Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-830/2024 04.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Sabirabad bələdiyyəsinə qarşı əmək haqqı tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayon Sabirabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəlilabad rayon Sabirabad kənd bələdiyyəsindən 2668 manat əmək haqqın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdiki, o, Sabirabad bələdiyyəsinin 27 yanvar 2015-ci il tarixli, 1 nömrəli iclas protokolu ilə Sabirabad kənd bələdiyyəsinin sədri seçilmiş, lakin öz ərizəsinə əsasən Sabirabad bələdiyyəsinin 21 yanvar 2018-ci il tarixli, 05 nömrəli iclas protokolu ilə bələdiyyə sədri vəzifəsindən azad olunmuşdur. İşdən azad olarkən onun 3671 manat ödənilməmiş əmək haqqısı qalmışdır. Dəfələrlə Sabirabad kənd bələdiyyəsinə etdiyi müraciəti nəzərə alaraq 10 iyul 2019-cu il tarixli ödəniş cədvəli ilə ona 1003 manat əmək haqqı ödənilmiş və bu məbləğ 10 iyul 2019-cu il tarixli ödəniş cədvəlində öz əksini tapmışdır. Qalan 2668 manat əmək haqqı isə hal-hazıradək ona ödənilməmiş və bu fakt Sabirabad bələdiyyəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli arayışda öz əksini tapmışdır. Buna görədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Cəlilabad rayon Sabirabad kənd bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan Sabirabad bələdiyyəsinin 27 yanvar 2015-ci il tarixli, 1 nömrəli iclas protokolundan görünür ki, Abbasov X1 bələdiyyəsinin sədri seçilmişdir. İş materialında olan Sabirabad bələdiyyəsinin 21 yanvar 2018-ci il tarixli, 05 nömrəli iclas protokolundan görünür ki, İddiaçı ərizəsinə əsasən Sabirabad bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir. İş materialında olan Cəlilabad rayon Sabirabad kənd Bələdiyyəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 14 saylı arayışdan görünür ki, İddiaçı vəzifədən azad edilərkən ona ödənilməmiş 3671 manat əmək haqqı qalmışdır. 10 iyul 2018-ci il tarixdə İddiaçı ödənilməli olan əmək haqqından 1003 manat ödənilmiş, lakin qalan 2668 manat əmək haqqı isə 31 mart 2023-cü il tarixə kimi ödənilməmişdir. Beləliklə, məhkəm əiclasında müəyyən edildi ki, iddiaçı Abbasov X1 bələdiyyəsinin 27 yanvar 2015-ci il tarixli 1 nömrəli iclas protokolu ilə Sabirabad bələdiyyəsinin sədri seçilmiş, lakin iddiaçı öz ərizəsinə əsasən həmin bələdiyyənin 21 yanvar 2018-ci il tarixli, 05 nömrəli iclas protokolu ilə bələdiyyə sədri vəzifəsindən azad olmuşdur. İddiaçı işdən azad olarkən cavabdeh Sabirabad bələdiyyəsinin iddiaçıya 3671 manat ödənilməmiş əmək haqqı qalmışdır. İddiaçı tərəfindən dəfələrlə Sabirabad bələdiyyəsinə edilən müraciətlər nəzərə alınaraq iddiaçıya 1003 manat əmək haqqı ödənilmiş, qalan 2668 manat əmək haqqı isə hal-hazıradək cavabdeh Sabirabad bələdiyyəsi iddiaçıya ödənilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayon Sabirabad kənd bələdiyyəsinə qarşı 2668 manat əmək haqqı tələbində haqlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmişəmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinəəsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin a və b bəndlərinə əsasən əmək münasibətləri sahəsində işə götürənin əsas vəzifələri əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməkdən və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdeh Cəlilabad rayon Sabirabad kənd bələdiyyəsindən ödənilməmiş əmək haqqı qismində 2668 manat tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Cəlilabad rayon Sabirabad kənd bələdiyyəsindən ödənilməmiş əmək haqqı qismində 2668 (iki min altı yüz atmış səkkiz) manat tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-830/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-830/2024
04.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver