Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-613/2024 29.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsində yazmış olduğu yalan məlumatlara görə cavabdehdən mənəvi zərər qismində onun (iddiaçının) xeyrinə 5000 (beş min) manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o (iddiaçı) xx xxxx 1970-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuşdur. 2016-cı ildə cavabdehlə faktiki ailə həyatı qurmuş, nikahlarını isə 25 aprel 2019-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından uşaqları doğulmamışdır. Cavabdeh ilə əvvəllər ailə münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuş və ayrılmışlar. Aralarında olan nikah pozulmuşdur. Həmin vaxtlarda cavabdeh və oğlu tərəfindən dəfələrlə fiziki təzyiqlərə məruz qaldığı üçün Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, tədbir görülməsini xahiş etmişdir. Ərizəsi əsasında təhqiqatçı Həbib Nəsirov tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı izahatlar alınan zaman cavabdeh özünü və oğlunu haqlı çıxarmaq üçün onun (iddiaçının) psixoloji problemlərinin olduğunu, dəfələrlə ruhi xəstə olduğuna görə müalicələr aldığını, lakin sağalmadığını izahatında göstərmişdir. Cavabdeh həmin halı, yəni onun (iddiaçının) psixoloji problemlərinin olduğunu, dəfələrlə ruhi xəstə olduğuna görə müalicələr aldığını, lakin sağalmadığını onun yaxın qohumlarına və qonşularına demişdir. Onun dedikləri yalan və böhtan olsa da, onun ləyaqətinin alçalmasına, həm ictimaiyyət, həm də ailəsi arasında nüfuzuna ciddi xələl gətirmişdir. Həmin hal şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş və nəticədə fiziki və mənəvi sarsıntılar keçirmişdir. Göründüyü kimi cavabdeh həmin məlumatları yaymaqla onun (iddiaçının) şərəf və ləyaqətini alçaltmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində ona (iddiaçıya) mənəvi iztirab formasında mənəvi zərər dəymişdir. Buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız oldğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon İHB-nın Şorbaçı kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Cəlilabad rayon Məmmədrzalı kəndində anadan olmuş, 1977-ci ildə X5 Orta Məktəbin 1-ci sinifinə qəbul olunmuş, 1987-ci ildə Cəlilabad rayon X5 Orta Məktəbin 11-ci sinifini bitirmişdir. 1993-cü ildən 2003-cü ilə, 2010-cu ildən 2017-ci ilədək müddət ərzində X5 Orta Məktəbində işləmişdir. Ərazidə yaşadığı müddətdə nümunəvi davranışları ilə digərlərindən fərqlənmiş və hər kəsin hörmətini qzanmışdır. Onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Ailəli olub hal- hazırda ailəsindən boşanıb və övladı yoxdur. X4 Ərazi Dairəsi Üzrə Nümayəndəliyində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamır. İşdə olan Cəlilabad RPŞ TB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə RPŞyə müraciət edərək, həmin tarixdə ögey oğlu Mehdi tərəfindən döyülərək xəsarət aldığını göstərmiş və tədbir görülməsini xahiş etmişdir. Şikayət əsasında araşdırma aparılmış və toplanmış material üzrə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş, həmçinin, şikayətçiyə söyüş-təhqirlə bağlı xüsusi ittiham qaydasnda, ailə mübahisəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrin X2 Rayon Mərkəzi Xəstəxanası X7 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, İddiaçı sağlamdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarından görünür ki, Cavabdeh ancaq Cəlilabad RPŞ-də verdiyi izahatında fikirlər bildirmişdir. Məhkəmə iclasında iddaçı cavabdehin onun barəsində iddia ərizəsində göstərdiyi məlumatları yaymaqla onun şərəf və ləyaqətini alçaltdığını, həmin məlumatları onun yaxın qohumlarına və qonşularına dediyini, cavabdehin həmin hərəkətlərinin onun (iddiaçının) həm ictimaiyyət, həm də ailəsi arasında nüfuzuna ciddi xələl gətirdiyini, cavabdehin bu hərəkətləri nəticəsində ona mənəvi iztirab formasında mənəvi zərər dəydiyini göstərsə də, iddiaçının iztirab keçirməsi iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçı mənəvi zərər anlayışını şərtləndirən mənəvi sarsıntının nədə ifadə olunduğuna aydınlıq gətirə bilməmiş və cavabdehin hərəkətlərinin onun (iddiaçının) şüurunda mənəvi psixi reaksiyaya səbəb olmasını, eləcə də cavabdehin həmin məlumatları iddiaçının yaxın qohumlarına və qonşularına deməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının şərəfini və ləyaqətini alçaldan ifadələrin qarşı tərəfdən onun ünvanına deyilməsi və yayılması, bunun nəticəsində sarsıntı və iztirab keçirməsi, mənəvi zərərə məruz qalmsı məhkəmə iclası zaman tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından iddia əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsasızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-613/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-613/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver