Məhkəmə qərarları › İş №2(073)-981/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-981/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-981/2024 02.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin hissəvi tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin hissəvi tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-(073)-2585/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin dəyişdirilərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddianı etiraf etdiyini, işə onun iştirakı olmadan baxılmsını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərərflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 iyun 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2003-cü təvəllüdlü Zəhra və xx.xx.2013-cü il təvəllüdlü Xədicə adlı uşaqları doğulmuşdur. Birgə nikahlarından doğulmuş Zəhra adlı uşağı yetkinlik yaşına çatmışdır. Aralarında olan narazılıqlara görə cavabdehlə ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 onun (iddiaçının) yanında qalması və Cavabdeh xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) verilməsi qət edilmişdir. Həmin alimentin məbləği ilə razı deyildir. Belə ki, cavabdeh gözətçi işlədiyinə görə 532 manat əmək haqqı, vətən müharibəsi iştirakçısı kimi 80 manat pensiya və hərbidə işləyib təqaüdə çıxdığına görə 1626 manat pensiya alır. Müəyyən edilmiş alimentin məbləği uşağın saxlanılması üçün kifayət etmir. Özü uşağa görə işləyə bilmir. Buna görə də hazırkı iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2 (073)- 2585/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Cəlilabad rayon Qeydiyyat Şöbəsində bağlanmış 16 iyun 2005ci il tarixli, 148 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 cavabdeh İddiaçı yanında qalması və iddiaçı Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı verilməsi qət olunmuşdur. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində gözətçi vəzifəsində işləyir və 532 (beş yüz otuz iki) manat əmək haqqı alır. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı kimi 80 manat, YG görə isə 1626 manat pensiya alır . Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2 (073)-2585/2023 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulması müəyyən edilmiş 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment dəyişdirilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlk yaşına çatanadək saxlanılmsı üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 87.15 (səksən yeddi manat on beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar