Məhkəmə qərarları › İş №2(074)-116/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-116/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-116/2023 30.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh və üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə ünvan 1i ünvanda yerləşən, JN № 0035 nömrəli kod 41003018 saylı torpağa mülkiyyət hüququna dair X11 4,22 ha torpaq sahəsinin ona satılması barədə alqı-satqı müqaviləsinin 10 yanvar 2003-cü il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildə Şamaxı rayonu Astraxanovka kəndində cavabdehə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş 4,22 ha kənd təsərrüfat məhsulları istehsalı üçün olan torpaq sahəsini ondan pulunu verməklə almış, bu barədə 10 yanvar 2003-cü il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində komissiya üzvləri Qızmeydan kənd sakinləri Nurəddin Nəhmətov, Məhəmməd Sadiqov, Cavabdeh və onun iştirakı ilə akt tərtib olunmuşdur. Həmin aktda göstərilir ki, Qızmeydan kənd sakini olmuş Cavabdeh JN № 0035 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən Şamaxı rayonu Aqrara İslahat Komitəsinin 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş 4,22 ha torpaq sahəsini Qarayev X1. 2003-cü ildə aldığı torpaq sahəsi faktiki istifadəsindədir. Lakin cavabdeh Rusiya Federasiyasına öz qohumlarının yanına köçdüyündən onlar alqı-satqını tamamlaya bilməmişlər. İllərdir onu axtarır heç bir nəticəsi yoxdur. Həmin vaxt o pensiyyatı olub. Bu günə kimi bir əlaqə yarada bilməmişlər. Ona görə də cavabdehin məlum son yaşayış yeri Şamaxı rayon Məhkəməsinə müraciət edib alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia qaldırır. Belə ki, 19 ildir ki, torpaq sahəsinə sahiblik edir, həmin torpaq sahəsindən istifdə edir, torpaq sahəsi üçün vergilər ödəyir. Bu barədə onun şahidləri var, lazım olarsa, məhkəməyə dəvət edilib dindirilə bilər. Aralarında olmuş alqısatqı müqaviləsi cavabdehin təqsiri ucbatından bu günə kimi notariat qaydasında təsdiqlənməmiş qalmışdır. Ona görə də bu alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, həmin torpaq sahəsini cavabdehlərdən almış və daha sonra isə onun istifadəsində olmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, 1980-ci ildən Şamaxı rayonu Qızmeydan kəndində yaşayır. İddiaçı Şamaxı rayonu Qızmeydan kəndində yerləşən torpaq sahəsini Cavabdeh almışdır. Cavabdehlə alqı-satqı ilə bağlı akt tərtib olunmuş və həmin aktı oda imzalayıb. Sonradan cavabdeh kənddən köçmüşlər. 2003-cü ildən həmin torpaq sahəsindən İddiaçı istifadə edir. Məhkəmə iddiaçının izahatı və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0035 saylı 41003018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayon AİK-nın 11 noyabr 1998ci il tarixli 16 saylı qərarı ilə Cavabdeh 4,22 ha torpaq sahəsi verilmişdir. İş materialarında olan Şamaxı RİHB-nin Qızmeydan kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 10 yanvar 2003-cü il tarixli aktdan görünür ki, Qızmeydan kənd sakini olmuş Cavabdeh JN № 0035 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən Şamaxı rayonu Aqrara İslahat Komitəsinin 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə verilmiş 4,22 ha torpaq sahəsini Qarayev X1. Aktın doğru və düzgünlüyünü X4, Məhəmməd Sadıqov, Elman Mirzəyev, Cavabdeh və İddiaçı imzaları ilə təsdiq etmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 10 yanvar 2003-cü il tarixdə Şamaxı rayonu Qızmeydan kəndi (keçmiş Astraxanovka) ərazisində yerləşən sonunculara məxsus 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmişlər. İddiaçı həmin torpaq sahəsinə görə müəyyənləşdirilmiş pulu cavabdehə ödəmiş, cavabdeh torpaq sahəsini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqısatqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan torpaq sahəsindən iddiaçı və onun ailə üzvləri istifadə və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Şamaxı rayonu, Qızmeydan kəndi (keçmiş Astraxanovka) kəndində 4.22 ha torpaq sahəsini 10 yanvar 2003-cü iİ tarixdə İddiaçı faktiki olaraq satmışdır. Lakin, tərəflər torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, Şamaxı rayonu Qızmeydan kənd (keçmiş Astraxanovka) 4.22 hektar torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında 10 yanvar 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu Qızmeydan kəndində (keçmiş Astraxanovka) 4.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında 10 yanvar 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar