Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1144/2021 15.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı şəhəri Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdulllayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 590,00 manat sığorta ödənişi məbləğinin, 500,0 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 1120,00 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 03.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 23.09.2019-cu il tarixdə “VAZ 21074” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Neftçilər prospektində yol- nəqliyyat hadisəsi törətmiş və “İnfiniti G35” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 590,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ DYPŞ-dən ünvanımıza 23.09.2019-cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Səbail RPİ DYPŞnin "xxxx" ASC-yə təqdim etdiyi 01.11.2019-cu il tarixli, 065-33171-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya xzər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair xəbərnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmədən Cavabdeh 590,00 manat sığorta ödənişi məbləğinin, 500,0 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 1120,00 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 20-01200/02/AA-580/20 saylı sığprta aktından görünür ki, AtaSığorta ASC tərəfindən 23 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Neftçilər prospektində VAZ 21074, 90BF774 nömrə nişanlı avtomaşınla baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı PAA********** nömrəli sıorta şəhadətnaməsinə əsasən AVSMMİS sığorta növü üzrə sığortalı Cavabdeh tərəfindən (03 yanvar 2019-cu il tarixdə başlanan sırotaya əsasən) 590 manat əmlak ziyanı dəyməsi müəyyən edilmişdir. İş materillarında olan əməliyyatın təfərrüatından görünür ki, 13 fevral 2020-ci il tarixdə AtaSığorta ASC tərəfindən 2001200/02/AA580/20 saylı sığorta aktına əsasən PAA**********-sığorta şəhadətnaməsi üzrə Paşa Siğorta ASC-yə sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan 05 noyabr 2019-cu il tarixli sığorta aktından görünür ki, X2 Bakı şəhəri Z.Əliyeva küçəsində 23 sentyabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə əsasən 590 manat əmlak ziyanı dəyməsi hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon SYPİ-nin 23 sentyabr 2019-cu il tarixli İXP ******* saylı inzibati qərarından görünür ki, Cavabdeh tərəfindən İXM-nin 327.1ci 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 02 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, AtaSığorta ASC tərəfindən hazırkı iddia üzrə 30,40 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan AD 479361 nömrəli şəhadətnamənin surətindən görünür ki, 99SH232 qeydiyyat nişanlı İnfniti G35 minik markalı nəqliyyatın sahibi X3r. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni "xxxx" ASC ilə Cavabdeh arasında 03.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 23.09.2019-cu il tarixdə “VAZ 21074” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Neftçilər prospektində yol- nəqliyyat hadisəsi törətmiş və “İnfiniti G35” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 590,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalımn təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə (məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi) əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbində işlərin görülməsi üçün 500 manat məbləğində xərc çəkilməsi göstərilsədə, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdeh X1 590,00 manat sığorta ödənişi məbləği və 30,00 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 590,00 manat sığorta ödənişi məbləği və 30,00 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1144/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1144/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver