Məhkəmə qərarları › İş №2(074)-1052/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1052/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1052/2025 08.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və kənar xidmət haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment və kənar xidmət haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün, hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış, xəstə xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 göstərilən kənar xidmətlərin haqqının ödənilməsi üçün, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində kənar xidmət haqqının Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X7 qrzı və xx.xx.2005-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Cavabdehlə bağlanmış nikah Şamaxı Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X6 adlı övladları yetkinlik yaşına çatmış və əmək qabilliyətli deyildirlər. Cavabdeh birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan övladlarının saxlanılmasında, müalicə xərclərinin və digər kənar xərclərinin ödənilməsində heç vaxt iştirak etməmiş, maddi köməklik göstərməməklə, ailə qanunvericiliyi ilə müəyyən edilmiş valideyinlik öhdəliklərinin yerinə yetirməkdən daima boyun qaçırır və heç vaxt köməklik göstərməmişdir. Birgə nikahdan doğulmuş əmək qabiliyyəti olmayan, yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X1 və bütün xərcləri bu günə kimi özü qarşılamışdır. Cavabdeh birgə nikahından doğulmuş, əmək qabiliyyəti olmayan, yetkinlik yaşına çatmış övladlarını saxlamağa, onlara aliment ödəməyə və kənar xərclərini qarşılamağa borcludur. Məhkəməyə müraciət etməzdən əvvəl, qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin mediasiya prosesində iştirak edərək, barışıq əldə edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, hazırda heç bir yerdə işləmir, təqaüdçüdür, 762 manat pensiya alır, övladlarına görə aliment ödənilməsinə etiraz etmir, lakin iddiaçının tələb etdiyi məbləğ yüksəkdir, eyni zamanda, iddianın kənar xidmətlərin haqqının ödənilməsi hissəsini əsassız hesab edir. Məhkəmə təfərlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2002-ci il tarixdə X4 və xx.xx.2005-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 “Yüngül dərəcəli əqli gerilik, ciddi davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)- 74/2025 nömrəli qətnaməsi ilə Şamaxı şəhəri, Şirvan küçəsi ev 1, mənzil 16-da yaşayan xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının həkim-psixiatr komissiyasının rəyindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X2 “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 16(074)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəsi qismən təmin edilərək, iş üzrə alimentin tutulması barədə qətnamə qəbul edilənədək, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X1 üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahdan olan əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarının valideyni olduğundan, iddiaçı övladlarının saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilir ki, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarının valideyni olaraq, onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay hər övladına görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, həmçinin, iddia tələbinin “əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış, xəstə xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 göstərilən kənar xidmətlərin haqqının ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddiaçı göstərilən kənar xidmətlərin dəqiq nədən ibarət olmasını açıqlamadığından və bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia təmin olunmamalıdır. Məhkəmə eyni zamanda, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay hər övladına görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. Aliment tutularkən, müvəqqəti təminat tədbirinin görülməsinə dair Şamaxı Rayon Məhkəməsinin 16(074)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınsın. Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub, dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar