Məhkəmə qərarları › İş №2(073)-779/2024

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-779/2024

20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-779/2024 20.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh “Facebook” sosial şəbəkəsində “Bolqeinfo” Redaksiyası adı ilə 24 iyun 2023-cü il tarixdə “İddiaçı küçə mədəniyyəti” başlıqlı vermiş olduğu yazıda “İddiaçı küçə mədəniyyəti yığılıb qalan zibil Kolleksiyalarının daşınması üçün İddiaçı yeni və xüsusi texnika alıb nömrəsi də **-KK-***”, 25 avqust 2023-cü il tarixdə“ Cəlilabad Rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşı müəmmalı səbəbdən vəfat edib” başlıqlı yazıda Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatinin əməkdaşı X3 (ad şərtdir) dünən 25 avqust tarixində xidməti (milli park) ərazisində işlədiyi zaman KMK-nın müdiri İddiaçı tapşırığı əsasında Cəlilabad Rayon Bələdiyyəsinə göndərilib halı pisləşib, 01 oktyabr 2023-cü il tarixdə 2.500 manat pensiya, 1.000 manata yaxın əmək haqqı alan müdir İddiaçı başlıqlı yazısında 2.500 manat pensiya, 1.000 manata yaxın əməkhaqqı alan müdir İddiaçı, iki əsgər atası acınacaqlı vəziyyətdə yaşadığı bir vaxtda, müalicə olunmaq üçün qapı-qapı gəzib imdad diləyən qazilərin səsinə səs verilməyən bir vaxtda Cəlilabad Rayon Kommunal X1 tərəfindən 2.500 manat pensiya alan adamın müdir təyin olunduğu bir dövürdə yaşayırıq, 05 yanvar 2024-cü il tarxdə “İddiaçı konteyner kolleksiyası” başlıqlı yazısında İddiaçı konteynerkolleksiyası, bəli bura başçının rüşvətxorları təltif etdiyi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə bu söz və ifadələrin “Bolqeinfo” Redaksiyası adlı facebook sosial mediaplatformasında Cəlilabad rayon İcra Hakimiyyətinə yazılı müraciət ünvanlamaqla təkzib edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh sosial şəbəkədə ondan üzr istəməsi və mənəvi zərərin əvəzi kimi Cavabdeh 4000 manat və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Facebook” sosial şəbəkəsində “Bolqeinfo” Redaksiyası adı ilə 24 iyun 2023-cü il tarixdə “İddiaçı küçə mədəniyyəti” başlıqlı vermiş olduğu yazıda “İddiaçı küçə mədəniyyəti yığılıb qalan zibil Kolleksiyalarının daşınması üçün İddiaçı yeni və xüsusi texnika alıb nömrəsi də **-KK-***”, 25 avqust 2023-cü il tarixdə“ Cəlilabad Rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşı müəmmalı səbəbdən vəfat edib” başlıqlı yazıda Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatinin əməkdaşı X3 (ad şərtdir) dünən 25 avqust tarixində xidməti (milli park) ərazisində işlədiyi zaman KMK-nın müdiri İddiaçı tapşırığı əsasında Cəlilabad Rayon Bələdiyyəsinə göndərilib halı pisləşib, 01 oktyabr 2023-cü il tarixdə 2.500 manat pensiya, 1.000 manata yaxın əmək haqqı alan müdir İddiaçı başlıqlı yazısında 2.500 manat pensiya, 1.000 manata yaxın əməkhaqqı alan müdir İddiaçı, iki əsgər atası acınacaqlı vəziyyətdə yaşadığı bir vaxtda, müalicə olunmaq üçün qapı-qapı gəzib imdad diləyən qazilərin səsinə səs verilməyən bir vaxtda Cəlilabad Rayon Kommunal X1 tərəfindən 2.500 manat pensiya alan adamın müdir təyin olunduğu bir dövürdə yaşayırıq, 05 yanvar 2024-cü il tarxdə “İddiaçı konteyner kolleksiyası” başlıqlı yazısında İddiaçı konteynerkolleksiyası, bəli bura başçının rüşvətxorları təltif etdiyi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə bu söz və ifadələrin “Bolqeinfo” Redaksiyası adlı facebook sosial mediaplatformasında Cəlilabad rayon İcra Hakimiyyətinə yazılı müraciət ünvanlamaqla təkzib edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh sosial şəbəkədə ondan üzr istəməsi və mənəvi zərərin əvəzi kimi Cavabdeh 4000 manat və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, O, 2022-ci ilin oktyabr ayından Cəlilabad şəhər, Kommunal Müəssisələr Kombinatina direktor vəzifəsinə qəbul olunmuşdur. Bu vəzifəyə qədər Cəlilabad şəhər Mənzil İstismar Sahəsində rəis vəzifəsində çalışmışdır. Ondan da əvvəllər müxtəlif yerlərdə rəhbər vəzifələrdə işləmişdir. Cəlilabad şəhər Mənzil İstismar Sahəsində rəisi vəzifəsinə qədər də, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlayir kənd inzibatı dairəsi üzrə nümayəndəsi işləmişdir. Ondan əvvələr də, müxtəlif qurumlarda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. İşlədiyi bütün orqanlarda tam şəffaflığa xüsusi diqqət yetirməklə işlərini vicdanla yerinə yetirmişdir. Ali təhsilli olmaqla əvvəllər işlədiyi yerlərdə də yüksək rəhbər vəzifələrdə çalışmağı ilə işlədiyi kollektivin və ictimaiyyətin xüsusi hörmətini qazanmışdır. Cavabdeh facebook sosial şəbəkəsində “Bolqeinfo” Redaksiyasi adı ilə özünü “Türkün səsi” qəzetinin müxbiri kimi təqdim edir. Cavabdeh onun haqqında facebook sosial şəbəkəsində yalan, uydurma, həqiqətə uyğun olmayan yazılar paylaşmaqla onu nüfuzdan salan ifadələr işlətmişdir. 1. Cavabdeh sözü gedən sosial şəbəkədə 24 iyun 2023-cü il tarixində“İddiaçı küçə mədəniyyəti” başlıqlı vermiş olduğu yazıda “İddiaçı küçə mədəniyyəti yığılıb qalan zibil kolleksiyalarının danışması üçün İddiaçı yeni və xüsusi texnika alıb nömrəsi də **-KK-***. Texnologiyanin inkişaf etdiyi bir dövrdə Cəlilabad Rayon Mənzil Kommunal Təsərrüfatının müdiri gələcəyə addımlamaq əvəzinə keçmisə qayıdır. Ay İslam müəllim hanı bəs dövlətin ayırdığı özü doldurub özü boşaldan texnikaları? 100-ə yaxın işçisi olan dövlət qurumu nəyə qənaət edir? Deyək ki,yanacağa qənaət edir. Bəs hanı qalan 99 işçi? Bəlkə fəhlələrə nəzarətçi (nazarata nazarat) çox götürmüsən? 4.4 matoru olanbu texnikaya necə yanacaq çatdırırsan? Siz başa düşməsəzdə özü bilir nə deyirəm” mətni paylaşmışdır. Bu yazıda Cavabdeh onun haqqında həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Belə ki, ** KK *** markalı avtomobil onun qardaşı oğlu Orxan İsgəndərova məxsusdur. Həmin avtomobili o şəxsi işi ilə əlaqədar olaraq qadaşı oğlundan istifadə etmək üçün bir neçə dəfə almışdır. Həmin səhifədə zibilləri daşımaq üçün kiçik həcmli "Kartal” markalı motosikletlerə işarə edərək onun 4.4 matoru olan avtomobilə necə yanacaq çatdırmağını qeyd edib. “Kartal” markalı zibil daşıyan motosikletlər küçələrdə olan zibili operativ yığıb daşınması üçün istifadə edilir. Vuqar Quliyev 4.4 matorlu avtomobilə necə yanacaq çatdırmağını ironik formada ictimaiyyətə həqiqətə uyğun olmayan məlumat verməklə yalan məlumatlar yayır. Onun 4.4 matoru olan avtomobili yoxdur. Bu yazıda Cavabdeh onu dövlət əmlakını mənimsəməyi haqqında və digər yalan məlumatlar yazmaqla onun şərəf və ləyaqətini ləkələyən məlumatları açıq formada dərc etmişdir. O, İcra nümayəndəsi olan vaxtdan bəri kimdənsə rüşvət almamışdır. Hətta rüşvət əleyhinə şərait yaradan halların qarşısının alınmasına var gücü ilə səy göstərmişdir. Bu yazı ilə Cavabdeh göstərməyə çalışır ki, o 4.4 matorlu avtomobilə benzini dövlət əmlakını hesabına vurmağını qeyd edir. Cavabdeh onun rayon ictimaiyyətində və sosial şəbəkədə nüfuzunun düşməsinə yönələn hərəkətlər etməklə onu eləmədiyi hərkətlərdə təqsirləndirmişdir. Bütün bunlar isə qanunla yol verilməzdir. 2.Cavabdeh 25 avqust 2023-cü il tarixli “Cəlilabad Rayon Kommunal Müəssisələr Kombinatınin əməkdaşı müəmmalı səbəbdən vəfat edib” başlıqlı yazıda "xxxx"nun əldə etdiyi məlumata görə Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşı X3 (ad şərtdir) dünən 25 avqust tarixində xidməti (milli park) ərazisində işlədiyi zaman KMK-nın müdiri İddiaçı tapşırığı əsasında Cəlilabad Rayon Bələdiyyəsinə göndərilib. Əldə etdiyimiz məlumata görə X6 rayon Bələdiyyəsində ağır fiziki gərginlik tələb olunan işlərə cəlb olunub nəticədə, Ə. Əsədovun hali pisləşib əraziyə Təcili və Təxirə salınmaz Tibbi Yardim biriqadası cəlb olunub. Ə. Əsədov dünən 25 avqust tarixində gecə saatlarında dünyasını dəyişib. İlkin məlumatlara əsasən mərhumun ölüm səbəbi iş yerində aidiyyəti olmayan fiziki işlərə cəlb olunması göstərilir.” göstərmişdir. Bu yazı da həqiqəti əks etdirmir. O qeyd edilən tarixdə əmək məzuniyyətində olmuşdur, direktor səlahiyyətlərini direktor müavini Bəxtiyar Paşayev icra etmişdir. Bu səbəbdən də o keç kimə hansısa işin icrasına görə tapşırıq verib hər hansı bir əraziyə xüsusən də, Cəlilabad rayon bələdiyyəsinə göndərməmişdir. Həmin vaxtı o məzuniyyətdə olduğundan işlərə o nəzarət etməmişdir. Əkbər Əsədov ağır fiziki gərginlik tələb olunan işlərə cəlb olunmayıb. Verilən məlumata görə həmin vaxtı Əkbər Əsədov ağacları sulayırmış, ağac sulamada Cavabdeh bildirdiyi kimi ağır fiziki gərginlikli iş deyildir. Göründüyü kimi Cavabdeh bu yazıda da onun haqqında sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun ictimaiyyət arasında nüfuzunun düşməsinə yönələn hərəkətlər etmişdir. 3.Cavabdeh 01 oktyabr 2023-cü il tarxili “2.500 manat pensiya, 1.000 manata yaxın əmək haqqı alan müdir İddiaçı” yazısında “İki əsgər atası acınacaqlı vəziyyətdə yaşadığı bir vaxtda, müalicə olunmaq üçün qapı-qapı gəzib imdad diləyən qazilərin səsinə səs verilməyən bir vaxtda Cəlilabad Rayon Kommunal X1 tərəfindən 2.500 manat pensiya alan adamın müdir təyin olunduğu bir dövrdə yaşayırıq. Ədalətsizliyin tam ortasında yaşayırıq. Cəlilabad Rayonunun Meri X8 İsgəndərovun yaxin dostu, himayədarı və müdafiəçisi maraqlidır niyə maddi imkanı yaxşı olanlar vəzifəyə təyin olunur amma, iş üçün yalvaran kasıb ailələrin üzvlərinə iş yoxdur deyirlər?” sözlərini göstərmişdir. Hörmətli məhkəmə! o hərbidə işlədiyindən 2018-ci ildən yaşa görə pensiyaya çıxmışdır. Heç də 2.500 manat pensiya almır. Dövlət Başçısının qazi və şəhid ailələrinə xüsusi qayğısı var, qazi və əsgər ataları qapı-qapı gəzib müalicə almaq üçün imdad da istəmirlər. Direktoru olduğu qurum müalicə müəssisəsi deyil. Bu yazısı ilə Cavabdeh onu, əsgər ataları və qazilərlə üz-üzə qoymaq istəmiş və ictimai nüfuzunun aşağı düşməsinə səbəb olan həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. 4. Cavabdeh 05 yanvar 2024-cü il tarxili “İddiaçı konteyner kolleksiyası” yazısında “Bəli bura başçının rüşvətxorları təltif etdiyi, haqqın deyənlərin həbs olduğu, körpələrin gələcəy evinin məmurlar tərəfindən əlindən alındığı, dövlət əmlakının MER tərəfindən mənimsənildiyi, "LAL JURNALİSTLƏR PARTİYASİ"nın yaranacağı rayondur bura Cəlilabaddır.” sözlərini göstərmişdir. Hörmətli məhkəmə! hazırkı Cavabdeh “Bəli bura başçının rüşvətxorlari təltif etdiyi”yazıda məni rüşvətxor adlandırmışdır. Hər hansı bir variantda kimdənsə rüşvət almamışdır. Bu məlumatlar yalandır, həqiqəti əks elətdirmir, onu nüfuzdan salmaq üçün yazılmış yazılardır. Cavabdeh bu həqiqəti əks etdirməyən məlumatları işlətməklə onun işgüzar nüfuzuna, rayonda görülən faydalı işləri aşağılamaqla, dövlət qarşısında götürdüyü öhdəliklərinin icrasına kölgə salmaqla təhqiramiz ifadələr işlətmiş, şərəf və ləyaqətini alçatmışdır. O işlədiyi müddət ərzində kiməsə rüşvət verməmiş, nə də ki, kimdənsə rüşvət almamışdır. Bu deyilənlər yalandır Cavabdeh məni rüşvət verməkdə şərləməklə cinayətdə ittiham etməklə ləyaqətini alçaltmış, haqqında yuxarıda göstərdiyi qeyri etik ifadələri işlətməklə işgüzar nüfuzuna ciddi zərər vurmuşdur. Cavabdeh tərəfindən facebook sosial şəbəkəsində onun “İddiaçı küçə mədəniyyəti yığılıb qalan zibil Kolleksiyalarının danışması üçün İddiaçı yeni və xüsusitexnika alıb nömrəsi də **-KK-***”, Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşı X3 (ad şərtdir) dünən 25 avqust tarixində xidməti (milli park) ərazisində işlədiyi zaman KMK-nın müdiri İddiaçı tapşırığı əsasinda Cəlilabad RayonBələdiyyəsinə göndərilib halı pisləşib, “İddiaçı konteyner kolleksiyası”, Bəli burabaşçının rüşvətxorları təltifetdiyi, “2.500 manat pensiya, 1.000 manata yaxın əmək haqqı alan müdir İddiaçı, İki əsgər atası acınacaqlı vəziyyətdə yaşadığı bir vaxtda, müalicə olunmaq üçün qapı-qapı gəzib imdad diləyən qazilərin səsinə səs verilmayən bir vaxtda Cəlilabad Rayon Kommunal X1 tərəfindən 2.500 manat pensiya alan adamın müdir təyin olunduğu bir dövrdə yaşayırıq kimi yazdığı yazıları həqiqətə uyğun olmadığı üçün təkzib olunması vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, Cavabdeh sosial şəbəkədə üzr istəməli və cavabdehdən işgüzar nüfuzuna dəyən zərərin əvəzi olaraq 4000 manat alınaraq ona ödənilməlidir. O, cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 4000 manat dəyərində qiymətləndirir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Facebook” sosial şəbəkəsində yazılmış mətnlərdən müəyyən olundu ki, Cavabdeh İddiaçı ünvanına şərəf və ləyaqəti ləkələyən məlumatlar bildirmiş və yaymışdır. Cavabdeh “Facebook” sosial şəbəkəsində iddiaçı İddiaçı barəsində yazdığı fikirlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək, müəyyən etdi ki, Cavabdeh həmin ifadələrində İddiaçı şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmiş, nəticə etibarı ilə cavabdehin yalan fikirləri Azərbaycan Respublikasını MM-nin 23cü maddəsi (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) ilə nizamlanan hüquq münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətini dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini və ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə idiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış və iddiaçını əsassız olaraq onun ailəsini dağıtmaqda ittiham etmişdir. Məlumatlardan isə görünür ki, ifadə olunmuş fikirlər İddiaçı şərəf və ləyaqətini ləkələyir, həmin yalan məlumatlar cəmiyyətdə iddiaçı haqda mənfi təsəvvürlərin formalaşmasına səbəb olur ki, bu da belə deməyə əsas verir ki, həmin düzgün olmayan məlumatlar iddiaçının şərəf və ləyaqətinə toxunur, onun işgüzar nüfuzuna xələl gətirir və mənəvi sarstıntılar keçirməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” redaksiyası adı ilə ilə 24 iyun 2023-cü il tarixdə “İddiaçı küçə mədəniyyəti” başlıqlı vermiş olduğu yazıda “İddiaçı küçə mədəniyyəti yığılıb qalan zibil Kolleksiyalarının daşınması üçün İddiaçı yeni və xüsusi texnika alıb nömrəsi də **-KK-***”, 25 avqust 2023-cü il tarixdə“ Cəlilabad Rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşı müəmmalı səbəbdən vəfat edib” başlıqlı yazıda Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatinin əməkdaşı X3 (ad şərtdir) dünən 25 avqust tarixində xidməti (milli park) ərazisində işlədiyi zaman KMK-nın müdiri İddiaçı tapşırığı əsasında Cəlilabad Rayon Bələdiyyəsinə göndərilib halı pisləşib, 01 oktyabr 2023-cü il tarixdə 2.500 manat pensiya, 1.000 manata yaxın əmək haqqı alan müdir İddiaçı başlıqlı yazısında 2.500 manat pensiya, 1.000 manata yaxın əməkhaqqı alan müdir İddiaçı, iki əsgər atası acınacaqlı vəziyyətdə yaşadığı bir vaxtda, müalicə olunmaq üçün qapı-qapı gəzib imdad diləyən qazilərin səsinə səs verilməyən bir vaxtda Cəlilabad Rayon Kommunal X1 tərəfindən 2.500 manat pensiya alan adamın müdir təyin olunduğu bir dövürdə yaşayırıq, 05 yanvar 2024-cü il tarxdə “İddiaçı konteyner kolleksiyası” başlıqlı yazısında İddiaçı konteynerkolleksiyası, bəli bura başçının rüşvətxorları təltif etdiyi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə bu söz və ifadələrin “Bolqeinfo” Redaksiyası adlı facebook sosial mediaplatformasında Cəlilabad rayon İcra Hakimiyyətinə yazılı mürəciət ünvanlamaqla təkzib edilməsi və cavabdehin “Facebook” sosial şəbəkəsində iddiaçıdan üzr istəməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı və Cavabdeh 4000 manat məbləğində vurulmuş mənəvi zərər alınıb iddiaçı X4 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” redaksiyası adı ilə ilə 24 iyun 2023-cü il tarixdə “İddiaçı küçə mədəniyyəti” başlıqlı vermiş olduğu yazıda “İddiaçı küçə mədəniyyəti yığılıb qalan zibil Kolleksiyalarının daşınması üçün İddiaçı yeni və xüsusi texnika alıb nömrəsi də **-KK-***”, 25 avqust 2023-cü il tarixdə“ Cəlilabad Rayon Kommunal Müəssisələr Kombinatının əməkdaşı müəmmalı səbəbdən vəfat edib” başlıqlı yazıda Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatinin əməkdaşı X3 (ad şərtdir) dünən 25 avqust tarixində xidməti (milli park) ərazisində işlədiyi zaman KMK-nın müdiri İddiaçı tapşırığı əsasında Cəlilabad Rayon Bələdiyyəsinə göndərilib halı pisləşib, 01 oktyabr 2023-cü il tarixdə 2.500 manat pensiya, 1.000 manata yaxın əmək haqqı alan müdir İddiaçı başlıqlı yazısında 2.500 manat pensiya, 1.000 manata yaxın əməkhaqqı alan müdir İddiaçı, iki əsgər atası acınacaqlı vəziyyətdə yaşadığı bir vaxtda, müalicə olunmaq üçün qapı-qapı gəzib imdad diləyən qazilərin səsinə səs verilməyən bir vaxtda Cəlilabad Rayon Kommunal X1 tərəfindən 2.500 manat pensiya alan adamın müdir təyin olunduğu bir dövürdə yaşayırıq, 05 yanvar 2024-cü il tarxdə “İddiaçı konteyner kolleksiyası” başlıqlı yazısında İddiaçı konteynerkolleksiyası, bəli bura başçının rüşvətxorları təltif etdiyi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə bu söz və ifadələrin “Bolqeinfo” Redaksiyası adlı facebook sosial mediaplatformasında Cəlilabad rayon İcra Hakimiyyətinə yazılı mürəciət ünvanlamaqla təkzib edilməsi və cavabdehin “Facebook” sosial şəbəkəsində iddiaçıdan üzr istəməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun və Cavabdeh 4000 (dörd min) manat məbləğində vurulmuş mənəvi zərər alınıb iddiaçı X4 verilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60 (altımış) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar