Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-590/2023 15.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 3528 manat məbləğində vurulmuş zərər və 55.28 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 3528 manat məbləğində vurulmuş zərər və 55.28 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Bakısiğorta”ASC tərəfindən **-PU-*** dövlət qeydiyyat nişanlı “KİA MOHAVE” markalı avtonəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə, MİC-OCN-0084-0/14 nömrəli şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2014-cü il tarixdə, saat 22:30 radələrində Səbail rayonu, Badaçdar şosesində Həsənov taleh İsa oğlununmülkiyyətində olan Cavabdeh idarə etdiyi **-DM-*** dövlət qeydiyyat nişanlı “MERCEDES E210” markalı avtonəqliyyat vasitəsi **-PU-*** dövlət qeydiyyat nişanlı “KİA MOHAVE” markalı avtonəqliyyat vasitəsi ilə toqquşaraq hadisə törətmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixdə, MİC-OCN-0084-0/14 saylı sığorta müqaviləsindən görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “KİA MOHAVE” markalı avtonəqliyyat vasitəsi "xxxx"ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli əmlaka dəymiş zərərin siğorta Aktından görünür ki, 8742 manat ziyan dəymişdir. İşdə olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda görünür ki, Cavabdeh yol-nəqliyyat hadsisəinin baş verməsində təqsirli şəxs qimsində tanınmışdır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 55.28 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 55.28 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 55.28 (əlli iki manat on qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3528 (üç min beş yüz iyirmi səkkiz) manat borc və 55.28 (əlli beş manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq «Bakısiğorta” ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-590/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-590/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver