiaçı cehizlərini onun evindən götürməmişdir. Lakin qızıl əşyaları onlar tərəfindən iddiaçıya hədiyyə edilmiş, həmin qızılları isə iddiaçı özü ilə evi tərk edərkən aparmışdır. Qalan qızıl əşyaları Nuranənin özündədir. Qeyd edilənələrə əsasən iddianın cehiz əmlakı hissəsində qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun qızıdır. Qızı İddiaçı Cavabdeh ilə 2014-cü ildə el adəti ilə ailə qurmuş, nikahlarını isə 29 may 2015-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından üç uşaqları doğulmuşdur. Qızı Nuranə cavabdehlə ailə həyatı quran zaman özü ilə birlikdə el adətinə uyğun cehiz və qızıl-zinət əşyaları aparmışdır. Bundan başqa cavabdehlər tərəfindən qızına qızıl əşyaları hədiyyə verilmişdir. Əvvəllər onların ailə münasibətləri uzun müddət normal olmuş, sonradan ailə münasibətləri pozulmuş və bunun nəticəsi olaraq ayrılmışlar. Hazırda qızı Nuranə onun himayəsində yaşayır. Ayrıldıqdan sonra qızına məxsus cehiz əmlakı və qızıl-zinət əşyaları ona qaytarılmamış və cavabdehiin evində qalmışdır. Dəfələrlə qızı Nuranə tələb etməsinə baxmayaraq cavabdeh qızına məxsus cehiz və qızıl əşyalarını qaytarmamışlar. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Cavabdeh onun qardaşıdır. İddiaçı Cavabdeh ilə 2014-cü ildə el adəti ilə ailə qurmuşlar, nikahlarını isə 29 may 2015-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından üç uşaqları doğulmuşdur. Nuranə qardaşı Tahirlə ailə həyatı quran zaman hədiyyə olaraq ona qızıl-zinət əşyaları verilmişdir. İddiaçı ilə Cavabdeh ayrıldıqdan sonra, İddiaçı evdən gedən zaman evdə qoca nənəsi olmuşdur. İddiaçı gedən zaman qızıl-zinət əşyalarını özü ilə aparmışdır, lakin cehiz əmlakları onların evində qalmışdır. Dəfələrlə İddiaçı gəlib cehiz əmlaklarını aparmasını bildirmələrinə baxmayaraq, İddiaçı cehiz əmlaklarını aparmamış və həmin əmlaklar onların evində qalmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(073)-234/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Cəlilabad rayon Şatırlı kənd İƏDÜ Nümayəndəlikdə bağlanmış xx.xx.2015-ci il tarixli, 17 saylı nikahın pozulması qət edilmişdir. İşdə olan mütəxəssis "xxxx" MMC tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli ekseprt rəyindən görünür ki, 30 manat dəyərində 1 ədəd taxt üstlüyü, 100 manat dəyərində 2 ədəd xalça, 60 manat dəyərində 1 ədəd xalça, 60 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 40 manat dəyərində 1 ədəd tozsoran, 40 manat dəyərində 1 ədəd elektrik sobası, 50 manat dəyərində 5 dəst yataq dəsti üzlüyü, 30 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd adyal, 350 manat dəyərində 3 ədəd üzlük, 250 manat dəyərində 5 dəst yorğan, 5 dəst döşək, 10 dəst yastıq, 10 ədəd nalça, 80 manat dəyərində qab dəsti, 100 manat dəyərində aura qab dəsti, 60 manat dəyərində qazan tefal dəsti, 100 manat dəyərində serevant, 250 manat dəyərində 1 ədəd divan, 200 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd masa, 200 manat dəyərində 1 ədəd termo, 120 manat dəyərində 6 ədəd stul, 50 manat dəyərində masa çay üçün olan cehiz əmlakları qiymətəlndirilmişdir. İşdə olan mütəxəssis mütəxəssis Sübhan Məmmədov verilmiş rəydən görünür ki, 600 manat dəyərində 3 ədəd qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 1 ədəd qızıl üzük, 250 manat dəyərində 1 ədəd qızıl üzük, 130 manat dəyərində 1 cüt sırğa olan qızıl əşyaları qiymətəlndirilmişdir. Məhkəmə ilk növbədə tələb edilən cehiz və qızıl əmlaklarının mövcudluğu və kimdə qalması məsələsinə qiymət verərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, həmin əmlaklar həqiqətən mövcud olmuş və cavabdehdə qalmışdır. Həmin hal iddiaçının və cavabdehin izahatları ilə yanaşı, cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlərin izahatı ilə öz təsdiqin tapmışdır. Belə ki, məhkəmə iclasında cavabdeh tələb edilən qızıl əşyalarının mövcudluğunu etiraf etmiş, lakin həmin qızıl əşyalarının İddiaçı tərəfindən aparılmasına dair sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə tələb edilən əşyaların dəyəri ilə bağlı məsələyə qiymət verərək, belə nəticəyə gəlir ki, mütəxəssis Sübhan Məmmədov tərəfindən verilən rəydə qeyd edilən mübahisəli əmlakların dəyəri daha inandırıcı olmaqla realdır və buna görə də həmin əşyaların dəyəri mütəxəssis tərəfindən göstərilən dəyərlə qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənmişlər, nikahlarını isə xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Sahil, xx.xx.2014-cü il təvəllüdlü Rəsul və xx.xx.2017-ci il təvəllüdlü Damla adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə fatkiki olaraq ayrılmışlar. Birgə nikahlarından doğulmuş uşaqlarından xx.xx.2011-ci il təvəllüdlü Sahil Nağıyev atası Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü Rəsul Nağıyev və xx.xx.2017-ci il təvəllüdlü Damla Nağıyeva isə anaları İddiaçı yanında qalmışlar və uşaqlarla bağlı tərəflər arasında mübahisə yoxdur. Tərəflər ayrıldıqdan sonra iddia İddiaçı məxsus 30 manat dəyərində 1 ədəd taxt üstlüyü, 100 manat dəyərində 2 ədəd xalça, 60 manat dəyərində 1 ədəd xalça, 60 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 40 manat dəyərində 1 ədəd tozsoran, 40 manat dəyərində 1 ədəd elektrik sobası, 50 manat dəyərində 5 dəst çexol yataq dəsti, 30 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd adyal, 350 manat dəyərində 3 ədəd çexol, 250 manat dəyərində 5 dəst yorğan, 5 dəst döşək, 10 dəst yastıq, 10 ədəd nalça, 80 manat dəyərində qab dəsti, 100 manat dəyərində aura qab dəsti, 60 manat dəyərində qazan tefal dəsti, 100 manat dəyərində serevant, 250 manat dəyərində 1 ədəd divan, 200 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd masa, 200 manat dəyərində 1 ədəd termo, 120 manat dəyərində 6 ədəd stul, 50 manat dəyərində masa çay üçün olan cehiz əmlakları, 600 manat dəyərində 3 ədədə qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 1 ədəd qızıl üzük, 250 manat dəyərində 1 ədəd qızıl üzük, 130 manat dəyərində 1 cüt sırğa olan qızıl əşyaları cavabdehdə qalmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 30 manat dəyərində 1 ədəd taxt üstlüyü, 100 manat dəyərində 2 ədəd xalça, 60 manat dəyərində 1 ədəd xalça, 60 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 40 manat dəyərində 1 ədəd tozsoran, 40 manat dəyərində 1 ədəd elektrik sobası, 50 manat dəyərində 5 dəst çexol yataq dəsti, 30 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd adyal, 350 manat dəyərində 3 ədəd çexol, 250 manat dəyərində 5 dəst yorğan, 5 dəst döşək, 10 dəst yastıq, 10 ədəd nalça, 80 manat dəyərində qab dəsti, 100 manat dəyərində aura qab dəsti, 60 manat dəyərində qazan tefal dəsti, 100 manat dəyərində serevant, 250 manat dəyərində 1 ədəd divan, 200 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd masa, 200 manat dəyərində 1 ədəd termo, 120 manat dəyərində 6 ədəd stul, 50 manat dəyərində masa çay üçün olan cehiz əmlakları, 600 manat dəyərində 3 ədədə qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 1 ədəd qızıl üzük, 250 manat dəyərində 1 ədəd qızıl üzük, 130 manat dəyərində 1 cüt sırğa olan qızıl əşyaları alınaraq İddiaçı verilməlidir. Həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 3650 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə cehiz əmlakının qiymətləndirilməsinə görə Cavabdeh 200 manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN:AZ15GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT:GUNAAZ22 hesabına ödənilməlidir. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 manat dəyərində 1 ədəd taxt üstlüyü, 100 manat dəyərində 2 ədəd xalça, 60 manat dəyərində 1 ədəd xalça, 60 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 40 manat dəyərində 1 ədəd tozsoran, 40 manat dəyərində 1 ədəd elektrik sobası, 50 manat dəyərində 5 dəst çexol yataq dəsti, 30 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd adyal, 350 manat dəyərində 3 ədəd çexol, 250 manat dəyərində 5 dəst yorğan, 5 dəst döşək, 10 dəst yastıq, 10 ədəd nalça, 80 manat dəyərində qab dəsti, 100 manat dəyərində aura qab dəsti, 60 manat dəyərində qazan tefal dəsti, 100 manat dəyərində serevant, 250 manat dəyərində 1 ədəd divan, 200 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd masa, 200 manat dəyərində 1 ədəd termo, 120 manat dəyərində 6 ədəd stul, 50 manat dəyərində masa çay üçün olan cehiz əmlakları, 600 manat dəyərində 3 ədədə qızıl bilərzik, 1 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 1 ədəd qızıl üzük, 250 manat dəyərində 1 ədəd qızıl üzük, 130 manat dəyərində 1 cüt sırğa olan qızıl əşyaları alınaraq İddiaçı verilsin. Həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 3650 (üç min altı yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə cehiz əmlakının qiymətləndirilməsinə görə Cavabdeh 200 manat tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN:AZ15GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT:GUNAAZ22 hesabına ödənilsin. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar