Məhkəmə qərarları › İş №2(074)-1174/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1174/2021

01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1174/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikahdan 03 iyun 2019-cu il tarixdə doğulmuş Ramazan adlı oğlunun və 22 fevral 2021-ci il tarixdə doğulmuş Mələk adlı qızının saxlanılması üçün ataları Cavabdeh hər ay hər uşaq üşağa görə 170 manat və qızı Mələyin 3 yaşınadək çatanadək ona qulluq edilməsi ilə əlaqədar 60 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxırlmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nüamyəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahat veribgöstərdi ki, İddiaçı Cavabdeh ilə 23 noyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Toyları 23.06.2018-ci il tarixdə olmuşdur. Birgə nikahdan 13 iyun 2019-cu il tarixdə doğulmuş Ramazan adlı bir oğlu və 22 fevral 2021-ci il tarixdə doğulmuş Mələk adlı bir qızları var. Evlənəndən sonra 3 ay cavabdehin valideynlərinin yanında yaşamışlar. Sonra kirayəyə çıxmışlar. Hazıra kimi həmin kirayə evdə yaşayır. Bir yerdə yaşadıqları vaxtda Ramil “Şirvan” oteldə bağban işləyirdi. 300 manat maaş alırdı. Ünvanlı sosial müavinət də almışlar. Mələk doğulandan sonra valideynləri onların arasında söz söhbət yaramışlar. İyul ayında körpə uşaq xəstələnmiş, onun müalicəsi ilə əlaqədar iddiaçı xəstəxanada bir həftə qalmalı olmuşdur. Həmin vaxt Ramil iddiaçıya zəng edib demişdir ki, “hesab elə mən ölmüşəm daha məni axtarma. Məni unudun. Sənndən, uşaqlardan çox taparam, amma evdən,həyətdən tapa bilmərəm” Həmin vaxtdan evdən çıxıb atasıgilə gemişdir. Gülnar xəstəxanadan qayıdıb onu evdə görməmiş, həmin vaxtdan indiyə kimi, Ramil nə ona, nə də uşaqlarına baxmır. Bacısına zəng edib soruşmur ki, “qardaşın haradadır? Demişdir ki, bu üç ildə səninlə oynayırdıq,oyun qurtardı” Gülnar Ramilə mesaj yazmış, Ramil eyni cavbı vermişdir. 2 aydır ki, iki uşaqla kirayədə qalmışdır, valideynlərinin köməyi ilə yarı ac, yarı tox dolanır. Ramil isə nə ona ,nə də uşaqlarına heç bir yardım göstərmir. Mediasiya Şurasına da müraciət etmişlər, lakin orada hər hansı bir razılığa gələ bilməmişlər. Hansı ki bir ata kimi uşaqların təminatını ödəmək onun da borcudur. Hələlik Gülnar boşanmaq istəmir. Lakin iki uşağın saxlanması üçün Ramildən hər ay hər uşağa görə 170 manat və qızı Mələyin 3 yaşma çatana kimi ona qulluq etməklə əlaqədar 60 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini istəyir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahat verib göstərdi ki, İddiaçı ilə 23 noyabr 2018-ci ildə ailə qurublar. Onların Ramazan və Mələk adlı iki övladları var. Aralarında yaranmış narazılıqlar görə faktiki ayrılmışlar. Uşaqlar anası ilə qalır. Hər ay 285 manat pul qazanır. Uşaqların saxanılması üçün hər ay hər birinə 100 manat olmaqla 200 manat aliment ödəyə bilər. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 295534 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 X2 ilə 23 noyabr 2018-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin noyabr ayının 23 günündə 250 nömrə ilə qeyd edilmişdir.Nikah bağlanandan sonra ərə Baqiyev, arvada Baqiyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 297451 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 may 2019-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV № 538188 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Baqiyeva Mələk qızı 22 fevral 2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Rəmiz-Şəhər MMC-nin 12 oktyabr 2021-ci il tarixli arayışından görüünr kiu, Cavabdeh Təmiz-Şəhər MMC-də fəhlə işləyir, aylıq məvacibi 320 manatdır. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli mediasiya prosesinə xitam veirlməsi barədə protokoldan görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair müraciət ilə əlaqədar tərəflər mediasiya prosesində iştirak etmişlər, Mediasiya haqqında azərbaycan Respublikası qanunun 32.1.2-ci maddəsinə əsasən yəni mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə mediasiya prosesinə xitam veirlir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 23 noyabr 2018ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 13 iyun 2019-cu il tarixdə Ramazan və 22 fevral 2021-ci il tarixdə Mələk doğulmuşdur. Tərəflər faktiki ayrılmışlar, uşaqlar anasının yanında qalır. Hazırda isə iddiaçı məhkəməyə aliment tələbi ilə müraciət edərək birgə nikahdan doğulmuş uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini əsas gətirmiş və uşağın saxlanılması üçün hər ay hər uşağa 170 manat sabit pul məbləğində aliment və Mələyin 3 yaşına çatanadək 60 manat pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Təmir-Şəhər MMC-də fəhə işləyir, aylıq əmək haqqı 320 manatdır, cavabdeh isə hər ay hər uşağa 100 manat olmaqla 200 manat aliment puu aliment ödəməyə maddi imkanının olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin məbləği uşağın mənafeyi, maddi təminatı əsas götürülməklə hər ay hər uşağa 110 manat sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə həmçinin iddianın “uşaq üç yaşına çatanadək cavabdehdən hər ay 60 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, uşaq üç yaşına çatanadək ərdən aliment almaq üçün aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. İddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin uşaq üç yaşına çatanadək iddiaçıya iddiada qeyd olunan məbləğdə 60 manat məbləğndə aliment vermək üçün zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən həhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-in 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabeh Cavabdeh 27 sentyabr 2021-ci il tarixdən başlayaraq 03 iyun 2019-cu il təvəllüdlü X4 və 22 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Qətnamə dərhal icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat +1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində hazırki ödəmənin məcmusu 2640 manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46.40 manat məbləğində dövlət rüsumu 30 manat +16.40 manat (1640X1%:100%=16.40) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh 27 sentyabr 2021-ci il tarixdən başlayaraq 03 iyun 2019-cu il təvəllüdlü X4 və 22 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Cavabeh Cavabdeh 46.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar