Məhkəmə qərarları › İş №2(073)-719/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-719/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-719/2024 19.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəsində qalmasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağın himayəsində qalmasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X4 onun (iddiaçının) yanında qalmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, ərizəsində oğlu Hüseynin 1 ildən artıq müddətdir ki, anasının yanına getdiyini, uşağın anasının yanında qalmasına etiraz etmədiyini, iddianı etiraf etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçı X8, xx.xx.2009-cu il təvəllüdlü X4 isə Cavabdeh yanlnda qalması müəyyən edlilmişdir. Təxminən 5 aydır ki, 17 fevral 2009-cu il təvəllüdlü X2 olaraq onun (iddiaçının) yanına gəlmişdir. Hazırda uşaq Salyan rayon İ.İbrahimov adına Yuxarı Xalac kənd orta məktəbin İX sinfində oxuyur. Uşağın yaşayış yerinin müəyyən edilməsini istəyir ki, rəsmi olsun. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-192/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 ilə Cavabdeh arasında Cəlilabad rayon Qeydiyyat Şöbəsində 29 noyabr 2013-cü ildə bağlanmış 683 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçı X8, xx.xx.2009-cu il təvəllüdlü X4 isə Cavabdeh yanında qalmasının müəyyən edlilməsi qət olunmuşdur. İşdə olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Xalac kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri M.F.Axundov küçəsi ev 21-də qeydiyyatda olsa da anası X11 ilə birlikdə babası X6 himayəsində yaşayır. İşdə olan Salyan rayon Təhsil Şöbəsi İlqar İbrahimov adına Yuxarı Xalac kənd orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışddan görünür ki, X3 rayon İ.İbrahimov adına Yuxarı Xalac kənd orta məktəbinin 9-cu sinfində oxuyur. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 iddiaçı X8 yanında qalması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar