Məhkəmə qərarları › İş №2(073)-898/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-898/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-898/2024 26.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu alınması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, hal-hazırda Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Cavabdeh 2019-cu ildən Şabanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyi vaxtdan Şabanlı kənd sakini kimi tanıyır. Cavabdehlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına onun barəsində ünvanladığı məktubunda göstərmişdir ki, tutduğu vəzifədən sui-istifadə edir və ona 15000 manat rüşvət pul vermişdir. Cavabdeh cəmiyyət içində, el arasında həmin şər və böhtan xarakterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini alçaltmışdır. Onu rüşvət verməkdə və almaqda ittiham etmişdir. O, bu barədə Cəlilabad rayon Polis şöbəsinə müraciət etmiş, müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Elnur Kazımov tərəfindən araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, şərəf və ləyaqətin müdafiəsi üçün habelə böhtanla bağlı məhkəməyə müraciət etməsi ona izah edilmişdir. Odur ki, şərəf və ləyaqətinin müdafiəsi üçün və böhtanla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, o, Cəlilabad rayonunun Şabanlı kəndində yaşayır. İddiaçı Turabov X2 rayon İcra Hakimiyyəti başçısının Ləkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Onun İddiaçıla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, iddiaçıya böhtan atmamış, nə yazıbsa düzünü yazmış. Bir vətəndaş kimi haqlı olaraq iddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına müraciət etmişdir. O, iddiaçı ilə barışır, lakin iddiaçı barışmırsa özü bilər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına müraciət edərək göstərmişdir ki, bəzi məmurlar tutduğu vəzifədən sui-istifadə edir, rüşvət üstündə vəzifədən qovulanlar İcra Hakimiyyətində özlərinə vəzifə tapıllar. Bunlardan İddiaçı göstərmək olar. Cavabdeh İddiaçı barəsində dövlət orqanlarına ünvanlamış ərizələrində qeyd etdiyi fikirlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək, müəyyən etdi ki, Cavabdeh həmin ifadələrində İddiaçı şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmiş, nəticə etibarı ilə cavabdehin yalan fikirləri Azərbaycan Respublikasını MM-nin 23cü maddəsi (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) ilə nizamlanan hüquq münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətini dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini və ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə idiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış və iddiaçını əsassız olaraq vəzifə səahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham etmişdir. Məlumatlardan isə görünür ki, ifadə olunmuş fikirlər İddiaçı şərəf və ləyaqətini ləkələyir, həmin yalan məlumatlar cəmiyyətdə iddiaçı haqda mənfi təsəvvürlərin formalaşmasına səbəb olur ki, bu da belə deməyə əsas verir ki, həmin düzgün olmayan məlumatlar iddiaçının şərəf və ləyaqətinə toxunur, onun işgüzar nüfuzuna xələl gətirir və mənəvi sarstıntılar keçirməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə və Prezident Administrasiyasına İddiaçı ünvanına şərəf və ləyaqətin alçaldan, işgüzar nüfuzuna ləkə gətirən və həqiqətə uyğun olmayan məlumatlar əks etdirən əsassız ərizələr yazmışdır. Nəticədə Cavabdeh 500 manat məbləğində vurulmuş mənəvi zərər alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat alınıb İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar