Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-765/2023 18.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi barədə mülki işə Cəlilabad şəhərində, 18 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X1, 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 05 avqust 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, İddiaçı 23 iyun 2014-cü il tarixdə Cəlilabad rayon Göytəpə şəhər sakini Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Onların rəsmi nikahlarından 08 sentyabr 2014cü il təvəllüdlü Humay, 08 sentyabr 2014-cü il təvəllüdlü Sevil və 05 avqust 2017-ci il təvəllüdlü Kamal adlı üç övladları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan Cavabdeh başqa qadınla qeyri-rəsmi ailə qurması onların arasında narazılıq yaratdı. İddiaçı, cavabdehlə aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəldi. İddiaçı bir müddətdir ki, uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Uşaqlardan ikisi orta məktəbə gedir və iddiaçı heç bir yerdə işləmədiyinə görə onların tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşaqlara heç bir maddi və mənəvi yardım göstərmir. Cavabdeh aylıq qazancı dəyişən və qeyri-müntəzəm olsa da, maddi vəziyyəti çox yüksəkdir. Cavabdeh hektarlarla torpaq sahəsi əkdirir, mülkiyyətində isə maşını və evi vardır. Ona görə də iddiaçının uşaqların saxlanması üçün ondan tələb etdiyi alimenti heç bir çətinlik çəkmədən ödəyə biləcəkdir. İddiaçı hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Bununla bağlı ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi iddiaya etirazında iddiaçı ilə 2013-cü ildə el adəti ilə rəsmi qaydada ailə həyatı qurduğunu, birgə nikahlarından 2014-cü ildə qızları Sevil və Humay, 2017-ci ildə isə oğlu Kamalın anadan olduğunu, evləndikləri gündən aralarında narazılıq səbəbindən Sənubərin dəfələrlə acıq edib atası evinə getdiyini, hər dəfə uşaqlara görə onu bağışladığını, iddiaçının sonuncu dəfə xx.xx.2023-cü il tarixdə atası evinə getdiyini və evdə olan əşyalarını da onlardan xəbərsiz olaraq özü ilə apardığını və bir müddət sonra məhkəməyə müraciət etdiyini bilmişdir. Həmçinin evdə onunla və yaşlı anasından başqa heç kəsin yaşamadığını, anası xəstə olduğu üçün ona özünün baxdığını, özü ƏN-nin Penitensiar Xidmətin Mühafizə Alayında xidmət etdiyini, yeganə gəlir yerinin oradan aldığı 597 (beş yüz doxsan yeddi) manat əmək haqqı olduğunu, başqa heç yerdə işləmədiyini, uşaqları ilə hər vaxt əlaqə saxlayıb evinə gətirdiyini, tələbatlarını ödəyəcəyi və uşaqların qayğısına qalacağını bildirərək, iddianın mümkünsüz olduğundan ləğv edilməsini və aylıq əmək haqqının 597,48 ( beş yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat olmasının nəzərə alınmaqla, əmək haqqının yarısının tutularaq alimentə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respubikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə alimentin ödənilməsinin reallığı baxımından, cavabdehin maddi imkanını nəzərə alaraq hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan AZ-İ № 962549 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 23 iyun 2014-cü il tarixdə rəsmi nikah bağlanaraq, nikahın bağlanması haqqında akt qeydləri kitabında 348 nömrə ilə qeyd edilmişdir. Arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 223/12 saylı arayışdan görünür ki, X7 08 sentyabr 2014-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 224/12 saylı arayışdan görünür ki, X8 08 sentyabr 2014-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 222/12 saylı arayışdan görünür ki, X9 05 avqust 2017-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan, 24 fevral 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı hazırki iş üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Digər tərəf Cavabdeh isə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materialarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı hər ay 597,48 (beş yüz doxsan yeddi manat, qırx səkkiz qəpik) manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə üç uşaqları anadan olmuşdur. Tərəflər arasında narazılıq yarandıqdan sonra uşaqların saxlanılmasından ötrü aliment ödənilməsi ilə bağlı aralarında hər hansı razılaşma olmadığından İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh rəsmi aylıq gəliri vardır. Beləliklə, cavabdehin aylıq qazancı sabitdir, yəni qeyri-müntəzəm və dəyişən deyil. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən cavabdehdən hər ay üç uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Eyni zamanda, hazırkı yaşayış səviyyəsi və uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyi nəzərə alınmaqla cavabdehdən həm də hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment də tutulmalıdır. Azərbaycan Respublikası Konstitutsiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Milli Məclisin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə qoşulduğu BMT-nin «Uşaq hüquqları haqqında» 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynnin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tululur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə valideynlərin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının artırılması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, cavabdehin rəsmi aylıq gəlirinin olmasını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X1, 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 05 avqust 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iş üzrə iddianın qiyməti 1 il ərzində ödəmənin məcmusu 1000 (bir min) manatdan çox olduğu üçün 38 (otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X1, 08 sentyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 05 avqust 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 01 mart 2023-cü il tarixdən hesablansın. 38 (otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-765/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-765/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver