Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1754/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(073)-756/2024 saylı (hakim Osman Vəliyev) qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından («Orxan» şadlıq sarayı) çıxarılması, həmin əmlak İddiaçı təhvil verilməsi və həmin əmlakdan iddiaçı tərəfindən istifadə edilməsinə maneələr törədilməsinin cavabdehə qadağan olunması, Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq cəmi 3200 (üç min iki yüz) manat pulun və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Şəmmədov X1 Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni sahibliyində olan ünvan 2 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından ("Orxan” şadlıq sarayı) cavabdehin çıxarılmasına, həmin əmlakın ona (iddiaçıya) təhvil verilməsinə, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunmasına və cavabdehin qanunsuz hərəkətlərinə görə əldən çıxmış fayda kimi 15000 manat pulun cavabdeh tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)- 756/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh olaraq Cavabdeh məhkəmədə mülkiyyətçi kimi hüquqları pozulduğundan apellyasiya şikayəti verməyin onun konstitusion hüququnun olması Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1170/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında öz əksini tapmışdır. X4 Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1170/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-756/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Buna əsas səbəb apellyasiya şikayəti vermiş olan vəkilin apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsi üçün nəzərdə tutulmuş vəkil orderini əlavə etməməsi, apellyasiya şikayətini latın qrafikalı Azərbaycan əlifbası ilə deyil, Kiril qrafikalı rus əlifbası ilə tərtib edilməsi olmuşdur. Buna görə də apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 ilə müqavilə bağlanmış və elektron kabinet vasitəsi ilə elektron vəkil order sistemə əlavə edilmişdir. Şəmmədov X1 rayon Məhkəməsində onu müdafiə edən vəkilin xidmətindən sonradan narazı qaldığından vəkilin apellyasiya şikayətini mülki prosessual qanunvericiliyinin tələbinə uyğun vermədiyindən, apellyasiya şikayətində latın qrafikalı Azərbaycan əlifbası ilə deyil, Kiril qrafikalı rus əlifbası ilə tərtib edildiyindən, onun apellyasiya şikayətinin verilməsində süni manelər yaratdığından onun xidmətindən narazı qalaraq digər vəkilə müraciət etməli olmuşdur. Cavabdeh sadə vətəndaş kimi hüquqlarının bərpası üçün apellyasiya şikayətinin tərtib edilərək verilməsi üçün vəkilə arxayın olduğundan, vəkilin qanuna uyğun şikayət tərtib edib göndərməsinə tam inanmışdır. Halbuki, sonda Cavabdeh yenə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasını məhkəmədən yazılı qaydada xahiş etməli olur. Belə ki, vəkilin apellyasiya şikayətinin kiril qrafikalı rus əlifbası ilə tərtib etməsi, vəkil orderinin yalnız məhkəmədə çıxış zamanı lazım olmasını bildirməsi onun apellyasiya şikayətinin verilməsi hüququndan məhrum edə bilməz. Bundan əlavə qətnamədən vəkili Nümayəndə1 tərəfindən elektron kabinet vasitəsi ilə prosessual müddət buraxılmadan zamanında apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti kiril qrafikalı rus əlifbası ilə tərtib edildiyindən və apellyasiya şikayətinə əlavə edilmiş vəkil orderində təyinat yeri Cəlilabad rayon Məhkəməsi göstərildiyindən qərardad qəbul edilmişdir. Odur ki, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb olan hallar üzrlü səbəbdən yaranmış, apellyasiya şikayətinin verilməsinə səbəb olan hallar texniki məsələlərlə əlaqədar baş verdiyindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzürlü hesab olunmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından cavabdehin çıxarılması və əmlakın təhvil verilməsi, əmlakdan istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan olunması və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin Cavabdeh münasibətdə bərpa edilməsi qərara alınmışdır. Qərarddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müddəti bərpa etmə barədə ərizəni təmin edərkən 2 əsas səbəb göstərmişdir. Məhkəmənin istinad etdiyi hər iki əsas əssasızdır və qanunvericiliyə uyğun deyildir. Belə ki, səbəblərdən biri cavabdeh tərəfindən vaxtında yüklənmiş apellyasiya şikayətinin “kiril” əlifbalı olması və cavabdehin vəkilinin apellyasiya şikayətinin verilməsi üçün orderinin olmaması əsas göstərilmişdir. Hesab edir ki, hər iki hal müddətin bərpa üçün əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası ərazisində 1991-ci ildən latın qrafikalı əlifbaya keçmişdir və birinci instansiya zamanında aparılmış bütün yazışmalar vəkil tərəfindən latın əlifbası ilə aparılmışdır ki, bu da cavabdehin nümayəndəsinin həmin əlifbanı yaxşı bildiyini göstrəmişdir. Buna görə də məhkəmənin əsaslandırdığı bu səbəb əsaslı hesab edilə bilməz. Bundan başqa ikinci əsas kimi məhkəmə apellaysiya instansiyasında iştirakı barədə orderin şikayətə əlavə olunmadığını qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, cavabdehin nümayəndəsi (vəkil) 6 ildir ki, vəkillər kollegiyasının üzvdürvə kifayət qədər təcrübəsi vardır. İddiaçı qeyd olunanların nəzərə alınaraq Cəlilabad Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(073)-756/2023 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş etmişdir. Şikayətə baxılmış, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 756/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(073)- 756/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ünvan 1 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən, 1197.70 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından («Orxan» şadlıq sarayı) çıxarılması, həmin əmlak İddiaçı təhvil verilməsi və həmin əmlakdan iddiaçı tərəfindən istifadə edilməsinə maneələr törədilməsinin cavabdehə qadağan olunması, Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq cəmi 3200 (üç min iki yüz) manat pulun və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1170/2024 saylı qərardadından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1756/2024 saylı qərardadından görünür ki, Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh ərizəsində göstərdiyi halları üzrlü səbəblər hesab edərək, belə nəticəyə gəlmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti iddiaçı Cavabdeh münasibətdə bərpa edilməlidir. Belə ki, cavabdeh zəruri prosessual müddət daxilində apellyasiya şikayəti versə də baş vermiş texniki problemlərə görə latın deyil, kiril əlifbası ilə göndərilmişdir, həmçinin vəkili tərəfindən məhz apellyasiya instansiyası icraatı üçün lazımı order əlavə edilmişdir ki, bununla da şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması yolverilməzdir. Qərardaddan iddiaçı şikayət vermişdir. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, səbəblərdən biri cavabdeh tərəfindən vaxtında yüklənmiş apellyasiya şikayətinin “kiril” əlifbalı olması və cavabdehin vəkilinin apellyasiya şikayətinin verilməsi üçün orderinin olmaması əsas göstərilmişdir. Hesab edir ki, hər iki hal müddətin bərpa üçün əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası ərazisində 1991-ci ildən latın qrafikalı əlifbaya keçmişdir və birinci instansiya zamanında aparılmış bütün yazışmalar vəkil tərəfindən latın əlifbası ilə aparılmışdır ki, bu da cavabdehin nümayəndəsinin həmin əlifbanı yaxşı bildiyini göstrəmişdir. Buna görə də məhkəmənin əsaslandırdığı bu səbəb əsaslı hesab edilə bilməz. Bundan başqa ikinci əsas kimi məhkəmə apellaysiya instansiyasında iştirakı barədə orderin şikayətə əlavə olunmadığını qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin nümayəndəsi (vəkil) 6 ildir ki, vəkillər kollegiyasının üzvüdür və kifayət qədər təcrübəsi vardır. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, şikayətin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, iddiaçının şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz, formal mülahizələrdir. Qeyd edilən hallar cavabdehin şikayət vermək hüququna maneə ola bilməz. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericiliyin məzmunundan görünür ki, qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(073)-756/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1754/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1754/2024
15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver