Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-756/2024 19.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni sahibliyində olan ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından ("Orxan” şadlıq sarayı) cavabdehin çıxarılmasına, həmin əmlakın ona (iddiaçıya) təhvil verilməsinə, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunmasına və cavabdehin qanunsuz hərəkətlərinə görə əldən çıxmış fayda kimi 15 000 (on beş min) manat pulun cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.066330 ha torpaq sahəsində yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasını "xxxx" MMC tərəfindən təşkil edilmiş xx.xx.2023cü il tarixli, 156 saylı hərracın yekununa əsasən almışdır. Həmin qeyri-yaşayış binasını almasına baxmayaraq "Orxan” şadlıq sarayının keçmiş sahibi Cavabdeh binadan qeyriqanuni istifadə edir və üçüncü şəxslərin icarəsinə verir. Bu isə onun hüquqlarını kobud şəkildə pozur və maddi zərər vurur. Cavabdeh onun (iddiaçının) qanuni sahibliyində olan əmlakdan istifadə etməsinə imkan vermədiyinə görə o (iddiaçı) əmlakdan istifadə edə və gəlir əldə edə bilmir. Cavabdeh tərəfindən imkan verilmədiyinə görə o (iddiaçı) real gəlirdən məhrum olmuşdur. Halbuki o (iddiaçı) həmin əmlakdan istifadə edəcəyi və ya əmlakı icarəyə verəcəyi halda ötən müddət ərzində 15 000 (on beş min) manat gəlir əldə edə bilərdi. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası ona (cavabdehə) məxsus olmuşdur. Yaxın günlərdə ona məlum olmuşdur ki, “Rəbitəbank" ASC cavabdehlər X13, X14, X15, X12 və X7 qarşı-kredit müqaviləsi, üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair Şirvan Kommersiya Məhkəməsində iddia qaldırmış, həmin iddia Şirvan Kommersiya Məhkəməsinin 23.ll.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehlər X8, X9 xx.xx.2020-ci il tarixli RBLLf-447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371.81 manat faiz borcu xx.xx.2021-ci ıl tarixli RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119.999.50 manat əsas borc. 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 300 manat rüsum, mediasıya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939.37 (iki yüz yetmiş səkkiz min doqquz yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat məbləğində pulun müştərək qaydada tutularaq “Rabitəbank" ASC-yə ödənilməsi, tutmanın cavabdeh X12 məxsus Cəlilabad şəhəri, Qurtuluş küçəsi. 33 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binasına və cavabdeh X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 10-cu döngə, ev ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Qeyd olunan mülki iş üzrə tərəf olmadığından Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini rəsmi qaydada almamışdır. Maraqlarına toxunan həmin qətnamənin əldə olunması və həmin qətnamədən apelyasiya şikayəti vermək məqsədi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən xəbəri olmamışdır. ünvan 3 ünvanında 0.066330 ha torpaq yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri yaşayış binası ("Orxan" şadlıq sarayı) onun (cavabdehin) şəxsi mülkiyyətidir və buna dair kifayət qədər sübutları vardır. Lakin Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi barədə məlumat əldə etdikdən dərhal sonra, yəni xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə qarşı "hərracın nəticələrinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, müraciətinin kommersiya mübahisələrinə dair olması səbəbindən həmin iş Bakı şəhər Kommersiya Məhkəməsinə göndərilmiş və hal-hazırda Bakı kommersiya məhkəməsinin icraatındadır. Onun (cavabdeh) X19, X12 qarşı ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ("Orxan" şadlıq sarayı binasının) özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə əsassız hesab edilərək təmin edilməmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2( 106)-141/2021 saylı qətnaməsi ilə təmin edilərək, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (073)-127/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Orxan" şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 Saylı Notariat Kontorunda bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilənin (Reyestr 4Ə-500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin, o cümlədən daşınmaz əmlakın X10 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi və ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasının (“Orxan” şadlıq sarayı) ona qaytarılması qət edilmişdir. X18 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2 (102)-3322/2021 saylı qərarı ilə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-141/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 (102)-3322/2021 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya qaydasında şikayət vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 13 (102)-136/2021 saylı qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsassız olduğundan təmin edilməmişdir. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli Aktı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)- 141/2021 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə icra hərəkətləri başa çatmış və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (“Orxan” şadlıq sarayı) ona (cavabdeh) təhvil verilmişdir. Mövcud olan məhkəmə qətnamələri və qərarlarına baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlərlə birlikdə qanunsuz əməllərə yol verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2( 106)-141 2021 saylı qətnaməsindən bir ay sonra, yəni xx.xx.2021-ci il tarixli RBl.l.F-472 saylı kredit müqaviləsi ilə X13 və X15 120.000 manat kredit vermişdir. Qanunun tələbini əsas sayaraq hesab edir ki, hazırkı iş üzrə İddiaçı qeyd olunan məhkəmə qətnamə və qərarlarından xəbərsiz deyil və mülkiyyətində olan “Orxan” şadlıq sarayının ona satılması qanunsuz və əsassızdır. "xxxx" ASC Şirvan Kommersiya Məhkəməsinə cavabdehlər X20, X19, X21, X18 və X16ma qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.tələbi ilə müraciət edərkən həmin iş üzrə cavabdehlərlə birlikdə Şirvan Kommersiya Məhkəməsini aldatmış, qeyd olunan tarixədək mövcud olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-141/2021 saylı qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2 (102)-3322/2021 saylı qərarını və eləcədə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-498/2022 saylı qətnaməsini Şirvan Kommersiya Məhkəməsinə təqdim etməmiş və nəticədə özləri üçün üstünlük hüququ əldə etməyə çalışmışlar. Bununla da ona məxsus olan əmlakı qanunsuz olaraq hərraca çıxarmışdır. Mübahisəli qanuni əsaslarla ona (cavabdehə) məxsusdur və həmin şadlıq sarayını aylıq 700-800 manat müqabilində başqa şəxsə icrarəyə vermiş, lakin icarə müqaviləsini rəsmiləşdirməmişdir. İddanı tam əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə cavabdehin izahatına uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-151/2021 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası («Orxan» şadlıq sarayı) tələbkar Cavabdeh təhvil verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" ASC-in cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) "xxxx" ASC-nin yüklülüyündən çıxarılması, "xxxx" ASC ilə X18 və X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. İşdə olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(121)- 474/2022 saylı icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən cavabdehlər X8, X11, X9 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu. xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119 999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168.07 manat olmaqla, ümumilikdə 278.939,37 (iki yüz yetmiş səkkəz min doqquz yüz otuz doqquz manat otuz yeddi qəpik) manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı “Rabtəbank" ASC-yə ödənilməli, tutma cavabdeh X12 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına və cavabdeh X7 məxsus Bakı şəhəri Binəqədı rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi, 10-cu döngə, ev 6 ünvanında 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, cavabdeh X12 məxsus ünvan 5 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binasının ilkin satış qiyməti 380.000 (üç yüz seksən min) manat və cavabdeh X7 məxsus Bakı şəhəri ünvan 6 ünvanında 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 (bir yüz qırx dörd min) manat məbləğində olmaqla açıq hərracda satılmalı, cavabdeh X12 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına xx.xx.2020-ci il tarixli RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci ıl tarixli RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168.07 manat məbləğində pul iddiaçı "xxxx" ASC-yə olan borc ödənilməli, cavabdeh X7 məxsus Bakı şəhəri ünvan 7 ünvanında 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163 33 kv.m olan fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xx.xx.2021-ci il tarixli, RBLLF-472 saytı kredit müqaviləsi üzrə 119 999.50 manat əsas borc, 2699.99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasıya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-yə olan borc ödənilməli, tutma ipoteka predmetlərlnə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması uçün ödənilmiş 300 manat rüsumun, mediasıya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168.07 manatın cavabdeh X10 və ya cavabdeh X5 əmlakı hesabına ödənilməsi digərinin əmlakı hesabına ödənilməsini istisna etməsi, cavabdeh X12 məxsus ünvan 5 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh X12 qaytarılmalı, cavabdeh X7 məxsus Bakı şəhəri, ünvan 8 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh X7 qaytarılmalı, ünvan 5 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və Bakı şəhəri, ünvan 8 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi 1 ay ərzində boşaldılmalıdır. İşdə olan "xxxx" MMC-in X17 04 dekabr 2023-cü il tarixli, 156 saylı protokolundan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il, tarixli, e-2-2(121)-474/2022 saylı icra vərəqəsi və Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, №168524/30-15 saylı sifariş məktubu əsasında X12 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının dəyəri 380000 (üç yüz səksən min) manat olan, ipoteka Haqqında Azərbaycan Respublikası qanununun 43.5 maddəsinə Əsasən 15% endirimlə 323000 (üç yüz iyirmi üç min) manat olmaqla İddiaçı 323000 (üç yüz iyirnıi üç min) manata satılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(121)-474/2022 saylı icra sənədinin icrası ilə əlaqədar ipoteka predmeti olan X12 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası hərrac vasitəsi ilə İddiaçı 04 dekabr 2023-cü il tarixdə 323000 (üç yüz iyirnıi üç min) manata satılmışdır. Lakin Cavabdeh iddiaçı tərəfindən hərrac yolu ilə satın alınmış həmin əmlakdan çıxmaqdan, əmlakı boşaldaraq təhvil verməkdən imtina etmiş, iddiaçıya qanuni əsaslarla əldə etdiyi əmlakdan istifadə etməyə və bəhrələnməyə imkan verməmiş və buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh qanuni əsaslarla iddiaçı tərəfindən əldə edilmiş mübahisəli əmlakdan çıxmaqdan imtina etməklə, əmlakı iddiaçıya təhvil verməməklə və iddiaçının istifadəsinə maneələr törətməklə iddiaçının əmlak hüquqlarını pozur. İşdə olan "xxxx" MMC X17 04 dekabr 2023-cü il tarixli, 156 saylı protokoldan da müəyyən edildiyi kimi İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən verilmiş icra sənədinin icrası ilə əlaqədar X12 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasını hərrac yolu ilə dəyərini ödəməklə satın almış, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlakı mülkiyyətinə keçirə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasəna sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü madəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü madəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü il tarixli «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə «real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ» mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin göstərməsinə görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» (Burdov Rusiya Federasiyası qarşı və «Yunanıstan neftayırma zavodu» Strən və X3rşı» işlər) İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə iddianın əldən çıxmış fayda tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçı mübahisəli əmlakı aldığı vaxtdan istifadə edəcəyi halda 15 000 (on beş min) manat gəlir əldə edəcəyini göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahtında mübahisəli əmlakı aylıq 700-800 manat olmaqla icarəyə verdiyini və gəlir əldə etdiyini etiraf etmişdir. Belə halda, cavabdeh iddiaçını mübahisəli əmlakı hərrac yolu ilə satın aldığı 04 dekabr 2023-cü il tarixdən ən azı həmin məbləğdə gəlir əldə etmək imkanından məhrum etmişdir. Buna görə də məhkəmə, hesab edir ki, iddiaçının əldə edəcəyə gəlir hər ay 800 (səkkiz yüz) manat olmaqla dörd ay üçün cəmi 3200 (üç min iki yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarından müəyyən edildiyi kimi Cavabdeh İddiaçı son 4 ay ərzində əmlakından, yəni iddiaçının qanuni əsaslarla əldə etdiyi qeyri-yaşayış binasından (Orxan şadlıq sarayı) istifadə etməsinə mane olmaqla, onu həmin müddətdə əldə edəcəyi gəlirdən, yəni (dörd ay müddətində hər ay üçün 800 manat) 3200 (üç min iki yüz) manat gəlir əldə etməkdən məhrum etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şəmmədov X1 şəhəri, Qurtuluş küçəsi 33 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından («Orxan» şadlıq sarayı) çıxarılsın, həmin əmlak İddiaçı təhvil verilsin və həmin əmlakdan iddiaçı tərəfindən istifadə edilməsinə maneələr törədilməsi cavabdehə qadağan olunsun. Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq cəmi 3200 (üç min iki yüz) manat pul və 135 (bir yüz otuz beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin ediləsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-756/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-756/2024
19.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver