Məhkəmə qərarları › İş №2(074)-1182/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1182/2023

27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1182/2023 27.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 220,00 manat və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləği 120,00 manatdan 220,00 manatadək qaldırılmaqla hər ay hər uşaq üçün 220,00 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq İddiaçı ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və cavabdehin qeyri-rəsmi nikahlarından iki övladları vardır. Cavabdeh ilə birgə nikahlarından uyğun olaraq xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adında iki övladları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra Cavabdeh onunla evdə teztez söz-söhbətlər yaratdığından 2019-cu ildən ayrılıblar. Həmin vaxt birgə nikahlarından yalnız xx.xx.2018-ci il təvəllüdlü X6 adında bir uşağları olduğundan aliment tələbi ilə məhkəməyə müraciət edib. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1014/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanması üçün hər ay bir uşaq üçün 120,00 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra cavabdeh tərəfin müraciətlərindən sonra onlar barışıb və yenidən onların evinə gedib. Lakin çox keçmədi ki, yenidən əvvəlki kimi narazılıqlar başladığından münasibətləri pozuldu və onlar ayrıldı. Cavabdehlə barışdığı müddətdə xx.xx.2021-ci il təvəllüdlü X7 adında ikinci övladları dünyaya gəlib. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, hər iki övladının - xx.xx.2018-ci il təvəllüdlü Abuzərin və xx.xx.2021-ci il təvəllüdlü Eldarın atası Cavabdehdur. Məhkəməyə bildirir ki, cavabdehlə birgə nikahlarından doğulmuş ikinci övladları xx.xx.2021-ci il təvəllüdlü X7 onun yanında qalmaqla onun da yetkinlik yaşınadək saxlanması üçün hər ay bir uşaq üçün 220,00 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin uşağın atası Cavabdeh alınıb ona verilməsi ədalətlidir. Digər tərəfdən isə cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanması üçün məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş cavabdehdən alınıb ona verilməli alimentin məbləği hər ay bir uşaq üçün 120,00 (yüz iyirmi) manatdan 220,00 (iki yüz iyirmi) manat sabit pul məbləğinədək qaldırılması daha ədalətlidir. Çünki uşaqların geyim, qida və səhiyyə xərclərinə hər ay xeyli məbləğdə pul lazımdır. Bundan ötəri ilk olaraq Mediasiya təşkilatına müraciət edib, lakin cavabdeh mediasiya prosesində iştirak etmədi. 2023-cü ildə yaşayış minimumu Azərbaycan Dövləti tərəfindən hər ay hər uşaq üçün 220,00 manat müəyyən edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi X2 iddia tələbinin azaldılması ilə bağlı ərizə verərək, Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 220,00 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizənin məzmununa uyğun izahat verərək Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 220,00 manat alimentin alınaraq İddiaçı verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1014/2019 saylı, 24 sentyabr 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 26 avqust 2019-cu il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV № 175792 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV № 653254 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır və aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutula bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə sözügedən uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin miqdarı hər ay 180,00 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 41,60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 19 oktyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 29 sentyabr 2023-cü il tarixdən başlayaraq hər ay 180,00 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 41,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar