Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1017/2023 24.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 onun yanında qalması, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək, hər ay əlavə 100 (bir yüz) manat xərclik pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək, hər ay əlavə 100 (bir yüz) manat xərclik pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki o, xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2018ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 adında üç övladları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra, Cavabdeh onunla evdə tez-tez söz-söhbətlər yaratmağa başlamışdır. Cavabdeh onlara maddi köməklik etmir və ailə-uşaq fikirləşmir. Cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşınadək saxlanması üçün, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin və sonuncu 2 aylıq körpə uşağının 3 (üç) yaşı tamam olanadək hər ay cavabdehdən əlavə 100 (bir yüz) manat xərclik pulun Cavabdeh alınıb, ona verilməsi tam ədalətlidir. Belə ki, uşaqların geyim, qida və səhiyyə xərclərinə hər ay xeyli məbləğdə pul lazımdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının tələb etdiyi alimentin məbləğinə etiraz edərək bildirdi ki, aylıq qazancı təxminən 350-400 manat təşkil edir və o, hər ay hər uşağa görə yalnız 100 manat ödəyə bilər. Göstərilənlərə əsasən, iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X2, xx.xx.2018-ci il tarixdə X3 və xx.xx.2023-cü il tarixdə X4 doğulmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək, hər ay əlavə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, tutulacaq alimentin miqdarı hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilməli, həmçinin, xx.xx.2023-cü il təvəllüdlü uşağın 3 yaşı tamam olanadək, hər ay əlavə 50 manat pul tutulmalı, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək hər ay əlavə 50 (əlli) manat pul xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1017/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1017/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver