Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1099/2021 11.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə cavabdeh X7 qarşı sabit pul məbləğində aliment ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun bir nikahlarından 13 iyun 2008-ci il tarixdə doğulmuş qızı X5 və 06 fevral 2010-cu il tarixdə anadan olmuş oğlu X1 üçün ataları Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib göstərdi ki, cavabdehlə 10 iyun 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Toyları 2007-ci ilin yayında olmuşdur. Birgə nikahdan 13.06.2008-ci il tarixdə doğulmuş Turanə adlı bir qızı və 06.02.2010-cü il tarixdə anadan olmuş Seyran adlı bir oğlu var. Onlar valideynlərinin razılığı ilə evlənmişlər. 6 il valideynlərinin yanında yaşamış, sonra Şamaxı şəhərində atası onlar üçün torpaq almış orada ev tikmişlər, 10 oktyabr 2020-ci il tarixə kimi həmin evdə yaşamışlar. Bu müddətdə Tehranla dəfələrlə aralarında söz söhbətiləri olmuşdur. Əsas məsələ də ondan ibarət olmuşdur ki, evdə olan bütün problemlər üçün deyirdi ki, atan gəlsin, qardaşın gəlsin həll etsin. Özü bir manat da olsun pul xərcləmək istəmirdi. Atası da onkoloji xəstədir. Mədəsindən əməliyyat olunub. Bir il əvvəl 10 oktyabr 2020-ci il tarixdə aralarında söz söhbət olmuşdur, dözməyib evdən çıxıb atası evinə getməyə məcbur olmuşdur. Sonra boşanma üçün ərizə vermişdir, məhkəmə vaxtı minnətçi düşmüş, söz vermişdir ki, əvvəlki vəziyyət təkrar olunmayacaq. O da uşaqlarının xatirinə barışmışdır. Lakin onun yanına qayıtmamışdan əvvəl yenə aralarında söz-söhbət yaranmışdır. Ondan xəbərsiz Şamaxıda həyətlərində olan 16 yeşik arını satıb, bir manat da olsun uşaqlarına verməmişdir. Bundan başqa telefonda ondan pensiya pullarını və yığdığı pulları tələb etdi. Pulları cavabdehə vermədiyi üçün barışıq baş tutmadı. Hal hazırda uşaqları ilə Şamaxıda öz tikdiyi evində yaşayır. Onunla bir yerdə yaşamaq mümkün deyil. Odur ki, Tehrandan ayrılmaq və iki uşağınını saxlanması üçün hər ay ondan hər uşağa görə 170 manat sabit pul məbləğində aliment almaq, uşalarını özü təkbaşına böyütmək istəyir. Tehran həm usta işləyir, həm də taksi fəaliyyəti ilə məşğuldur. Yenidən boşanma üçün məhkəməyə müraciət etmişdir. İndi isə uşaqlarının onun yanında saxlanmalarını və onlar üçün aliment tələb etmək istəyir. Mediasiya şurasına müraciət etmiş, amma aralarında bu tələblərlə bağlı razılıq olmamışdır. Məhkəmədən cavabdehlə birgə nikahlarından 13.06.2008-ci il tarixdə doğulmuş qızı X5 və 06.02.2010-cü il tarixdə doğulmuş oğlu X2 üçün ataları Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, Tünzalə ilə boşanmaq istəmir, hazırda xəstə olduğu üçün işləmir, hər ay 60-70 manat aliment ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 31 iyul 2021-ci il tarixdə verilmiş 05/Q-639/69 saylı arayışdan görünür ki, Cavabdeh və X4 qızının nikahı haqqında 10 iyun 2008-ci il tarixdə 15 nömrəli akt qeydi tərtib olunmuşdr. Nikah Şamaxı rayon Məlikçobanlı kənd icra nümayəndəliyində qeydə alınmış, nikah bağlanandan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 113877saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 iyun 2008-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 403035 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 fevral 2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, tərəflər 10 iyun 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların 13 iyun 2008-ci il təvəllüdlü X8 və 06 fevral 2010-cu il təvəllüdlü X10 anadan olmuş, tərəflər faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaqalar iddiaçının yanında yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 14 sentyabr 2021-ci il tarixdən başlayaraq 13 iyun 2008-ci il təvəllüdlü X5 və 06 fevral 2010cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 110 manat sabit pul məbləğində olmaqla cəmi 220 manat aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməli, qətnamə dərhal icra edilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu alınıb dövlət gəlirlərinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 14 sentyabr 2021-ci il tarixdən başlayaraq 13 iyun 2008-ci il təvəllüdlü X5 və 06 fevral 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 110 manat sabit pul məbləğində olmaqla cəmi 220 manat aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınıb dövlət gəlirlərinə verilsin. Qətnamədən rəsmi qaydada verdildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1099/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1099/2021
11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver